NURANƏ RAFAİLQIZI (1981) Ədəbiyyat » Poeziya 21 Ekim 561 60 1 2 3 4 5 Nuranə Rafail qızı Fazilova (Rəhimova) - 1981-ci il mart ayının 29-da Göyçay şəhərində həkim ailəsində dünyaya göz açmışdır. Göyçay şəhər Rəsul Rza adına 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra, Odlar Yurdu Universitetinin “Müalicə işi” fakültəsinə qəbul olub, 2007-ci ildən Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır. Bu sahədə fəaliyyətinin iki ilini (2020-2022) Ağdaş Pandemiya Mərkəzinə ezam olunaraq, “COVİD-19” virusu ilə mübarizəyə sərf edib, orda xidmət göstərmişdir. Həmçinin 2012-2015-ci illərdə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolecində pedoqoji fəaliiyyətlə də məşğul olub. Ailəlidir, bir övladı var. Ədəbi fəaliyyətə erkən, orta məktəb illərindən başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri Nuranə Rafailqızı imzası ilə “Milliyyət” ,“Həftə içi”, “Təzadlar”, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet” və “Bütöv Azərbaycan”, “Kredo” qəzetərində, “Herba-flora”, “Xəzan”, “Yazarlar” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunaraq məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş Beynəlxalq Nar Festivalında şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2022-ci ildə “Mücrü” nəşriyatında 110 şeirdən ibarət “Həkimlər depresiya deyir!” adlı ilk kitabı, 2023-cü ildə Cənubi Azərbaycanın “Şahmat” nəşriyatında 65 şeirdən ibarət “Mənə bir az nağıl danış!” adlı ikinci kirabı çap olunmuşdur. Həmçinin “Gəlirik, Qarabağ!”, “Kimlərə qaldı dünya?!”, “Nizami Gəncəvi – 880”, “ Həsrətin sonu”, “Həyat bizi səsləyir!”, “Sevgilim, yuxunu dənizə danış!”, “Söz çələngi”, “Türk ədəbi əlaqələr”, “Gələcəyə doğru” poeziya antologiyasında müxtəlif sayda şeirləri yer almışdır. Nuranə Rafailqızı Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatına (15.04.2021), “Fəxri şair” və “İlin şairi” diplomlarına layiq görülmüşdür. ”Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, Göyçay rayon bölgə təmsilçisidir. Bu jurnalın redaksiya heyəti tərəfindən müxtəlif vaxtlarda ədəbi fəaliyətinə görə “Ziyadar”, “Bayram Bayramov”, “Vidadi Ağdamlı” mükafatları ilə təltif olunmuşdur. 2023-cü ildən AYB-nin üzvüdür. Biz də Nuranə Rafailqızına yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!...ZiM.AzGƏLƏRƏM, GƏLƏN PAYIZ!Çıx payızın yoluna gələcəm, səslə məni! Qorxutmasın gözünü yolun dumanı-çəni!Baxma, göydə buludun tökdüyü qaş-qabağa,Onsuz bir himə bənddi, hönkürüb ağlamağa..Şimşəklər çaxıb keçsin qoy, sağından-solundan,Göylərin gurultusu döndərməsin yolundan!Qopsun fırtına-tufan, dəli küləklər əssin!Durnalar qatar-qatar köç etməyə tələssin...