YADULLAH MİRZƏYEV (1970) Naxçıvan, Poeziya, Müsabiqə 14 Ekim 1319 100 1 2 3 4 5 Yadullah Qeybullah oğlu Mirzəyev - 12 yanvar 1970-ci ildə Naxçıvan rayonunun Sirab kəndində dünyaya göz açıb. 1977-ci ildə Sirab kənd orta məktəbinin I sinfinə qəbul olunub, 1987-ci ildə həmin məktəbin X sinfini bitirib. 1988-1990-cı illərdə Ukrayna Respublikasında həqiqi hərbi xidmət borcunu yerinə yetirib. 1996-cı ildə Naxçıvan Dövlət Universitetinə qəbul olub, 2000-ci ildə həmin universitetin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib.Hazırda Babək rayonunu Sirab kənd tam orta məktəbində və "Təhsil kursları"nda ixtisasım üzrə müəllim işləyir. 04.10.2022-ci ildə Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi"i fəxri adına layiq görülüb. Ailəlidir.Yadulla Mirzəyev gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olur. Onun nəsr əsərlərindən ibarət "Qisas yanğısı" adlı kitabı 2022-ci ildə "Əcəmi" nəşriyyatında işıqüzü görüb.Şeirləri isə müxtəlif mətbuat orqanlarında, o cümlədən, "Ziya", "Şərqin səsi", "Elm və təhsil", "Borçalı" qəzetlərində, zim.az, zirve.info, borcali.org,bolnisi.az, zirve.info.az və s. internet saytlarında, eləcə də, “Vətən”, “Ziya”, “Turan”, “Turan ellərinə salamlar!”, “Şam işığı”, “İlham çeşməsi”, “Heydər Zirvəsi”, "Odlar yurdu Azərbaycan", "Azərbaycan bayrağı", "Zirvəyə ucalanlar", "Zəfəri qazananlar", "Söz xəzinəsi", "Poeziya çələngi", "Qarabağ Azərbaycandır!", "Dəmir yumruq, polad bilək", “Qara-Arxac”, “Xarıbülbül” və s. ədəbi məcmuələrdə çap olunub. Biz də hörmətli Yadullah müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..ZiM.AzAZƏRBAYCAN BAYRAĞI!Əsrlərlə yol gəldi, illərlə yasaqlandı,Baş əymədi zülmətə, yenidən alovlandı.Azərbaycan adına qürurla dalğalandıVətənin göylərində sanki bir gül növrağıAzərbaycan bayrağı!Bozqurddan bizə qalan əmanətdir, mirasdırAzadlığın carçısı, xoş müjdəli murazdır.Dünya xəritəsində o, Azərbaycan yazdı.Dostlara sevinc, qürur, düşmənlərə gözdağıAzərbaycan bayrağı!Qırmızı - şəhid qanı, and yerim, azadlığımGöy rəng - Göy türkdən gələn bu həyatda varlığımYaşıl - haqqa doğru yol, nişanı qardaşlığınAyla ulduz – xalqımın yol göstərən çırağıAzərbaycan bayrağı!Bayraqdır birləşdirən yer üzündəki türküBayraqla təsdiqlənir hər millətin soyköküŞəninə şeir yazır, oxuyur nəğmə, türküSəni sevən hər kəsin pıçıldayır dodağıAzərbaycan bayrağı!Yolu tikanlı olub, keçıb oddan, alovdanAzadlığın rəmzidir, sinəsindəki al-qanNeçə-neçə igidlər uğurunda verib canQoruya bilsin deyə Vətən adlı oçağıAzərbaycan bayrağı!Bayramınız mübarək! Bu yaz bir başqa yazdır!Bahardan müjdə verir göydə durnalarımız,Təzələnir ruhumuz, açır arzularımız. Silib qəlbdən nisgili, xoş gəlir baharımız Haqq yolunda payladıq, qəbul olan niyazdır, Bu yaz bir başqa yazdır!Həsrət platformada durdu vüsal qatarı,Azad Qarabağımda qarşıladıq baharı.