VƏTƏNPƏRVƏR MƏKTƏBLİ - Zinyət Bağırova MEDİA » Gənc istedadlar 23 Ekim 435 100 1 2 3 4 5 Vətənpərvərlik öncə ailədən, sonra isə məktəbdən başlayır. Əlimizə ilk qələm aldığımiz zaman bizə Ana Vətən sözünü yazmağı, vətəni sevməyi müəllim öyrədir. Belə vətənpərvər məktəblilərdən biri də Zinyət Qadir qızı Bağırovadır. O, 11 iyun 2015-ci ildə Salyan rayonunun Parça Xələc kəndində zəhmətkeş bir ailədə anadan olub. 2021-ci ildə Seymur Səmədov adına Parça Xələc kənd tam orta məktəbinin 1-ci sinfinə qədəm qoyan gündən öz ağlı, dərin zəkası ilə müəllimlərin sevgisini qazanıb. Hazırda 3-cü sinif şagirdidir. 2022-ci ildə Heydər Əliyev adına Uşaq Gənclər İnkişaf Mərkəzində dərnək üzvü secilib, bir çox yarışmalarda, tədbirlərdə iştirak edib. 2023-cü ildə Bakı şəhərində şeir müsabiqəsində birinciliyi qazanıb, fəxri fərmanlarla təltif edilib. Daima öz üzərində çalışan Zinyət haqqında oxuduğu məktəbin direktoru Pərvin Babayeva qürurla danışır:- 3-cü sinif şagirdi Bağırova Zinyət Qadir qızı məktəbimizn ən fəal şagirdlərindəndir. Dərslərinə yüksək səviyyədə cəlb olunmağı, müəllimlərinin tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirməyi, dərslərindən yüksək qiymət almağı ilə yanaşı, davranışı, təlim tərbiyəsi ilə də yoldaşlarından secilir. Məktəbdaxili və məktəbxarici tədbirlərdə yüksək həvəslə iştirak edir. Gözəl rəqs etmək, səlis və intonasiya ilə şer demək qabiliyyətinə malikdir. Təhsil müəssisəsinin bayramlarda, əlamətdar və tarixi günlərdə təşkil etdiyi tədbirlərdə, bilik yarışmalarinda, şeir müsabiqələrində fəallıqla iştirak edir. Müxtəlif müsabiqələrdə iştirak edərək hədiyyələrə, fəxri fərmanlara və təşəkkürnamələrə layiq görülmüşdur. Belə savadlı, tərbiyəli, vətənpərvər övlad tərbiyə etdiklərinə görə Zinyətin valideynlərinə öz təşəkkürümu bildirirəm. Zinyətə uğurlar arzulayiram. “Uğur yolu” redaksiyasının əməkdaşlarına, şəxsən Raziyə xanım Kamilqızına öz minnətdarlığımı bildirirəm ki, belə istedadlı uşaqları arayıb axtarıb üzə çıxarır. Çox təşəkkur edirik, islərinizdə ugurlar arzulayırıq. Ziynət Bağırovanın sinif muəllimi Şəlalə Mehdiyeva öz ürək sözlərini belə bildirdi: - Ziynət Bağırova mənim sevimli şagirdimdir. Zinyət çalışqan, tərbiyəli, məsuliyyətli şagirddir. Heç vaxt yoldaşlarının qəlbini qırmaz, mehribanlığı, səmimiyyəti ilə onlarla ünsiyyətini möhkəmləndirər, ehtiyacı olana dərslərində kömək əlini uzadar. Zinyət eyni zamanda çox istedadlıdır. Bütün tədbirlərdə çıxışları ilə hər kəsi heyran qoyur. Zinyətin çox böyük uğurlara imza atacağına, gələcəkdə bizlərin və ailəsinin fəxri olacağına səmimi qəlbdən inanıram və bunun üçün hər zaman arxasında duraraq ona dəstək olmağa hazıram. Müəllimlər Zinyət haqqında elə sevinclə danışırlar ki... Zəhmətlərinin bəhrəsi olan Zinyətə uğur diləyənlərdən biri də İbrahimova Elgün Balakişi qızıdır. O, dedi: - Zinyətə bu yolda uğurlar arzu edirəm. Səsi həmişə ucalardan gəlsin. Fəxrli övlad olsun. Atasının, anasının, ailəsinin, qohumlarının başını hər zaman uca etsin. Uğurları bol olsun. Muəllimi olaraq Zinyət haqqında onu deyə bilərəm ki, Zinyət həmişə seçilən şagird olub, birinci növbədə öz tərbiyəsiylə davranışı ilə özünə hörmət qazanıb. Zinyət gözəl nitqi daniışığı ilə həmişə fərqlənib. Dərslərinə həmişə düzgün cavab verir, öz savadı ilə seçilir. Məktəbimizin butun tədbirlərində istirak edir. Hər zaman kollektiv tərəfindən bəyənilir və alqışlanır. Onun gözəl şeir demək qabiliyyəti hamını təəccübləndirir. Onun Vətəninə bağlılığı, dediyi şeirlərdə hiss olunur.Arzu edirəm ki, onun gələcəyi parlaq olsun. Həmişə səsi ucalardan gəlsin. Məktəbin riyaziyyat-informatika müəllimi Nərgiz Əliyevanın dediklərindən:- Zinyət bizim ən ağıllı, ən savadlı, ən həssas şagirdlərimizdəndir. İlk dəfə dərs dediyim gündən mən Zinyətin yaşına görə qeyri adi ağıla, bacarıqlara sahib olduğunu fərq etmişdim. Zaman irəlilədikcə onun haqqında yanılmadığımdan əmin oldum. Məktəbdaxili tədbirlərdə Zinyətin çıxışını, qiraətlərini dinləyərkən görmək olur ki, o özündə olan xüsusi istedada hər kəsi heyran buraxır. Heç yadımdan çıxmaz, bir dəfə 44 günlük müharibənin anım günü ilə bağlı tədbir idi, səhv etmirəmsə, tədbir məktəbin həyətində təşkil olunmuşdu. Və mikrofonda Zinyətin titrək səsi eşidildi. İnanın ki, dayanmadan bəlkə də 4-5 səhifəlik səlis bir nitqlə çıxış etdi müharibə haqqında, ardınca göz yaşları ilə şəhidlərə aid şeiri səsləndirdi. Onun o çıxışı, o qiraəti hamını göz yaşlarına qərq etmişdi. Zinət sanki o hadisəni yaşayırdı və bizlərə də yaşadırdı öz vətənpərvər ruhu, vətən sevgisilə. Onun çıxışı bitəndə, gözlərim tədbir iştirakçılarının içində 60-65 yaşlarında bir adama sataşdı, (qonşu kəndlərdən birindən idi, nə üçünsə yolu məktəbimizə düşmüşdü və tədbirə şahid olmuş-du) gözünün yaşını silə - silə Zinyətin çıxışını elə bir ürəklə alqışlayırdı ki...Zinət olduqca möhkəm xarakterli, cəsur olduğu qədər də həssas təbiətə malikdir, kövrəkdir. Mən ümid edirəm ki, Zinyət gələcəyin parlaq insanlarından biri olacaq. Onun zehni, mərhəməti, vicdanı, saflığı daim onun həyat yolunu işıqlandı-racaq! Zinyətə həyatında daim uğurlar arzu edirəm! Qoy o öz nuru ilə gələcəyə işıq saçsın!Biz də Zinyət Qadir qızı Bağırovanın müəllimlərinin xoş arzularına qoşuluruq, ona gələcək təhsilində parlaq uğurlar diləyirik!..Raziyə RzayevaAYB və AJB-nin üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.