KÖNÜL İBRAHİMSOY (1972) Ədəbiyyat » Poeziya 17 Kasım 431 100 1 2 3 4 5 Könül İbrahimsoy (Yusifova) - 1972-ci il mayın 9-da doğulub.Ailəlidir, 3 övladı var.Mirvarid Dilbazi Ədəbi Məclisi İB-nin, "Nur ocağı", "Söz mülkü", "Kəlağayılı qızlar" qruplarının üzvü və "Əkinçi" Gənclərə Dəstək İB-nin fəalıdır.Şeirləri müxtəlif mətbuat orqanlarında, poeziya antologiyalarında, o vümlədən, "Zirvə", "Zəfər", "Buta" və s. ədəbi məcmuələrdə, zim.az, zirve.info, ziya.info.az və s. internet saytlarında dərc olunub."Zirvə" və "Xan qızı Natəvan" mükafatları laureatıdır.Könül xanıma biz də yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzGÖZ AÇMIŞAMCənnət kimi iddialı arzu nə ki,Mən cənnətlər diyarında göz açmışam,Tayı yoxdu heç bir yanda özü təki,Məhəbbətlər diyarında göz açmışam.Hər qarışı gül-gülüstan,çiçək doluXəzinədir hər tərəfi,sağı,solu,Burdan keçir əzəmətlə "İpək yolu"Fəxarətlər diyarında göz açmışam.Torpağında min naz nemət, bəhəri var,Nur tökülən al günəşli səhəri var,Kəm baxana,ağısı var zəhəri var,Ədalətlər diyarında göz açmışam.Qəlbi təmiz,üzü nurdu insanlarıƏməli də, özü birdi insanları,Zəfər çaldı,öndə durdu insanlarıLəyaqətlər diyarında göz açmışam. Azərbaycan,elim,günüm,ana yurdum,Türk eliyəm,qürurumla öndə durdumQüdrətlidi mərd,yenilməz, Milli OrdumCəsarətlər diyarında göz açmışam.Doğub ZƏFƏR GÜNƏŞİ Bu gün qürur duyur el,Ey əsgər, hünərinləMətin addımlarla gəl,Qalibsən, zəfərinlə.Hər biriniz qəhrəman,İgidsiniz, ərsiniz,Qarabağda sancılanBayraqlar qədərsiniz...Həkk olundu yaddaşaBu tarixi, keçmişi..Azərbaycan, min yaşa,Doğub ZƏFƏR GÜNƏŞİ!ZƏFƏR BİZƏ ÇOX YARAŞIRQoy sevinsin Turan eliBayram günü yaxınlaşır,Məhv elədik düşmənləri,Səmada bayraq sayrışır,Zəfər bizə çox yaraşır.Xankəndim "Zəfər!"söyləyir,Zəngəzurum yol gözləyir,Hamı təbriklər söyləyir,Sevincimiz aşıb daşır,Zəfər bizə çox yaraşır.Azad,abad məmləkətim,Odlar yurdu-səltənətim.Dünyaya çatdı şöhrətimAy ulduzumla yarışır,Zəfər bizə çox yaraşır.İlham durdu elə dayaq,Qələbədən verdi soraq,Birlik olub ,qoy ucalaq,Dost-düşmən bizdən danışır,Zəfər bizə çox yaraşır.Ey türk oğlu,mətin dayanTürkiyədi sənə hayanBirləşəcək AzərbaycanKüsülülər də barışır,Zəfər bizə çox yaraşır! 08.11.2023OLSUN, OLSUNMən bu şeri yazanda hələ tam Zəfər əldə olunmamışdı. Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Agdam və bir çox kəndlərimiz alınsa da, Xanləndimiz, Ağdərəmiz, Xocalımız hələ yol gözləyirdi. Şükür, biz bu qələbəni əldə etdik. Bayrağımız Qarabağda dalğalanır. Qürur və sevinc hissindəyik. Bu sevinci bizə yaşadan prezidentimiz başda olmaqla, Milli Ordumuza, şəhidlərimizə, qazilərimizə, bu yolda can qoyan, qan qoyan igidlərimizə borcluyuq.Hər birinizi təbrik edirəm.Vətən işğalında bayram edənlər,Düşüb ortalığa yallı gedənlər,Biz Zəfər çalanda gözdən itənlərGörüm yorğanına qor olsun, olsun.Elin havasından çuşa gəlirəmGüldən çələng hörüb başa gəlirəmZiyafət etməyə qoşa gəlirəmLavaşın içində nor olsun,olsun.İgid oğlanlardı elin dayağıHər yana yayıldı şanı-sorağıGöylərə ucaldı türkün bayrağıDünya erməniyə dar olsun,olsun.Kəkotu çiçəyin biçməyə gəlinSuları buz kimi içməyə gəlinYığılıb vətənə köçməyə gəlinXəstənin dərmanı nar olsun,olsun.Bir daha görməyək yağı savaşıÜstümüzdən getsin duman, yağışıAğsaqqal, ağbirçək dua, alqışıAlaq,tale bizə yar olsun, olsun.Musiqi dünyamdı,şerin özüyəmHər sözü ibrətli elin sözüyəmVətənə bağlıyam, Göyçə qızıyamBütün türk elləri bir olsun,olsun.