Üzlərdə sevinc, fərəh, gözdə şərəf, vüqarı Hamı gülür, sevinir, əhval-ruhiyyə sazdır, Bu yaz bir başqa yazdır! Kəsdik Vətəndən kökün ermənitək qanqalın,Əlvan güllər bəzədi hər yamacın, hər yalın, Qaladıq Cıdır düzdə bu il zəfər tonqalın.Otuz illik həsrətdən doğan şirin murazdır, Bu yaz bir başqa yazdır!Duyğular dilə gəlir, hər üzdə bir gözəllik,Hər baxışda bir ümid, hər ürəkdə sərinlik, Şəhidlərin ruhu da bu bahar tapdı dinclik. Yadullah, sən builki yaza nə yazsan azdır, Bu yaz bir başqa yazdır! 20.03.2.21MÜBARƏKDİR QALİBIYYƏT ZƏFƏRİN!İgidlərin kəsib düşmən ayağınAna yurdum, gəlir gözəl sorağın.Dalğalandı o üçrəngli bayrağınMüjdələrlə açıldı al səhərinMübarəkdir qalibiyyət zəfərin!Gözün tökdün torpağa kəc baxanın,Diz çökdürdün cızığından çıxanı.Qovdun iti qovan kimi dığanıDüşmənlərə göz dağıdır hünərinMübarəkdir qalibiyyət zəfərin!Oğulların, Vətən, səndən güc aldıYağıları rəzil etdi, öc aldı.Bütövləşdin, ucaldıqca ucaldınAzad oldu hər kəndin, hər şəhərinMübarəkdir qalibiyyət zəfərin!10.XI.2020TƏBRİZSon addım, möcüzə səndən gələcək,Kükrə, yatan ellər oyansın, TəbrizYaman günün ömrü azdı, deyirlər-Dözsün bir azca da, dayansın Təbriz.Coş, xalq qalxsın azadlığın eşqinəBirə düşüb mollaların kürkünə.Od vur, yansın iblis, şeytan mülkünəBatsın öz qanına, boyansın, Təbriz.Dağıdaq sinəndən tikan, məftili,Hər yerdə söylənsin şirin türk dili.Birləşsin şimalla cənubun əliGələn xoş sabaha boylansın Təbriz.EY TÜRK OĞLUEy türk oğlu, türk qardaşım!Daha bəsdir, düşmənlərin laylasına uyuduğun,Daha bəsdir, hər çalanın havasına oynadığın.Gec də olsa, qeydinə qal,Hərdən boylanTarixinə bir nəzər sal.Neçə olub sənin yaşın?Hardan gəlib sənin laylan?Kimdir sənin ulu baban?Hara olub elin, oban?Keçmişini varaqlasanVaraqlardan duyacaqsan- Qorqudumun haqq səsini,Döyüşlərdə öndən təpən Qazan xanın nəfəsini.Ötükəndə zəfər çalan,Göylər qədər uca olan, Göytürklərin nərəsini.O, Gürşadın nərəsidir.Vətəni göz tək qorusun Sipər onun sinəsidir.Bir varaq da varaqlasan, Öz babanı haraylasanXiafətə diz çökdürən, yaş tökdürənBabək hay verər hayına.Elimizin igid oğlu,Paşalara qan udduran Meydan açıb, qılınc vuranÇənlibelli Qoç KoroğluYetər sənin harayına.Ey türk oğlu, türk qardaşım,Keçmişini varaqladın, öz babanı soraqladınQürur duydunöz babanla, öz elinlə, öz obanla.İndi də öz yaşadığın dövrana baxBir nəzər sal, dövrənə bax.Talan olub Şuşa, Laçın.Düşmənlərə əsir düşübAnan, bacın.Xocalının faciəsiƏsir düşən qız-gəlinin ah-naləsi- Alnımızda qara xətdir,Sinəmizdə yara xətdir.Ey yurddaşım, ey qardaşım,Sözlərimi yaxşı dinləNecə ki sən öz babanıYada salıb qürur duydun.Qoru sən də öz obanı,Azad olsun doğma yurdun.