Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub

Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub TƏBRİK EDİRİK!..

Əziz və dəyərli həmkarımız,
AzTU-nun əməkdaşı,
“ZİYA” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az""Elm.İnfo.Az" saytlarının baş redaktoru,
eyni zamanda, "TURAN", "YURD", “ZİRVƏ”“ZƏFƏR” İnformasiya Mərkəzlərinin,
"Turan.İnfo.Az", "Yurd.İnfo.Az", "Zirve.İnfo.Az""Zefer.İnfo.Az" saytlarının rəhbəri,
tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan
çox hörmətli MÜŞFİQ BORÇALI
(Müşviq Mədəd oğlu Çobanov)
- bu günlərdə daha bir fəxri mükafata layiq görülüb.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunub.


Medal - 2025-ci il dekabrın 19-da - Müşfiq müəllim üçün olduqca əziz və əlamətdar olan bir gündə, 35 ildir ki, şərəf və ləyaqətlə çalışdığı, dəfələrlə Fəxri Fərman və mükafatlarla təltif olunduğu Azərbaycan Texniki Universitetinin 75 illik yubiley günündə Medianın İnkişafı Agentliyində təqdim edilib.

Müşfiq Borçalı Jurnalistlərimizə, ümumilikdə mediamıza verdiyi dəyərə, göstərdiyi diqqətə və etimada görə möhtərəm Prezidentimiz - cənab İlham Əliyevə, Prezidentin sərəncamı ilə Medalı təltif etmək səlahiyyətinə malik olan Medianın İnkişafı Agentliyinin rəhbərliyinə, Agentliyn icraçı direktoru Əhməd İsmayılova, Azərbaycan Texniki Universitetin rektoru, Əməkdar Elm xadimi, professor Vilayət Vəliyevə və Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcidə təşəkkür edib, bundan sonra da mətbuatımızın, elmimizin və təhsilimizin inkişafı naminə var qüvvəsi ilə çalışacağını bildirib.

Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub
Qeyd edək ki,
1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin,
1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin,
2015-ci ildən Turan Yazarlar Birliyinin,
2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü,
2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, həmçinin,
"Abulla Şaiq", "Həsənbəy Zərdabi",
"Nəriman Nərimanov", "Ömər Faiq Nemanzadə",
"Zirvə", "Zəfər", "Qafqaz", "Ustad", "Qızıl Qələm",
"Peşəkar jurnalist", "Cəsarətli qələm sahibi",
"Kamil sənətkar"
və s. mükafatların laureatı olan
Müşfiq Borçalı (Müşviq Mədəd oğlu Çobanov)
Azərbaycan Respublikası Milli Məclisinin
Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan
iş­çi qruplarının üzvü olmuş və qanunların
hazırlanmasında yaxından iştirak etmiş,
dəfələrlə Fəxri Fərman, Fəxri diplom və
müxtəlif mü­ka­fatlarla, o cümlədən,
Azər­baycan Respublikası Təhsil Nazirliyinin,
Mədə­niy­yət və Turizm Na­zir­li­yi­nin,
Əmək və Əha­li­nin So­sial Müdafiəsi Nazirliyinin
Diplom və ser­tifi­kat­­larına,
2024-cü ildə PREZİDENT TƏQAÜDÜnə layiq görülmüş,
2025-ci ildə isə anadan olmasının 55 və
Azərbaycan Milli Mətbuatının
150 illik Yubileyi münasibətilə
Türk Dünyası və türk xalqları arasında
ədəbi-mədəni əlaqələrin qurulması,
dostluq və qardaşlıq əlaqələrinin daha da
inkişaf etdirilməsi naminə göstərdiyi
böyük xidmətlərə görə,
qardaş Türkiyə Cumhuriyyətinin
Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi
"MUSTAFA KEMAL ATATÜRK"
Qızıl medalı ilə təltif olunmuşdur.


Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub

REDAKSİYADAN:

Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub Biz də fürsətdən istifadə edərək,
Redaksiya Heyətimiz və
Yaradıcı kollektivimiz adından
əziz və sevimli həmkarımız,
dəyərli ziyalımız,
bacarıqlı qələm dostumuz
çox hörmətli
Müşfiq müəllimi bir daha
anadan olmasının 55,
35 ildir ki, şərəf və ləyaqətlə çalışdığı,
dəfələrlə Fəxri Fərman və
mükafatlarla təltif olunduğu
Azərbaycan Texniki
Universitetinin 75 və
Azərbaycan Milli Mətbuatının
150 illik Yubileyi, həmçinin
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin
Fərmanı ilə təsis edilmiş
“Azərbaycan milli mətbuatının
150 illiyi (1875–2025)”

Azərbaycan Respublikasının
Yubiley medalı ilə
təltif olunması münasibətilə
ürəkdən təbrik edirik.

Ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, ədəbi-bədii yaradıcılığında,
eləcə də, şərəfli elmi-pedaqoji, həmçinin,
jurnalistlik və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..



Böyük hörmət və ehtiramla,
“Ziya” qəzetinin,
"Ziya", "Zirvə", "Zəfər",
"Yurd" və "Turan"
İnformasiya Mərkəzlərinin,
ZiM.Az, Ziya.İnfo.Az, Zirve.İnfo.Az,
Zefer.İnfo.Az, Yurd.İnfo.Az və
Turan.İnfo.Az saytlarının
Redaksiya Heyəti və
Yaradıcı kollektivi




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müşfiq Borçalı

Müşfiq Borçalı "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunub

Turan, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Humanitar elmlər, Təbriklər
Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Humanitar elmlər, Turan
Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi  ...

Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Vahid Ömərovun 70 yaşı tamam olur

Vahid Ömərovun 70 yaşı tamam olur

İctimai elmlər, Qarayazı, Təbriklər
Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, AzTU, Avropa, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

Milli Məclisin Komitə sədri Baş redaktoru təbrik etdi

Milli Məclis, Humanitar elmlər, AzTU, Turan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Zirvə.info, Müşfiq Borçalı
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ HƏSƏN MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ HƏSƏN MÜƏLLİM!..

Borçalı, Təbriklər
Prezident Rəşad Məcidi təltif edib

Prezident Rəşad Məcidi təltif edib

Rəsmi Xəbərlər, MEDİA, Təbriklər
“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Fatma Yıldırım “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə  ...

Fatma Yıldırım “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə ...

Milli Məclis, Təbriklər
Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Borçalı, Təbriklər
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının y ...

AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının y ...

AzTU, Təbriklər
Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə  təltif olunub

Bəxtiyar Nəbiyev “TƏRƏQQİ” medalı ilə təltif olunub

YAP, BDU, Təbriklər
AzTU-nun əməkdaşları

AzTU-nun əməkdaşları "Qızıl qələm" mükafatına layiq görülüb

AzTU, Darvaz, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
Milli mətbuatımızın 141-ci ildönümü münasibətilə jurnalistlər mükafatlandır ...

Milli mətbuatımızın 141-ci ildönümü münasibətilə jurnalistlər mükafatlandır ...

Müşfiq Borçalı
Rəy yazın: