ŞAMXƏLİL MƏMMƏDOV (1965-2021) Gürcüstan » Başkeçid 17 Ekim 657 0 1 2 3 4 5 Şamxəlil Rüstəm oğlu Məmmədov - 1965-ci ildə Borçalı mahalının Başkeçid rayonunun Səfərli kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini doğma Səfərli kəndində başa vurub.Memarlıq və İnşaat Universitetinin mühəndislik fakültəsini müvəffəqiyyətlə bitirib. Sonra Vətən qarşısında hərbi xidmət borcunu şərəflə ödəyib. Hərbi xidmətdən qayıdandan sonra İqlim MMC-də Sex rəisi vəzifəsində çalışıb. Müəyyən vaxtdan sonra Heydər Əliyev fondunda mühəndis işləyib.Şamxəlil Rüstəmoğlu təmkinli, mehriban təbiətli, sadə və zarafatcıl insan idi. Qonşuluqda, dost, tanış arasında, iş yerində böyük hörmət qazanmışdı....Altı yaşı varıydı, hələ məktəbə getmirdi. Yaşıdları “gizlən-paç” oynayanda Şamxəlil tam sərbəst şəkildə qəzet və jurnal oxuyurdu. Çünki Şamxəlilgilin ailəcə kökdən qaynaqlanan ziyalılıq bağları varıydı. Ata babası molla Məhəmməd Quran hafizi idi. Ana babası Qazaxlı Mustafa müəllim 20 il Səfərli məktəbinin direktoru, atası Rüstəm uzun müddət dərs hissə müdiri və məktəb direktoru, anası Şəfiqə xanım ibtidai sinif müəllimi olmuşdur. Şamxəlil də oxumaqda, savadda onlara oxşamışdı. Şamxəlil Rəfael, Aslan, Süleyman, İbrahimxəlil kimi hörmətli, ziyalı insanların qardaşı idi. Başqa cür də ola bizməzdi.Şamxəlil Məmmədov ömür-gün yoldaşı Səməndərlə gözəl ailə həyatı yaşamışlar. Bakı şəhəri, Xəzər rayonundakı Buzovna qəsəbəsinin “Alballıq” deyilən gözəl bir güşəsində məskan salmışlar. Üç övladları var:Nərmin Şamxəlil qızı İqtisadiyyat Universitetini, Ləman Şamxəlil qızı Bakı Pedaqoji Universitetinin nəzdində Bakı Sənaye kollecini, Rüstəm Şamxəlil oğlu Sumqayıt Dövlət Universitetini bitirib. Rüstəm Şamxəlil oğlu 2-ci Qarabağ savaşının Qazi Qəhrəmanıdır. Bizim də fəxrimizdir. Allah hər zaman köməyində dursun.Həqiqətən gözəl insan Şamxəlil Rüstəmoğlu 2020-ci ildə amansız xəstəliyə düçar olub. 2021-ci ildə haqqın dərgahına qovuşmuşdur. Nur içində uyusun.Sevgül SƏFƏRLİ,“Borçalı” qəzetinin Baş redaktor müaviniZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.