Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir


Bakı, 20 yanvar (AZƏRTAC).
20.01.2013 [16:30]

Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrindən 23 il ötür.

Faciə qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələnlərdən biri də paytaxt sakini, jurnalist Müşfiq Borçalıdır.

AZƏRTAC-a müsahibəsində Müşfiq Borçalı demişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə milli azadlıq hərəkatını boğmaq məqsədi ilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini atəşə tutmuşdur. Yüzlərlə insan şəhid olmuş və yaralanmışdır. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı böyük qürur hissi doğurur. O vaxtdan Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir. Mən də soydaşlarımız kimi hər il gəlib şəhidlərimizin məzarlarını ziyarət etməyi özümə borc bilirəm.


My Webpage



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: