CƏBRAYlL HÜSEYN (1958) Ədəbiyyat » Poeziya 29 Ekim 501 0 1 2 3 4 5 Cəbrayıl Hüseyn (Cəbrayıl Əmirsoltan oğlu Hüseynov) – 1958-ci ildə İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində anadan olub.1975-ci ildə İsmayılli rayon 3 saylı orta məktəbi bitirib. 1976- 1978-ci illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Azərbaycan Respublikasınin Daxili İşlər Nazirliyi Yanğından Mühafizə İdarəsinin 19 saylı hərbiləşdirilmis Yanğından Mü-hafizə Hissəsində sıravi döyüşü kimi xidmətə başlayib. 1983-cu ildə keçmis SSRİ Daxili İşlər Nazirliyinin Xarkov şəhərində yerləşən Yanğın-Texniki Məktəbinə daxil olub. 1987-ci ildə təyinatla Şəki şəhərinə Dövlət Yangın Nəzarəti üzrə inspektor vəzifəsinə göndərilib. 1992-ci ildən öz doğma rayonu İsmayıllıya Yanğından Mühafizə İdarəsinə rəis müavini vəzifəsinə təyin edilib. 2008-ci ildən daxili xidmət orqanlarından təqaüdə çıxıb. Birinci Qarabağ Müharibəsi veteranıdır. Daxili xidmət mayorudur. Evlidir. İki övladı var. Bədii yaradıcılığa gənc yaşlarından başlayıb. Ədəbiyyata 1975-ci il-dən gəlib. Şeirləri mütəmadı olaraq yerli və mərkəzi mətbuat səhifələrində və bir neçə almanaxda dərc edilib. "Bu da dünya işığı" şerlər kitabının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Biz də Cəbrayıl Hüseynə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzÇOX DƏYİŞDİN ANA YURDUMÖmrü belə başa vurdum, Nə yıxıldım, nə də durdum.Çox dəyişdin, Ana Yurdum,Bilinməyir qışın, yazın.Heç nəyin yox öz adıyla, Dəyişildi təzadıyla .Neft adıyla , qaz adıyla, Çoxun gedib, qalıb azın.Yük çəkəni bizləyirlər, Həqiqəti gizləyirlər.Ac qurdları bəsləyirlər, Bəs sürüdə qoyun-quzun. Yad havalar başlarında, Perik düşüb quşların da. Dilə gəlib daşların da, Pıçıldaşır xısın-xısın.Nə olsun var abadlığın, Sıxır bizi kasadlığın.Hələ deyən azadlığın, Yolu uzun, yolu uzun.İsmayıllı, 12 iyul 2023"DOĞMA TORPAĞA BAĞLlLlQ" SİLSİLƏSİNDƏNTorpağa o qədər mən bağlıyam ki, Çiçəklər su bilir alın tərimi.Nəğməsi o qədər yanıqlıyam ki, Bülbüllər qısqanır nəğmələrini. Elə dalğalanıb, ləpələnmişəm, Elə doğranmışam, tikələnmişəm.Elə çiliklənib, səpələnmişəm, Toplasan, dağ olar qəlpələrimi.Düşməni süfrəmin aşında gördüm, Xəncərin sinəmin tuşunda gördüm. Şükür ki, gün gəldi , başında gördüm, İntiqam hissiylə zərbələrimi.Zülmət işıqlandı, dan bahasına, Zaman bahasına , an bahasına. Cəsur igidlərin qan bahasına, Qovdum ocağımdan "kirvələrimi".Axıb zəfərlərdən nur gəlib bizə, "Segah" gəlib bizə , "şur" gəlib bizə.Gərək ki, aparam XANKƏNDİMİZƏ, Bu gələn baharda NƏVƏLƏRİMİ!Bu gələn baharda NƏVƏLƏRİMİ!