Məryəm ƏLİYEVA: "Ağlaya-ağlaya Azərbaycan bayrağını öpən Şəhid anası" Publisistika, Müsabiqə, Köşə yazılar 1 Mayıs 894 100 1 2 3 4 5 Ağlaya-ağlaya Azərbaycan bayrağını öpən Şəhid anası. Müdrik bir qadın. Böyükdən də böyük sonluğu olmayan bir əsər. Ağlaya – ağlaya bayrağı öpən Şəhid anası, vətəninin azadlığı naminə min bir əziyyətlə böyütdüyü övladından keçən, amma torpağından, bayrağından keçməyən özü sadə, amma ürəyi Dünyadan da böyük olan bir ana, bir Azərbaycan qadını.Ay ana sənin bu ürəyinin qarşısında söz də acizdi, qələm də. Sən əlinə qələm almadan, müdrik Şəhid anaları adlı elə bir əsər yazdın ki, bu əsərin oxunduqca bitməsi mümkün deyil. Bu əsər cəngavər şəhid analarının dözümünün, cəsarətinin ən böyük nümunəsidir. Bu əsər Azərbaycan qadıninin əzəmətlini, vüqarını vəsf edən nəsillərdən nəsillərə ötrülən bir qəhrəman oğul böyüdən ananım yaddaşlara daimi həkk olunan bir tarixi nümünəsidir. Şəhid oğlunun məzarı önundə bayrağı öpə-öpə ağlayan ana nə demək istədin görəsən. Bəlkə də ürəkparçalayan, amma yaddaşlarda əbədi iz salan bu hərəkətlinlə düşmənə bir daha bildirdin ki, Azərbaycan nə qədər sınaqlardan keçirsə-keçsin, cəngavər oğulları daimi olaraq qəhrəmanlıq tarixi yazmağı qadir olmüşlar və olacaqlar da. Vüqarına, dözümünə qurban, ay ana. Ulu Tanrımızın sənə bəxş etdiyi o böyük səbrinə qurban, ay ana. Özü yumruq böyda olsa da Dünyadan da böyük ürəyinə qurban, ay ana. Gözəlirindən leysan kimi axıttığın yaşlara qurban. Ovladının qanı–canı bahasına azad olmuş torpaqlarımızda qrurla dalğalanan bayrğın dəyərini bilərək onu belə müqəddəsləşdirən bir nümunəyə çevrildin. Elə bir nümunəyə ki, kədərli olduğu qədər də möhtəşəm, nümunəvi olduğu qədər də əzəmətlidi. Anaların müdrikliyinə bax, anaların əzəmətinə, vüqarına bax İlahi. Tanrımız anaları nə böyük qüdrətdən yaradıb.Bəlkə də bir evin övladı kimi dünyaya gətirdiyin və bir elin övladı kimi dünyadan köçən Şəhid balanın göylərdə pərvaz edən ruhu sənin qələmsiz, kağızsız yazdığın diyməti və dəyəri Dünyadan da böyük bu möhtəşəm əsərə görə məmnunluqla tək sənin deyil, bütün Azərbaycanın başı üzərində məmnunluqla dolanır və belə ananın övladı olduğuna görə qürurlanır. Sənin bu ürəyinə görə tək oğlunun ruhu deyil, bütün Azərbaycan oğladları səninlə qürurlanır. Ağlaya-ağlaya Azərbaycan bayrağını öpən Şəhid anası bütün Azərbaycan sənin əllərindən öpür. Məryəm ƏLİYEVA,Kürdəmr Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon MKS-nin metodika biblioqrafiya şöbəsinin baş biblioqrafıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.