ŞƏHİDLƏRTarixdə "Basılmaz Ordu"-ad aldı,Mərdlik,cəsarətlə yadlarda qaldı,Düşmənə həqiqi qələbə çaldıƏymədi başını önə, şəhidlər!Baxıb analara ürəyim sızlar,Qara bağlamasın gəlinlər, qızlar,Tarixi yazdılar unudulmazlar,Qurub könüllərdə bina, şəhidlər!Aldı neçə yara ayaqdan,qoldan,Gah sağdan girdilər, gah da ki soldan,Uğruna getdiyi müqəddəs yoldanBir dəfə görmədik dönə şəhidlər.Aldı Qarabağı Milli Ordumuz,Axır,azad oldu qədim yurdumuz,Köçüb ürəklərdə yuva qurdunuzTorpaq oldu sizə ana, şəhidlər!ƏSGƏR BACISININ DİLİNDƏN...Döyüş başlayandan yamandı halımBu dunya fanidi,yalandı,zalımQırılıb qanadım qırılıb qolumMənə qardaşımdan bir xəbər yetirFəxrim,vüqarımdı başımın tacıQardaş ilə ürəklənər hər bacıBir xoş xəbər olar dərdim əlacıMənə qardaşımdan bir xəbər yetir...BİR HƏRBÇİNİN DİLİNDƏN…Dondu damarımda qanım dayandıBir qız məndən qardaşını soruşduAlışdı ciyərim,ürəyim yandıBir qız məndən qardaşını soruşdu.Mən ona xəbəri verə bilmədimÜmidini yerə sərə bilmədimBuna edim necə çarə bilmədimBir qız məndən qardaşını soruşdu..Gözlər ümid dolu,gözlər qəm doluGözləyir həsrətlə qardaşın yolunAxı necə deyim,apardı ölüm....Bir qız məndən qardaşını soruşdu... 22.01.2021BİZİMKİDİR QARABAĞ!44 günlük savaşda yazdığım bir həyat hekayəsi (mənzum)Ana ogul böyüdür, el üçün, vətən üçünGecə yatmır yuxusunGündüz dincliyi yoxduBalası indi hardaGörən acdı ya toxdu...Üşüyürmü əlləriGörən əyni qalınmıCırılıb corabları?...Ayaqları yalınmı?..Dolur ana gözləriGizlədir ürəyindəQəlbindəki sözləri..Bax ata da büzüşübİsti soba yanındaQızmır əli ayagıNeçə gündü oglununGəlmir səsi,soragı..Nə zəng çatır,nə xəbərNarahatdı ata da..Müharibə düşəndənYuxu gəlmir yata da...Aman-zaman bir ogul...Gözün ona dikmişdiBalası sag qayıtsaOna qurban demişdiGəlsəydi bircə xəbərOna ümid olardıAta hey düşünürdü...Ata fikrə dalırdı..."Bax oglum qayıdacaq,Mənə dayaq olacaq...Sevdiyi qonşu qızı, Fəridəni alacaq..Toy edəcəm magardaAxı niyyət etmişəm..Çoxdan nişan üzüyüAlıb hazır etmişəmBircə tez qurtaraydıBu qanlı müharibə!Balam da qayıdaydıObasına,elinə...Yenə düşünür ata...Yenə fikrə dalırdı..Hərdən də baxışlarıTelefonda qalırdı...Hər gün xəbər tuturduCəbhədə olanlarıBirbəbir izləyirdiŞad xəbər gözləyirdi..Bax,Füzuli alındı...Zəngilanı da aldıq...Kəndlər də alınıbdı..Necə sevinir ana..Necə fəxr edir ata!Şükr edir Yaradana!...Bur gün bir xəbər gəldiAtanın bagrın dəldiAnanın ah-naləsi asimana yüksəldi…Gözünün ag-qarasıCiyərinin parasıOglu,şəhid olmuşduCənnətə qovuşmuşdu.Şəhadət zirvəsinə qovuşmuşdu balasıBir daha enməyəyəcək zirvələrdə qalasıBayragını sancmışdı o Şuşa şəhərinə...Düşməni məhv edərək,İgidlik göstərərəkO məqama çatmışdi...Namərdlərdən qisasın, layiqincə almışdı...Neçə -neçə igidlər canın fəda etdilərQanları bahasına,canları bahasınaYurdu azad etdilər!...Əzizinəm Qarabag,Şuşa, Laçın, QarabagYadelliyə vermərikBizimkidir Qarabag!Şəhid mənim qardaşımŞəhid mənim balamdı,Qarabag haqq savaşımŞuşa qanlı qalamdı...Üçrəngli bayragımıFəxrlə daşıyıramDaha mən alnıaçıq,Üzüag yaşayıram!..EVLƏRƏ ŞƏHİD GƏLİR...Günəş qəfildən solur,Analar saçın yolur,Gözlərim yaşla dolur,Evlərə şəhid gəlir...Bacılar haray, deyər,Qardaş deyər, inləyər,Örpəyi qara geyər,Evlərə şəhid gəlir...El gəlib sorağınaNaləsinə,ağına,Bükülüb bayrağınaEvlərə şəhid gəlir…Axır, qisas alındı,Yeni zəfər çalındıTarix təkrar olundu.Bayrağımız yüksəlir,Evlərə şəhid gəlir... 21.09.23ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.