Çalış sən də öz ömrünüBaban kimi məgrur yaşa.Gələn nəsil baba deyib həyatını varaqlasa, Qoy arxanca söyməsinlər,Qoy xəcalət çəkməsinlər.Bunun ancaq bir yolu var:Ya qismətlə barışmalı, üzüqara yaşamalı,ya da birgə coşmalıyıq.Düşmənləri Qarabağdan qovmalıyıq.Bax, o zaman canımızla, qanımızla yuya billik alnımızdan qara xətti.Sinəmizdə məlhəm taparQarabağın yara xətti.Bu coşğumuz qılınc kimi kəsib salarTəbriz, Bakı, NaxçıvanıBir –birindən ayrı salan ara xətti.Bax o zaman gələn nəsilTez- tez səni yada salar,Adına dastan bağlayar.Babək, Nəbi, CavanşirləBir cərgədə xatırlayar.Qürur duyar öz babası, obasıyla.Azad, xürrəm nəfəs olarQarabağın havasıyla. 1996 MÜŞFİQ BORÇALISabahlarınız hər zaman xeyirliyə açılsın, Müşfiq müəllim.Bu qısa vaxt ərzində sizin necə böyük ürəyə sahib olduğunuzu, xeyirxah və səmimi bir insan, bir alim olduğunuzu anladım. Var olasınız. Sizin kimi şəxsiyyəti vəsf eləməyə mənim qələmim acizdir. Zəif də olsa bağışlayın.Bir qardaş tanıdım mən BorçalıdanOna kəraməti verib Yaradan.Bir alim tanıdım yazıb-yaradanSinə hikmət dolu, sözü mənalıHəmişə var olun, Müşfiq Borçalı.Hər sözü Vətəndi,yurddu söhbəti,Atadan mirasdır, var dəyanəti,Gənc yaşda qazandı o bu hörmətiXalqa xidmət oldu daim amalıHəmişə var olun, Müşfiq Borçalı.Yazdığı hər kəlmə haqqı duyurduSözdən ilmə-ilmə bir qala qurdu.O bir sultan kimi taxta oturduZirvədə doğuldu, orda qalmalıHəmişə var olun, Müşfiq Borçalı.Heç kəsi köməksiz, darda qoymadı,Kimə əl uzatdı geri qalmadı,El-oba içində uçaldı adı,Adıyla fəxr etdi gözəl BorçalıHəmişə var olun, Müşfiq Borçalı.İşi müqəddəsdir, haqdır əməli,Halal mayadandır kökü, təməli,Üzündən nur yağır, güntək şöləliQaranlığa işıq salır kamalıHəmişə var olun, Müşfiq Borçalı.“Təhsil” və “Ziya” tək cüt naxışı var,Milyon ürəklərdə yaşayışı var.Dünya var olduqca min alqışı var,Tək Mirzə yox, deyir cavan, qocalı:Həmişə var olun, Müşfiq Borçalı.MƏNİM ARZUMBu mənim içimdə cücərən arzumYağsın axşamüstü həzin bir yağış.Oxşayım telini, əlindən tutumSevgi ömrümüzə qoy salsın naxış.Yağışın altında əl-ələ gəzək,Yağsın başımıza göydən eşq nuru.İslanlb beləcə cücəyə dönəkQalmasın bədəndə bircə yer quru.Ürək bu sevdanın oduna yansınCanı qurban deyək nazlı baxışa.Bu iki xoşbəxtlik birgə yaşansınMən sənə qovuşum, yer də yağışa. QUL OLMAYASANBüdrəyən görəndə qoldan yapış ki,Özün yıxılanda çul olmayasan.Nahaqqa baş əymə, haqqı danış ki,Şərin xəncərinə qol olmayasan.