XATİRƏ HƏZİN (QƏDİMOVA): "BİRİN SƏN DE..." Ədəbiyyat » Poeziya 12 Kasım 453 100 1 2 3 4 5 NƏĞMƏLƏRƏllərim duada dərdin əlindən,Əridi,üzüldü qələm əlimdən.Eh,nə edim,heç nə gəlmir əlimdənDüşəndə çətinə,düşəndə daraNəğmələr deyirik vəfasızlara.Ən şirin vədələr həqiqət olmur,Nəsə,istək olur,sədaqət olmur.Ötəri duyğular məhəbbət olmur,Qəlbini bənzədib çatlayan nara,Şair nəğmə deyir vəfasızlara.Laləsi alışmır,düzə nə gəlib?Baxışı danışmır,gözə nə gəlib?İlahi sevgilər gözəmi gəlib?Sevgi ağacından çəkildik dara,Nəğmələr deyirik vəfasızlara. BİRİN SƏN DEBülbül gülnən görüşür,Birin sən de,birin mən.Meh şeh ilə öpüşürBirin sən de, birin mən.Fırlanır çərxi -fələk,Çıxır üzə min kələk.Hər çiynimdə bir mələkBirin sən de,birin mən.Həyatın özü yarış,Dolandıq qarış-qarış.Son yerimiz beş qarışBirin sən de, birin mən.Güldən çəkmişəm gülab,Sözdən bağladın kitab,Mən göz yaşı,sən şərab,Birin sən de, birin mən.Masama qonub ilham,Ahımdan əriyib şam.Nə yazmısan bu axşam?Birin sən de, birin mən. NƏRGİZİMGünəş verir gül -çiçəyə hərarət,Sənçün əsir soyuq külək, nərgizim.Ləçəyində bir ilahi təbəssüm,Gözlərində arzu -dilək, nərgizim.Xəzan olar,xəzəl üstə nar düşər,Sən açanda boran düşər,qar düşər,Vəfalıya bir vəfasız yar düşər,Gileylənmək nəyə gərək, nərgizim.?Təbiətin ecazkar mənzərəsi,Məsudluğun ən həzin xatirəsi.Baxışların-duyğuların tam əksi.Ağ qar üstə yaşılköynək nərgizim.Elə sənin kimi, gül açır qələm,Xoş ətrindən bihuş olur bu aləm,Gözümü oxşayan,ruhuma məlhəmYaz nəfəsli,nazlı çiçək nərgizim.Əsən yellər qamətini əydimi?Soyuq əllər gül xətrinə dəydimi?Səni dərən,səni sevib,dərdimi?Sən gözələ qıymaz ürək, nərgizim.Xəzinələr zər gizlər,Qızıl gizlər,zər gizlər,Ürək kimi titrəyirQar içində nərgizlər. ŞƏHİDLƏRİN EŞQİNƏVətən,sağ olsun başınAğırdır sənin daşın.Azadlıq uğrundadırTarix boyu savaşın.Dolan bağı,gəz dağı,Dərə,təpə, düz , dağı.Bu dağlar bizim dağlarDüşmənlərə gözdağı.Yarıbdır düşmən başı,Vətən daşı, yurd daşı.Ürəkdə Vətən eşqiDamarda qan yaddaşı.Sən Vətənçün doğuldun,Mərd,qeyrətli oğuldun.Vətən sağ olsun deyə,Uğrunda şəhid oldun.Azadlıq eşqi iləYanırdı ürəkləri.Şəhidlərə baş əydiCənnətin mələkləri.Səma nədi,göy nədi,Yaşıl nədi,göy nədi.Sizin üçün şəhidlərÜrək yandı,göynədi.Şəhid qanı axıbdırTorpağa damla-damla,Al lalələr bitəcəkSinəsi qara dağla.Vətəni abad edəkÜrəkləri şad edək.Ən əziz günümüzdəŞəhidləri yad edək!Zülmə boyun əyməyinBelə buyurub Quran.Yansın azadlıq eşqiBir olsun Azərbaycan!KÖNLÜMHəzin nəğmə dərd ovudur,Yanan qəlbə məlhəm odur.Bu od, əcəb,yanar oddur,Alış könlüm,alış könlüm.Ürək mücrü saf duyğuya,Yar istədim,məni duya.Öz sirrini axar suyaDanış könlüm, danış könlüm.Ümid getdi,qapın bağla,Öz yasına özün ağla.Şər qarışır, tənhalığlaBarış könlum, barış könlüm.HEYİF OLURQış ötür,yazqabağıGeri dönür sazağı.Şaxta vurur budağıÇiçək də heyif olur.Dağda açanda güllər,Arı şirəsin çəkər.Bala qatılsa şəkər,Pətək də heyif olur.Niyyətimiz saf,təmizİnsan var, zatı iblis..Namərdə verdiyimizÇörək də heyif olur.Bunu deyim,bu başdanAğıl çıxmasın başdan.Eşq umsan,qəlbi daşdanÜrək də heyif olur.RÜBAİLƏRBaşıma tökməyə kül gətirməzlər,Gözlərin yaşıyla gül bitirməzlər.Ümid yerim-kəpənəyin qanadıOnu da,qırmamış əl götürməzlər.Yuyur gül-çiçəyin ləçəyin yağış,Nə göz yaşlı olsun,nə qəmli baxış.Ömrün səhfəsinə heç yazılmasınTənha otaq,uzun gecə,soyuq qış.Qoy doğsun günəşin,açsın sabahın,Yanınca gölgə tək gəzir günahın.Göz yaşım islatdı ağ dəsmalınıVaxt gələr,o nəmi qurudar ahın.Ey ilham pərisi,sənə əsirəm,Gör, hər kəlmə üstə necə əsirəm?Saatın əqrəbi qayçıya dönüb,Deyir ki,ömürdən,gündən kəsirəm.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.