Akademik HAMLET İSAXANLIya BAŞSAĞLIĞI Qarayazı, Nekroloqlar 9 Kasım 730 100 1 2 3 4 5 Akademik Hamlet İsaxanlının anası dünyasını dəyişibDəyərli ziyalimiz, böyük alim, tanınmış riyaziyyatçı, şair, yazıçı, publisist, tərcüməçi, sahibkar, elm, mədəniyyət və təhsil tarixi üzrə görkəmli mütəxəssis, ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi, təcrübəli təhsil və elm təşkilatçısı - Azərbaycanda fəaliyyət göstərən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, həmçinin Gürcüstanda yeni fəaliyyətə başlayan Şərq-Qərb Tədris Universitetinin həmtəsisçisi, Gürcüstan Elmlər Akademiyasının həqiqi üzvü, akademik, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet Abdulla oğlu İsaxanlının anası Pərixanım haqqın dərgahına qovuşub. Mərhum bu gün - 2023-cü il noyabrın 9-da Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunun Nəzərli kənd qəbiristanlığında dəfn edilib. Bütün redaksiya heyətimiz adından, akademik Hamlet İsaxanlıyaanası PƏRİ XANIMın vəfatından kədərləndiyimizi bildirir,mərhumun ailəsinə, övladlarına,doğmalarına və bütün yaxınlarınadərin hüznlə başsağlığı veririk.Allah rəhmət eləsin!Məkanı cənnət olsun. Müşfiq BORÇALI,“Ziya” qəzetinin və“ZiM.Az” İnformasiya Mərkəzininbaş redaktoru,Filologiya üzrə fəlsəfə doktoru;Musa NƏBİOĞLU,Azərbaycan Aşıqlar Birliyinin katibi,Əməkdar mədəniyyət işçisi;Elşad HƏSƏNOV,keçmiş Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovniki,politoloq;Hüseyn YUSUBOV,Gürcüstan Azərbaycanlıları Konqresinin sədri,"ZiM.Az-ın Redaksiya Heyətinin üzvü;Bədirxan ƏHMƏDLİ,AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,filologiya elmləri doktoru,professor;Vahid ÖMƏRLİ,AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri,fəlsəfə üzrə fəlsəfə doktoru;Aygül İSAYEVA,“SOCAR Energy Georgia” şirkətinin əməkdaşı,iqtisad üzrə fəlsəfə doktoruZiM.AzSUSMA, DANIŞ, AY ANA!Səssizliyin nə dərindir, ay ana,Səssizliyin inildəyir içimdə.Bu ölçüdə, bu biçimdə Səssizliyə dözmək olmur, ay ana.Eşitməsəm səsini,Duymasam nəfəsini,Gen dünyadaRahat‐rahat gəzmək olmur, ay ana.Səssizliyin səsi‐ O deyilmiSəsin ən yüksək mərtəbəsi?Gözlərim qaralır;Danış, ay ana, dillən,Səbrim daralır.Səsinin qanadlarıAlsın məni qoynuna,Sarılım boynuna,Eşidim həzin səsini,Duyum doğma nəfəsini, ay ana!Hamlet IsaxanliZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.