İsmayıllı rayonu, 8 oktyabr 2023.GÖTÜRÜB Ayaqlayır dövr məni, Fikirlərim ovur məni.Bu zaman da qovur məni, Əlinə bir daş götürüb.Nə tapmışam, gec tapmışam, Tapdığımı puç tapmışam.Ağlamağa künc tapmışam, Gözlərimi yaş götürüb.Dünya ağlı dayazların,Əndamları bəyazların.Manısların, rəqqasların,Meydanı şabaş götürüb.Dəyişib, ölçü-biçilər, Müqəddəs hər şey keçilər.Hanı buynuzlu keçilər? Sürünü gabaş* götürüb.Vətən, sevdim qüdrətini, İsmətini, qeyrətini.Çox heyif ki, sərvətini, Beş-altı oğraş götürüb.Ölüm oraq, ömrüm zəmi, Sinəm üstü xırman dəmi.Bir ömürlük nəfəsimi , Küləklər yaddaş götürüb .Ay Cəbrayıl, ram olaydın, Nəfsinə edam olaydın.Kaş ki, bir "adam" olaydın, Düz yolunu çaş götürüb !Düz yolunu çaş götürüb !*Gabaş sözü buynuzsuz keçi mənasındadır .İsmayıllı, 12 avqust 2023.GEDİM Bu da bir ömürdü ötüşdü belə,Gözləri göylərə dikilim gedim.Çevrilim bulağa, qarışım selə,Duman tək dağlara çəkilim gedim .O sərvi qamətin duruşun hanı? Mənə oğrun-oğrun baxışın hanı? Buludun, şimşəyin, yağışın hanı? Özüm öz içimdən sökülüm gedim .Bəxtimdən rəng alıb, qaralmışam mən, Elə o zülmətdən nur almışam mən.Yarpaq tək budaqda saralmışam mən, Yoluna , izinə tökülüm gedim.Yanar pərvanələr, hər oda sığmaz, Günəş gizlənsə də, buluda sığmaz. Qanadı pərvazlar tabuta sığmaz, Qolları qoynuna bükülüm gedim.Qolları qoynuna bükülüm gedim.İsmayıllı, 17 avqust 2023.DEYİLƏM Zəng edib halımı soruşan dostum, O vaxt o gördüyün " yaxşı " deyiləm.Ömrümün baharı , yazı ötüşüb,Hələ payızıyam, qışı deyiləm.Mənim taleyimdə həmişə axşam, Əriyib, süzülür, o gördüyün şam . Köçəri quşlara yuva qurmuşam, Ozüm bir yuvanın quşu deyiləm.Hara uzatmışam, qolum düz olub, Sağım əyilsə də, solum düz olub.Həmişə ünvanım, yolum düz olub , Hələ bir addımın çaşı deyiləm .Bu Ana torpağin hikməti dərin, " Varlı bulağıyam " , yoxsul kəndlərin. Şeytana " daş atan " çox ləvəndlərin, " Şeytana atılan " daşı deyiləm.Tapmasan sən məni demə itmişəm, Harda çürümüşəm orda bitmişəm.Min dəfə bu yolu gəlib-getmişəm,BU QOCA DÜNYAYA NAŞl DEYİLƏM !BU QOCA DÜNYAYA NAŞl DEYİLƏM !İsmayıllı, 3 iyul 2023. APARIRUzanır, ötüşür , itir yolların, Sanki yollarını duman aparır.Görəsən harada bitir yolların,Məni də min yerə güman aparır. Yerdən pərvazlanıb, göydən düşmüşəm, Yorulub yollarda heydən düşmüşəm. Onsuz da yanıqlı neyden düşmüşəm, Çəkib ürəyimi kaman aparır.Saralıb çiçəklər, solub naxışlar, Qızılgül baxışlar, lalə baxışlar.Sıxlaşıb buludlar, yağır yağışlar,Yuyub bu dünyanı leysan aparır.Dönüb ruh olmuşam, daha canım yox, Axıb damarımdan çıxan qanım yox. Məni bu dünyadan Yaradanım yox, Vüslı qəlbimə daman aparır.Göylər ulduzları barışdıracaq, Zülmətin qoynunda alışdıracaq.Bu torpaq bizi də qovuşduracaq, Sadəcə bir ömür ZAMAN aparır!.Sadəcə bir ömür ZAMAN aparır !ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.