Önünə gələni ağzına tıxma,Halal ruzi qazan, harama baxma.Boğazda ilişər hər haram loğmaÇalış öz nəfsinə qul olmayasan.Qorxu olmaz ellə gələn xatadan,Nə tufandan, nə də qarlı şaxtadan.Yadullah, uzaq gəz riya, saxtadanYaltağa, yamana yol olmayasan.BƏLASI SƏNDƏNQoşa baxaq bu sevdanın yolunaGözlər məndən olsun, ziyası səndən.Çoxalsın yaşamaq, sevmək həvəsiİlqar məndən olsun, vəfası səndənQoyma dərd əlindən qəlbim qarala,Yollara baxmaqdan gözüm sarala,İncitmək istəsən, özün yaralaO can məndən olsun, bəlası səndən.Sev Mirzəni, qış eləmə yazını,Tanrı yazıb bu qisməti, yazını.Sənin kimi bir dilbərin nazınıÇəkmək məndən olsun, ədası səndən.ZALIMQarşımda bitirsən, üz tutsam hara,Hər ötən günümü etmisən qara.Çevrilib kədərə qarabaqaraDüşübsən arxamca izimə, zalım.Ömrümə fırtına, talan sən oldunSevinci əlimdən alan sən oldun.Məni bu hallara salan sən oldunİndi də gülürsən üzümə, zalım.Siyah saçlarıma çox tez qar atdın,Yaramın üstünü deşdin, qanatdın.Mirzənin həyatın elə qaraltdın,Çəkirsən sürmətək gözünə, zalım.ÖZÜNƏ GÜVƏNOcaq haqdan yansa, heç zaman sönməzHaqq yoldan sarpanın izi bilinməz.Qonşuda od yansa canın isinməzOcaqda közərən közünə güvən.Sənə can-can deyən yoldaş olsa da,Səsinə hay verən sirdaş olsa da,Arxanda dayanan qardaş olsa daHamıdan birinci özünə güvən.Yadullah, qala tik, söz olsun daşın,Qurunun oduna yanmasın yaşın.Dönmə amalından, ucalsın başınSinəndə çağlayan sözünə güvən.* * *SİNƏNDƏ DÖYÜNSÜN VƏTƏNŞərəflə, namusla qoru yurdunu,Yol vermə tapdansın, doyülsün Vətən.Qoyma qarış-qarış azalsın onu,Yenidən birləşib böyüsün Vətən.Canınla, qanınla sən ol çarası,Sağalsın qaçqının həsrət yarası.Getsin alnımızdan namus qarasıSənin hünərinlə öyünsün Vətən.Yadullah, dostunu, düşməni tanı,Boşuna tükətmə bədəndə canı.Çalış elə sev ki, AzərbaycanıHəmişə sinəndə döyünsün Vətən. 1992BAĞIŞLAMA, VƏTƏN, BİZİ!Haraylayır, fəryad edir yad əllərdə əsir qalanYurd yerimiz, dərd yerimiz,Harayına yetişmirik.Elə bil ki, qulağımız kar olubdunaləsini, fəryadını eşitmirik.O qədər yad olmuşuq ki, Unutmuşuq yolu, iziBağışlama, Vətən, bizi.Vətən nədir? Vətən kimdir?Mənasını anlamırıq, dərk etmirik, duyanmırıq.Elə layla çalıblar ki, bu qəflətdən oyanmırıq.Pis vərdişi tərk etmirik, ayılmırıq.Bizi bizdən alıblar ki,Tanımayaq, ölümüzü, dirimiziBağışlama, Vətən, bizi.Nə zaman ki, bu torpaqdan yad alaqlar yolunmayıb.Nə zaman ki, Əsir düşən qız-gəlinin intiqamı alınmayıbNə zaman ki, O üçrəngli bayrağımız Qarabağdan asılmayıbBir yumruqda birləşməsək, qurtarmasaq elimiziBağışlama, Vətən, bizi.Silə bilsək ürəyindən qübarınıUnutdura bilsək əgər ağrısını, acısını . Qarşılasaq əsir yurdda azadlığın baharınıDiz çokdürüb, murdarlasaq erməninin bayrağını.Bəlkə, onda ağardarıq bu qaralmış üzümüzüBax o zaman, gec də olsa, bağışlayar Vətən bizi. 1996-cı il * * *BU DÜNYAMərdin xoş gününə dodağın büzər,Yaxşını yadına salmaz bu dünya.Saf, təmiz hissləri ayaqlar, əzərHaqqa arxa, dayaq olmaz bu dünya. Əzəldən olmayıb, yox etibarı,Mərddən uzaq düşüb həyat gülzarı.Yaltağın başına çəkər tumarıYetimin qeydinə qalmaz bu dünya. Yadullah, özünü çox üzmə beləHaqqın hər sözünə qurulur tələ.