Çək payızın havasın qoy, dolsun ciyərinə.Diqqət et üşüdərsən, durma üzü sərinə!Bilirsən ki, soyuqda daha çox olur zökəm,Əynindəki geyimə sarıl daha da möhkəm!Bas bağrına əlində üşüyən çiçəkləri,“Sevir-sevməyir! ”qopar büzüşmüş ləçəkləri.Ayağının gah birin, gah o birin götür-qoy,Çəkmənin dabanıyla izini sil, itir-qoy!Nəfəsinlə ovundur, donan barmaqlarınıQoy, zəncirtək gəmirsin dişin dodaqlarını.Bir az səbr et! Döz! Dayan! Dözümdə axtar məni!Yoldan ötüb-keçənin gözündə axtar məni!Payız həsrət fəslidi, geyinsə də qızıldan.Sevdiyin nəğmələri dilin altda mızıldan:“Baş alıb gedir xəyal, ürək susub olur lal. Qarşımda durur sual: Gülüm, harda qalmısan?Göy üzü narın-narın... Əridir dağın qarınO məsum baxışların! Gülüm harda qalmısan?”Lap istəsən arabir dalımca deyin, danış:“-Bu minvalla deyəsən, burdayam hələ bu qış!Görəsən naz-qəmzənin nə vaxt gələcək sonu?”Beynində çək-çevir et, vuruşdur onu-bunu!Bir azca üşü qarda, bir az islan yağışdaGəzin o yan bu yana, ötsün payız da, qış da!Tələsmə, arxasınca gəlir çiçəkli baharAğaclar göyərəndə axtar məni, o ki var!Nə qədər gözlətmisən, hesabla barmaq sayı!Bu hesabla-kitabla vur başa isti yayı!Gözlə! Öyrən biryolluq bil ki, gözləmək nədi.Nə söyləsən, nə desən deyəcəm bəhanədi!Bilirəm ki həsrətin qoyduğu iz dərindi,Nə qədər acı olsa vüsalı da şirindi. Döz soyuğa-istiyə, günə, qara, dumana!Dayan yol ayrıcında boylan o yan bu yana,İçin yesin içini: Niyə gəlmədi bu qız?Bu payız söz vermirəm, gələrəm gələn payız! 11.11.2022 BİR QADININ YOXLUĞU Bir qadının yoxluğu dünyanın sonu deyil, bir az kirli geyimdi, bir az ütüsüz paltar.Dabanı-burnu cırıq iynəyə-sapa möhtac dolabda qarmaqarış, tay-dəyişik corablar.Yağış ləkəsi düşmüş silinməmiş pəncərə, dibi yanıq, qapqara qazan, tava, təncərə. Ocaqda çürümüş süd, qaxsımış şor-pendirdi, kündəsi küt-küt gedən, boşa yanan təndirdi.Yayılmamış yuxadı, isti keçməyən sacdı, bir ev üçün bir qadın ən böyük ehtiyacdı!Ən sevdiyin yeməkdi üz-gözü kif tutmuş, qadın olmayan evi Tanrı çoxdan unutmuş!Bir qadının yoxluğu heç də ölüm deyilki, bir az dağınıq rəflər, səliqəsiz masalar,Səhərdən axşamadək sürtsən də, əvvəlkitək bərq vurub parlamayan nəlbəkilər, kasalar.Bir otağın küncündə boş qalmış ninni, beşik tavanı-döşəməsi toz bürünmüş ev-eşik.Təmizləməmiş məhlə, budanmamış budaqdı, pərən-pərən salınmış yurd-yuvadı, ocaqdı.Torpağı cadar-cadar, dibi qurumuş dibçək hər nə əksən yerinə ayrılıqlar bitəcək! İçin qurd yemiş ağac, eh daha nələr-nələr, bir qadının yoxluğu çəkilməyir gecələr...Varlığı bir qadının bərəktdi, ruzidi, həyatın hər yönüdü, həyatın hər üzüdü!Yoxluğu-sınmış qürur, parçalanmış qədərdi! Bir qadının yoxluğu adi yoxluq deyil ki, bir qadının yoxluğu ölümdən də betərdi! 08.03.2022 ÖTƏN İLBir il də keçdi beləcə, düz bir il də ötdü ömürdən...Bir il də od alıb, köksümüzdəki kömürdənbeləcə, yola verdik dəli-dolu, sevincli-qəmli...Bir il də ötdü beləcə,baxa-baxa qaldıq arxasınca,əlimiz qoynumuzda, gözümüz nəmli...Bir il...Düz 365 gün, 365 gecə,heç bilmədik bir göz qırpımında gəldi necə, keçdi necə...