Məryəm Əliyeva: "YARPAQ ÖMRÜ" Publisistika, Müsabiqə, Köşə yazılar 1 Mayıs 890 100 1 2 3 4 5 Soyuq bir payız səhəridr. Səhərin soyuq küləyi ağacların budaqlarını titrədir. Soyuqdan saralıb büzüşmüş yarpaqlar bu titrəyişə tab gətirməyərək həmin budaqları tərk edib torpaq üzərinə səpələnərək orada sarı xalıya bənzəyirlər. Sakitlikdə küləyin üşüdücü uğultusu və bir də yarpaqların ağaclardan qoparaq töküldüyü yerdə xışıltı yaratması insan qəlbini titrədir, onda nə isə başqa duyğu, başqa xatirə yaradır. İnsan duyğulanır, düşünür, öz-özlüyündə götür-qoy edərək elə hey, ,nə isə axtarır və axtardığı suallara cavab tapmağa çalışır.Mən də həmin gün vıyıltı ilə əsən küləkdən qorunmağa çalışaraq opa-bura çırpınan budaqlara və bir də xəzəl olub yerdə xışıldayan yarpaqlara baxdıqca qəlbimdə nə isə qəribə bir duyğu yarandı. Bu duyğu məni kövrəltdi, hardasa qəlbimin gizli bir yerində sızıltı, kədər hiss etdim o anda!Mən həmin anda bu cür soyuğa, şaxtaya tab gətirən ağacla ömrü boyu əlləşib-vuruşan, bir tikə çörək pulu qazanmaq üçün min bir əziyyətə qatlaşan insanları müqaiysə etdim, öz- özlüyümdə. Doğrudan da payızın sazağına, soyuğuna dözən, küləyin güclü təsirləri qarşısında qürurla dayana bilir ağaclar, onların kövrək budaqları. Payızda onları tərk edib gedən saralıb solmuş yarpaqların arxasınca həsrətlə, niskilliklə deyil, böyük ümidlə , inamla baxırlar həmin ağaclar. Çünki ağaclar öz yarpaqlarının etibarına, sevgisinə tam əmindilər. Ağaclar çox yaxşı bilirlər ki, indi saralıb xəzəl olmuş bu yarpaqlar onları həmişəlik tərk edib getmirlər. Yenə yaz gələcək, həmin ağaclar tumurcuqlayacaq. Payızda onları tərk edib gedən yarpaqlar yenidən cücərib yarpaq olaraq ağacları ən etibarlı dost kimi öz əhatələrinə alacaq. Meyvə ağacları öz meyvələri ilə, çiçək ağacları isə öz ətirli çiçəkləri ilə insanları sevindirəcək, onların qəlblərinə fərəh gətirəcək, ruhən, mənən onlara xoş duyğular bəxş edəcəkdir. Quşlar isə bu ağacların budaqları üzərinə qonaraq şirin nəğmələr oxuyaraq insanlara xoş əhval-ruhiyyə bəxş edəcək. İnsanlar isə bu gözəllikdən zövq ala-ala həmin ağacın altında dincələcək, rahatlanacaqlar. Bax buna görə də ağaclar payızın, qışın soyuq sazağına, tufanına tab gətirə bilir, onların qarşısında qürurla dayana bilirlər. Çünki yarpaqlar kimi onların etibarlı dostları var. Həmin yarpaqlar ki, onları müvəqqəti tərk etsələr də yenidən qayıdaraq ağacların etibarlı dostu, həmdəmi olurlar. İnsan! Bəşər tarixinin yaradıcısı, qurucusu, dəyərli işi, əməli ilə dünyaları fəth edən varlıq. Öz savadı, biliyi, zəhmətsevərliyi ilə bu günümüzün real həyatında mühüm rollar oynayan dünyamıızın dəyərli varlıqları. Bu gün biz tariximizi birər-birər vərəqlədıkcə hər nə varsa onun başında sənin adının, sənin əvəzsiz zəhmətinin olduğunu görürük. Sən dunyamızın qurucususan, sən dünyamızın, yaradıcısısan, sən dünyamızın aparıcızısan Sənin əvəzsiz zəhmətinin nəticəsində bu gün dünyamız dəyişir, şəhər və payonlarımız günü-gündən abadlaşır, böyüyür, gözəlləşir. İllər keçdikcə insanlarımız daha çox bilik, savad qazanaraq daha böyük işlər görərək daha böyük zirvələr fəth edirlər. Lazım gəlsə öz torpaqlarının qarşısında belə sinələrini sipər edərək müqəddəs qanlarını vətən torpağı üzərində axıdılmasından qorxmurlar,çəkinmirlər. Ona görə də sən bəşər tarixinin ən uca, ən əvəzolunmaz, ən dəyərli, ən qüdrətli bir zirvəsisən, ey dünyamızın ən böyük möcüzəsi olan insan !Mən nədənsə bu qədər gücə, qüvvəyə, qüdrətə malik olan insanın dünyadan köçərək torpağa qovuşaraq orada ömürlük yatdığını düşündüm. Ona görə də torpağa qarışan insan cismi ilə torpağa qarışaraq orada çürüyən yarpaqları müqayisə etdim. Bəli, yarpaqlar payızda cürüyür. Yazda isə yenidən ağaclara bəzək verərək onları daha da gözəlləşdirir. Torpağa qovuşan insan isə bu məskəni özünə ömürlük məskən seçir, ömürlük oranın sakini olur. Düzdür, bu dünyada onun çox izi, çox əməli qalır. Amma özü isə heç vaxt geri qayıda bilmir. Onu xatırlayanlar isə onun məzarı üstündə göz yaşı tökərək ürək boşaltmaqla kifayətlənirlər. Mən ona görə də torpağa tökülüb orada çüürüyən və yazda yenidən qayıdacaq yarpaqları, bir daha heç vaxt geri qayıda bilməyəcək insanla müqayisə etdikdə yarpaqlara böyük qibtə hissi ilə baxdım, ağacları bəxtəvər hesab etdim, Ürəyimin hansı yerindəsə qəribə bir hiss məni özünə çəkdi və mən düşündüm:- Kaş insan da nə vaxtsa geri dönə biləydi. Kim bilir onda nələr ola bilərdi. Payızın soyuq küləyi və bir də kədərli düşüncələr məni üşütdü, qəlbimi titrətdi və mən bu duyğularla evə dönməli oldum. Məryəm ƏLİYEVA,Kürdəmir Rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş bibloqrafı.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.