Ayşən Qüdrətqızı: "28 illik həsrətin 28 günlük sevinci" Köşə yazılar 7 Mayıs Ayşən QüdrətqızıBakı Dövlət Üniversitetinin III kurs tələbəsi,ZiM.Az-ın xüsusi müxbiriAyşən Qüdrət qızı Qasımbəyli 31 iyul 2001-ci ildə Bakı şəhərində anadan olub. 2007-2018-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi 284 saylı orta məktəbdə təhsil alıb. 2019-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub.Hazırda Jurnalistika fakültəsinin III kurs tələbəsidir.Eyni zamanda, ZiM.Az-ın xüsusi müxbiridir.Subaydır. Bu cümlələri "ürəyimin əlləri" ilə yazıram...Qəribədir hə?"Ürəyimin əlləri"... nanın, hislərim də ən az cümləm kimi qəribədir. İndi qəlbimdə dəniz qayalara çırpılır. Dilə gətirə bilmirəm hislərimi...Mən özümü çox şanslı hesab edirəm. Çünki, mən Laçınlıyam.Laçın rayonunun dillərə dastan olan gözəlliyindən elə bir dastan yazmaq olar.Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd var idi.Laçında doğulmasam da yaşamış kimi varam, çünki mən Laçın hekayələri ilə böyümüşəm.Hər dəfə başqa rayonlara gedərkən, valideynlərim deyirdi: Siz hələ nə görmüsünüz? Siz Laçından xəbərsizsiniz. Yayda kəndinə gedən həmyaşıdlarıma paxıllıq edərdim ki, onların rayonu azaddır, gedib gəzirlər, gəlirlər! Lakin biz hər il o rayondan bu rayona valideynlərimizin ürəyinə su səpilsin deyə, Laçının yerini verməsə də gəzmişik. Bu "gəzintilər" Laçınsız olmayıb. Hər dəfə bir daş, bir qaya parçası görəndə valideynlərimin sızıltı ilə qəlbindəki xatirələr dilə gəlib. Söhbətlərimizi isə dərin bir ah sonlandırıb. Köks ötürüb, "kaş ki"lərlə başlayan saysız-hesabsız cümlələr qurmaq məcburiyyətində qalmışıq.Hər il bayramlarda bütün yaşıdlarım öz nənələrini əllərində bir dəstə gül ilə ziyarət edərkən, mən qəriblikdə uyuyan nənəmin tənha məzarının xiffətini çəkmişəm. Valideynlərim də öz ata-anasının məzarını 28 ildir ki, ziyarət edə bilmirdilər. Amma artıq bitdi! Biz Laçınımıza qayıtdıq! Bu gun 28 illik həsrətin sona çatmasından düz 28 gün ötür!Qarşıla bizi, Laçın! Bağçalarda güllər açdırmağa gəlirik! Qarşıla bizi, Laçın! Sarı Aşıq Pirini ziyarət etməyə gəlirik! Qarşıla bizi Laçın! İllərdi sızlayan Həkəri çayını öz sahiblərinə qovuşdurmağa gəlirik! Qarşıla bizi, Laçın! Xəlfə qəbrini ziyarət etməyə gəlirik! Qarşıla bizi, Laçın! Malik Əjdər türbəsini ziyarət etməyə gəlirik! Qarşıla bizi, Laçın!Turşsu bulağından dadmağa gəlirik! Qarşıla bizi, Laçın!Ağoğlan məbədini ziyarət etməyə gəlirik! Qarşıla bizi, Laçın! Sarı Qaya mağarasını ziyarət etməyə gəlirik! Qarşıla bizi, Laçın! Ev dərəsi mağarasını ziyarət etməyə gəlirik! Qarşıla bizi, Laçın! Əzizlərimizin qəbrini əlimizdə bir dəstə çiçək ilə ziyarətə gəlirik!Qarşıla bizi, Laçın! Üçrəngli bayrağımızı sənin aydın səmalarında ucaltmağa gəlirik! Qarşıla bizi, Laçın! Bütün rayonlarımıza qayıdışımızı borclu olduğumuz Şəhidlərimizə abidə qoymaga gəlirik!Qarşıla bizi, Laçın! Bütün dünyaya, bizi qalib ölkə kimi tanıdan, Ali baş komandamıza heykəl qoymağa gəlirik! Qarşıla bizi, Laçın!28 ilin həsrət adamları gəlir!Qarşıla bizi, Laçın! Səni bir dəfə də olsun görməyib, ən az görənlər qədər sevənlər gəlir! Qarşıla bizi, Laçın! Qayıdışına çox sevinən bir Laçınlı gəlir! Artıq səmalarımızı Laçın quşu bəzəyəcək!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.