Şam ağacının bəzəklərini sökə-sökəmat-məəttəl sayıram barmaqlarımı...Düşünürəm, qaytara bilsəydim o çağlarımı,Qaytara bilsəydim əgər, nələr eliyərdim, nələr...Nə qədər günahın, yanlışın üstündən xətt çəkib bağışlayardım.Neçə rəqibin uğurunu, zəfərini böyük bir anşlaqla alqışlayardım.Neçə yetimin başına çəkərdim sığal,neçə kimsəsizin qapısını döyüb, heç olmasa, sadəcə sorardım hal-əhval...Nə qədər qocanın əlindən tutardım,nə qədər dərdlinin başını qatardım...Hər fəslin, hər anın çıxarardım dadını.Düşunməzdim, kim nə deyər?Düşünməzdim yaxını, yadını...Qışında, şaxtada buz üstündə sürüşərdim,Yayında, dalğalarla ötüşərdim.Yazında, bənövşə dalınca düşərdim dağına-daşına,Payızında, ortaq olardım göylərin gözlərindən süzülən göz yaşına.. Eh, nələr eləməzdim...Sən demə, nə qədərmişeləmək istəyib də eləyə bilmədiklərim,sən demə, nə qədərmiş çatmayanım...Ey başını yastığa qoyub rahat yatmayanım,Düz 365 gündü adından bezardım,geriyə dönsəydim, adına bir kitab yazardım...Damla-damla yığdığım hirsi-hikkəni, tökməzdim oğlumun üstünə!Hər şeyə boş verib, durmazdım canımın qəsdinə!Bəlkə də nə qədər küsən varsa, barışdırardım.Evimdəki düzəni bir günlük də olsa qarışdırardım, Hər dəqiqədən bir qaçmazdım səliqə-səhmana.Rahatca ayağımı uzadıb divana, sevdiyim mahnıları dinləyərdim doya-doya...Pəhrizə də, çəkiyə də boş verib bir dilim paxlava, bir stəkan pürrəngi çayla Ramiz Rövşəni oxuya-oxuya. Arabir kövrəlib gözümü silərdim,sonra da bir komediya filmi tapıb baxıb-baxıb, doyunca gülərdim...Gözümə xoş görünənnə varsa mağazada, hamısını alardım,Arabir toz basmış pianoda notlarını unutmadığım mahnıları çalardım...Qoşub köhnə maqnetafonumusüzərdim sümüyümə düşən havaya, atlanıb ortaya: “Sevgilimsən maral kimi, Süzməyi kimdən öyrəndin? Ay qabağa siyah teli, Düzməyi kimdən öyrəndin?”...elə oynayardım, elə oynayardım ki sanki, heç yox imiş dərdim...Bir də, bir də geri dönsəydim əgər,yarımçıq qalmış şeirlərimin,əl işlərimin hamısını tamamlayardım birər-birər,Daha nələr, nələr....Kaş ki, ötən ilimi geri verəydilər, kaş ki, ötən ilimi geri verəydilər... 04.01.2022TELEFON ZƏNGİ-Salam!-Axşamın xeyir!-Nə var, nə yox? Necəsən?-Mən babatam! Bəs özün?-Belə da, canım-gözüm! Səninçün darıxıram! Səsini eşidəndə, daha yaxşı oluram!-Mən də!Lal sükut...-Deyəsən kefin yoxdu! Söylə, baş verib nəsə?Telefonun o ucundanqız cavab verir kəsə:-Yox! Sadəcə yorğunam! İşin-gücün əlindən tapa bilmirəm aman! Səninlə görüşməkçün, tələssəm də mən yaman. Gör neçə vaxtdı axı, görəmmirəm üzünü... -Az işlə deməmişəm?! Yorma belə özünü!...Hər gün eyni suallar,hər gün eyni cavablar.Eyni cümlə altında,ayrı döyünür ürək.Səhər, günorta, axşamgah aşkar, gah gizlicədillənib ürkək-ürkək,qəlpələnir könüldənsözlərin hər tikəsi,eyni söz, eyni cümlə...Eyni adamlar məmnun,bir də ki, məmnun qalırAzərsell şəbəkəsi...05.05.2020 GECƏ YAZDIMBu gün şeir yazmamışdımSandım, ömrüm getdim boşa.Qəfil qonaq gəldi təbim,Gecə verib biz baş-başa,Əl-ələ, çiyin-çiyinə,Nəfəs-nəfəsə, göz-gözə.Hərifləri mirvaritəkİpə-sapa düzə-düzə,Əl atdıq kağız-qələmə...Kağız güldü, qələm güldü .Ruhumun açıldı üzüSanki, dünya-aləm güldü.Bir ötəri qonaq kimi,Ürəyimə baxıb gəldi Sözlər qəlbimdən süzülüb,Damarımdan axıb gəldi.Durnaların qatarıtəkHecalar durdu səf-səfə.Bəyənməyib kağızları,Cırıb atdım neçə dəfə.Neçə-neçə vərəqlərinÜrəyinə