DƏNİZ ARZULU ŞƏHİDİM - VÜSAL CƏFƏROV Digər » Unutsaq, unudularıq!.. 30 Ekim 527 100 1 2 3 4 5 Unutsaq, unudularıq!..Şair Ramiz Rövşən belə deyir dənizə:Dənizi hədiyyə verirəm sənə,Mən dedim, sən baxdın, sən gülümsədin.Göylərin şəfəqi düşdü üzünəMən isə göyləri verirəm dedin.Mən də şairin diliylə dəniz arzulu şəhidimizi vəsf etmək istədim.O şəhid ki, gəncliyinin hər anını, ürəyinin hər sözünü, gələcəkdə böyük ümidlə quracağı arzularını böyük həvəslə ucsuz bucaqsız mavi dənizlə bölüşürdü.Dəniz qədər ucsuz bucaqsız arzularla dolu olan bir gəncin həyata baxışı tam başqa idi.O hər şeyini sakit, göy üzü qədər masmavi olan dənizə bən-zədirdi. Sanki dənizlə bir sirdaş bir dost idi o gənc.Arzularının xəyallarının bir gün reallaşacağına, ümidlərinin isə boşa çıxmayacağına inanırdı.Məni də çox düşündürən bir sual var, görəsən dənizlə nə danışırdı, nə dərdi, nə arzusu, nə diləyi var idi...İndi onun bir qəhraman olduğunu dənizlər bilirmi görəsən, ya da hiss edirmi?.. Goresən qəhraman olacağını özü hiss edibmi, dənizlə bölüşübmü nə zamansa...Artıq onun qəhrəmanlığını yer, göy qədər dənizlərdə hiss edib. Dinlə ey dəniz, sənə sənin qədər saf, sənin genişliyin qədər ürəyi geniş və şəffaf olan, sənin sirdaşın dostun olan bir qəhrəmandan danışacam sənə...Bir zaman səni dinləyən o oğulun, indi qəhrəmanlıq dastanını sən dinlə dəniz.Daha səninlə söhbətə cismən deyil, ruhən gələn o Qəhrəman oğul - Vətəni üçün can qoyan Şəhid Vüsal Şəfi oğlu Cəfərovdur. Qəhraman Vüsal Cəfərov - 16 yanvar 1996-cı ildə Salyan rayonunun Xələc kəndində zəhmətkeş bir ailədə anadan olub. Orta məktəbi doğulduğu kənddə oxuyub bitirib. Məktəbi bitirdikdən sonra müddətli hərbi xidmətə başlayıb.Azərbaycan ordusunun əsgəri olan Vüsal Cəfərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxıb. Verilən döyüş tapşırıqlarını yerinə yetirən Vüsal daima komandirlərin də rəğbətini qazanmışdır. Döyüş dostları Vüsalın necə mərhəmətli, o çətin anlarda hər kəsin qayğısına qalan, son tikəsini belə onlarla bölən bir dost olduğunu soyləyirdilər. Dostları onu adi ilə deyil, "Həci" deyə çağırırdılar. Uzun döyüş yolu keçən Vüsal Şəfi oğlu Cəfərov 2020-ci il noyabrın 5-də qəhramanlıqla döyüşərək Şəhidlik zirvəsinə ucalıbŞəhid Vüsal Şəfi oğlu Cəfərov – ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin sərancamlarına əsasən "Vətən Uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə medalı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.Nə arzuları vardı Vüsalın, yarım qalan ömür, nakam qalan sevgi, ürəyində sonsuluğa qədər ömür gün yoldaşının xəyallarında yaşayan Vüsal. Şəhid Vüsal Cəfərovun ömür gün yoldaşı xoşbəxt günlərdə çəkilən rəsmlərə baxaraq söyləyir ki, həyatımızın bütün şirinliyi onunla getdi. Bu gün çalışıram onun əmanəti olan Ayxan atası kimi vətənpərvər ruhda böyüsün, atasının adına layiqli övlad olsun. Bu gün əlim Vüsala çatmasa da ürəyim, qəlbim onunla döyünür.Əlim çatmır sənə sevdiyim Vüsal,Mən qurban olaram yaralarına,Yaman küsmüşəm talehimdən,baxtımdan,Sənsizliyə dözmür Ayxan balan.Könül ana bu gün Vüsalın əmanəti körpə oğlu Ayxana atasının necə qəhrəman, xeyirsevər, mərhəmətli və cəsur olmağından danışır. Çalışır ki, hər zaman Vüsal oğlunun yaddaşında qəhrəman kimi canlanaraq yaşasın.Ruhun qarşısında, qəhrəmanlığın qarşısında dərin ehtiramla baş əyirik igid şəhidim.İndi Şuşa azaddır!..İndi Xankəndi azaddır!..İndi Xocalı azaddır!..Qarabağ Azərbaycandır!Raziyə RZAYEVA,AYB və AJB-nin üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.