Xəyyam NƏBİYEV (1965): "Qanlar göl olacaq bu qızdan ötrü..." Poeziya, Müsabiqə 13 Kasım 510 Xəyyam Nəbiyev,Bakıdakı 270 N-li məktəbin ədəbiyyat müəllimiXəyyam Səlvər oğlu Nəbiyev 1965-ci il yanvarın 1-də respublikamızın dilbər guşələrindən olan İsmayıllı rayonunun Xankənd kəndində anadan olub. 1992-ci ildə ADPU-nun filologiya fakültəsini bitirib. Elə həmin ildən də doğulduğu doğma kənddəki orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 2001-ci ildən pedaqoji fəaliyyətini Bakının Suraxanı rayonundakı Hövsan qəsəbəsində yerləşən 270 N:-li orta məktəbdə davam etdirir.Hələ tələbəlik illərindən bədii və elmi yaradıcılıqla məşqul olan Xəyyam Nəbiyev bir sıra elmi araşdırmalar aparmış, müxtəlif toplularda məqalələr çap etdirmişdir. "Dağ boyda kiçik kəndim", "Geriyə səyahət", "Hekayələr" və "İsmayıllı rayonunun makro və mikro toponimlərinin linqvistik təhlili" adlı dörd kitabın müəllifidir. Eyni zamanda, onun müxtəlif mətbuat orqanlarında, ədəbiyyat portallarında və bir sıra ədəbi məcmuələrdə onlarla şeirləri və hekayələri dərc olunub.“Abdulla Şaiq”, "Zirvə" və “Qızıl qələm” mükafatları laureatıdır.Aşağıda Xəyyam qardaşımızın bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı, pedaqoji fəaliyyətində, eləcə də, elmi və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM Hələ tumurcuqdu…Hələ tumurcuqdu, hələ pöhrədi, Kollar gül olacaq bu qızdan ötrü.Düşəcək sinəyə əyilməz başlar,Şahlar qul olacaq bu qızdan ötrü.Şəvətək saçlara ələnəcək qar,Əyəcək başını otlar, ağaclar.Qürurlu başlarda şahanə taclarDönüb kül olacaq bu qızdan ötrü.Çıçəklər taxacaq ipək telinə,Min əda qatacaq şirin dilinə.Sözlər çıxacaqlar ceyran belinəDillər lal olacaq bu sözdən ötrü.Səbirlər qısalıb tükənən zamanPaslanmış qılınclar çıxacaq qından.İgidlər keçəcək şipşirin candanQanlar göl olacaq bu qızdan ötrü. NƏ DAŞ SALSIN(Gəraylı)Vaxtı fırladan fırladırİl başına nə daş salsın.Yaz gəlmir, qar ərimirsə,Gül başına nə daş salsın.Bir yerdə ünvanın yoxsa,Bir gedəcək yanın yoxsa,Bir gələn insanın yoxsa,Yol başına nə daş salsın.Ağzini etsən üç para,Dilindən çəkərlər dara.Ağıl yoxsa, bəxtiqaraDil Başına nə daş salsın.Heç kimsə soruşmaz halın,Bu miskin, yazıq əhvalın.Zaman qansız, ağa zalımQul başına nə daş salsın.Xəyyam, bəsdi ufuldadın,Öz başın özün tovladın."Əl çirki" deiyb tulladınPul başına nə daş salsın.Qəfildən qayıdıb...Qəfildən qayıdıb "sevirəm" deyə, Ağzın açıq qala sözün qurtara.Verəsən qəlbinin atəşin, odunKülün göyə uça, közün qurtara.Aylarla, günlərlə gəzəsən qoşaEşqi, məhəbbəti gözündən daşa.Bir ürək dinləyə, biri danışaDodağa, qulağa lüzum qurtara.Ömrünü çiçəkli bir yaz eləyə,Əlçatmaz arzunu pərvaz eləyə.Sən toy istəyəsən, o naz eləyəSəbir ərşə çıxa, dözüm qurtara.Nəzər salmayasan dünya malınaTanrı rəvac verə, işin alına.Bir payız günündə toyun çalınaMurada yetəsən arzun qutara.QƏZƏLHəsrət qoyub sevdiyim üzündəki xala məniZülm edib axırı saldı necə gör hala məni.Könlümü odlamağa bircə qığılcım bəs ikənBağlayıb qollarımı atıbdı tonqala məni.Baxıban tüstülənən cismimə ləzzət aparırDoğrayıb tikə-tikə düzübdü manqala məni.Əridib cismimi eşq öylə günə salıbdı ki, Dost-tanışlar tanımır görəndə az qala məni.Xəyyamı dərd danışdırır, nə etsin, çarəsi yox,Nəbadə bənzədəsiz yanşağa, naqqala məni. KÜÇƏ İTLƏRİNƏSiz də ulduzlar kimisiniz:Gündüzlər yox olubgecələr çıxırsınız.Nə ulduzların sahibi var,nə sizin kimsəniz.Amma ulduzların işığı var,sizin səsiniz,Səs işıqdan yaxşıdır.Bunu bilsəniz....Ulduzlara hürməyin.siz də bu qızlar kimisiz:Dəcəl-dəcəl oğlanlaronlar daş atır, sizə söz.amma qızlar sözdən qorxmazlarSiz də daşdan qorxmayın..Onsuz da hərənin başına bir cür düşür.Siz allah, qızlara da hürməyin....Siz də insanlar kimisiniz:güclülərimiz çox yeyir,amma ağıllılarımızələbaxım olubəyləndirir birinin uşağınıağıllılar da gün görəyir.Siz allah, ağıllılara da hürməyin...KÜÇƏ İTLƏRİNƏ - 2Vətən yurddan olar, yuvadan olar(it yuvası da olsa)Lap eləbir udumluq havadan olaro havanı ciyər dolusu alası olsan.Küçədən vətən olmaz.Vətən o şeydi ki,onu itirməyə qorxasan.Çalışasan,vurnuxasanora qayıtmağa.BozdarAlıs kişinin sürüsünün yanında olurvə qoruyur.TuzikMamedovun villasında olurvə qoruyur.CulbarsGülyanın sinəsinin üstünde olur və...Onlar üçü də xoşbəxtdir.Vətənsizlik yaman dərddir.Sizinsə nə itirəcəyiniz bir şeyiniz var,nə gedəcək unvanınız.Təkcə quru canınız var-nişansız, adsızBu da bir qismətdir.Adsızlıq yaman dərddir.SiziBozdar da qovar,Tuzik də qapar,Culbars da tutar,çünki onlarınAlıs kişisi var,Mamedovu var,Gulyası var.Sahibsizlikazadlıq deyil hələSahibsizlərə hər yerqadagadı,sərhəddir.Sahibsizlik yaman dərddir.Yazıq küçə itləri."Şərqin səsi" qəzeti,15 aprel 2015-ci il.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.