qara saldım.Qafiyəyçün neçə fikriBölüb para-para saldım.Bir bəndində güllər açdı,Bir bəndinə gəldi payız.Qaranlıqda əks olunduYazdıqlarım ulduz-ulduz.Günəş doğdu gecəmizə,Günəbənzər ayı sevdim.Bir an ölümü unudub,Bu fani dünyayı sevdim.Göydən Tanrı pıçıldadı,Mən köçürdüm şeir oldu.Vaxtsız gələn qonağımınBu gəlişi xeyir oldu.Kif bağlamış duyğuları,Ürəyimdən söküb atdım.Uşaq doğan ana kimi,Sancısını çəkib atdım.Kimdən gəldi, necə gəldiHeç bilmirəm necə yazdım.O boyda gündüzü qoyub,Yenə gəlib gecə yazdım. 11.05.2022HƏKİMLƏR DEPRESİYA DEYİR!Dünyanın rəngi də qaçıb, ağ-qara şəkillər kimi,Divardan bizə boylanan 70-ci illər kimi.Saralıb, solub, köhnəlib güllər də eyni rəngdədiBir sığala həsrət qalan tellər də eyni rəngdədi.Həftələr dönüb ay olur aylar da dönür illərəEyni rəngdə, eyni tonda ömrü veririk yellərə,Qocalıq da astandan üzümüzə gülümsəyir.Mən deyirəm kefim yoxdu,Həkimlər depresiya deyir!..Qoxusu da bir başqadı çürüyüb sanki nə vaxtdı,Çiçək qoxulu dünyanın birdən-birə yatdı baxtı.Doğmaların ətri gəlmir nə dostdan, nə tanışından,1001 məna çıxarardıq bir gözəlin baxışından.İndi daha, mənası yox bu həyatın heç gözümdə,Tanrı da elə “Döz!” deyir, nə deyirəm, qoy dözüm də!Könlüm nə qalmaq istəyir, nə də ki, getmək istəyir.Mən deyirəm kefim yoxdu,Həkimlər depresiya deyir!..Ağzımızın ləzzəti yox, dadı qaçıb, tamı qaçıb,Dünyada adam qalmayıb, sonuncu adamı qaçıb.Gecələr yuxum da qaçaq yorğan-döşək gəlir cana,Elə hey, dönüb dururam gözüm dikilir tavana.Gündüzləri çalmaz qapım, nə qonşum var, nə qonağım!Öz evimdə dəfn olmuşam daş məzarım, daş otağım.Qurda-quşa ehtiyac yox öz içim özümü yeyir!Mən deyirəm kefim yoxdu,Həkimlər depresiya deyir!..O mahnılar çalmır daha, qulağım elə səsdədi,Ruhumun cəzası bitmir, bədən adlı qəfəsdədi.Boylanıbdı üzügöyə yer də bezar, göy də bezarQəbir qazan bir insançün de, neçə yol qəbir qazar?!Mürdəşir də bezib məndən kəfənimin sapı bitib,Tanrı üzümə açmağa qapı yoxdu, qapı bitib.Hər şey bitir bu dünyayla bircə savaşım bitməyir.Mən deyirəm kefim yoxdu,Həkimlər depresiya deyir!... 28.02.2021KÜÇƏ İTLƏRİGecə beşin yarısıbu vaxt bir mənəm oyaq,də ki, küçəmizdə hürən küçə itləri.Ya yatmağa yeri yox,ya yeməyə yeməyi.Mənisə, qoymur yatam ruhumun gəl-getləri...Hürüşürlər durmadan,dayanmadan bir hovur, saat əqrəbi qovur.İçim-içimi ovur,heç kim bilmir sübhədək mən nələri çəkirəm,Qalxıb çörək qabından ən sonuncu tikəmiParçalayıb əlimlə pəncərəmdən tökürəm.Boylanıram dalınca, toxunmuralar çörəyə.Görəsən axı, niyə?!Dolanıb səfil-səfil hürürlər öz kefində.Hamı yatıb evində...Eynidi tüm axşamlar, eynidi gündüz, səhər.Elə ki, günəş doğar ulduz görmüş ilantəkkəsilər bütün səslər...Duyulmaz hənirtisi, duyulmaz nəfəsləri.Mənimtək gündüzləri sevmir küçə itləri......Çox keçməz axşam düşəray ulduzla görüşər,geyib qara libasın dünya bürünər yasa.“Kim yatmış, kimdi oyaq?”Soran olsa deyərəm,bir mən, bir də ki itlər yenə də hürüşürlər uzaqlarda hardasa... 10.07.2022 ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.