İblisin nazıyla oynayır hələ,Sən deyən havanı çalmaz bu dünya. * * * DÖNMƏYİ VARDəli könül, çox öyünməHalal qazan, haram yemə.Ucaldıqca qürrələnməO qalxmağın enməyi var.Yaşadıqca et hörmətiQoru haqqı, ədaləti.Ruh Tanrının əmanətiBir gün geri dönməyi var.Mirzə, qəlbin durulmasa,Bəxtin sənə yar olmasa,Ürək eşqdən nur almasaÇıraq kimi sönməyi var.YALTAQÖzgə evin guşə bilərSümsünməyi nəşə bilər.Yaltaqlığı peşə bilərArsız-arsız gülər yaltaq.Ondan buna söz gətirər,Doğru yansın-köz gətirər.Namusunu tez itirərÖz adını bilər yaltaq.Əl çalar yalan sozünəDirənər haqqın gözünə.Mirzə, tüpür yüz üzunəDinməz, üzün silər yaltaq. YER YOXDU SƏNƏMən səni seçmişdim könlümə sultanSən demə, eşqin də sözüntək yalan.Əzəldən sən oldun qəlbimi qıranArama, qəlbimdə yer yoxdu sənə.Sevgimin üstünə duman çökübdü,Yenicə açırdı, kədər bükübdü.Qəlbimdə yerinə qəm tökülübdü,Arama, qəlbimdə yer yoxdu sənə.Səndə nə sevgi var, nə də mərhəmət,Sənə könül vermək, düzü, qəbahət.Sevginin yerini tutubdu nifrətArama, qəlbimdə yer yoxdu sənə.GÜVƏNDİMGözüm gördü, qəlbim oda qalandıHəm ürəyə, həm də gözə güvəndim.“Qarşılıqsız sevgi puçdu,”- dedilərİçimdəki oda, közə güvəndim.Nazlı yarın qarşısına çıxmağaİlk baxışdan qəlbin oda yaxmağaO dilbərdən “hə” cavabın almağaSinəmdəki telli saza güvəndim.Dedim: “Gözəl, ayaq saxla, mənə, baxYadullaham, coşub yenə sinə, bax.Elçi düşüm, əhd-peyman bağlayaq”Bu ilqarda doğru sözə güvəndim.BAXIŞLARINGözünü gözümdən ayırma, gözəlSalmasın qəlbimə xal baxışların.İnan ki, bircə gün görməsəm, ölləm,Yönün mən tərəfə sal baxışların.Baxışlar söyləsin dodaq deyəni,Duygular danışsın olub- keçəni.Tutub əllərimdən aparır məniVüsala yol açır lal baxışların.Deyir: “Ay Yadullah, qurbanım sən ol.Tək bircə dərdim var, dərmanım sən ol.Bir ömür boyunca mehmanım sən olHər gecə yanımda qal,”- baxışların. ÖLÜM BU QOLLARIN ARASINDA MƏNÜzünü görəndən çaşıb qalmışamBir türlü halların arasında mən.Almısan ağlımı düşüb qalmışamAğıldan kalların arasında mən.Həsrətdən saçımda dənə bax, gözəlBaşımın üstündə çənə bax, gözəl.Barı bircə kərə mənə bax, gözəlQalmışam yolların arasında mən.Elə oxşa məni, lal olsun dilimÇatım vüsalına, qoy gəlsin ölüm.Bas məni bağrına əzizlə, gülüm,Ölüm bu qolların arasında mən.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.