Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub Təhsil » AzTU 26 Ekim 525 100 1 2 3 4 5 Türkiyənin Milli Müdafiə Nazirliyinin tərkibindəki Makina və Kimya Sənayesi Korporasiyasının (MKEK) baş direktoru Prof. Dr. İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.AzTU-nun fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verən rektor Vilayət Vəliyev müasir dövrdə mühəndislik universitetlərində tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.Nümayəndə heyəti AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”, “Cezeri” laboratoriyası və digər mərkəzləri ziyarət edib. Ziyarət zamanı “Bilşim Vadisi Bakı”da təmsil olunan rezident şirkətlərin AzTU-da aparılan mühəndis hazırlığına faydaları, universitet-sənaye əməkdaşlığının inkişafında rolu, innovasiyaların dəstəklənməsinə verəcəkləri töhfələri barədə fikir mübadiləsi aparılıb.Daha sonra tərəflər gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.