ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ! Digər » Unutsaq, unudularıq!.. 27 Ekim Vətən mənə oğul desə nə dərdimMamır olub qayasında bitərdim.(M.Araz)Bəli vətən onlara oğul dediyi anda, vətəni qorumağı, onun yolunda canından keçməyi lazım olduğu anda onlar silaha sarılaraq vətəni qorumağa getdilər. Yağı düşmənlərin murdar ayağını müqəddəs torpağımızdan kəsmək üçün bir vətən oğlu kimi, Koroğlu, Babək, Mübariz şücaəti ilə döyüşə atılaraq yağı düşmənə qarşı döyüşə başladılar. Belə mərd, igid vətən oğullarından biridə Mirzəyev İbad Mansur oğlu oldu.İbad Mirzəyev Ağsu rayonunun Kəndoba kəndində anadan olmuşdur. R.Hüseynov adına Kəndoba kənd orta məktəbin bitirmişdir. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. 2019-cu ildə xidmətini Murovdağ kimi ağır bir yerdə başa vuraraq öz doğma yurduna - Kəndoba kəndinə geri qayıtmışdır.İbadın daxilində olan vətən sevgisi onun yenidən orduya qayıtmasına səbəb olur.Sentyabrın 27-də II Qarabağ müharibəsi başlayanda İbadda minlərlə Azərbaycanın igid oğlu kimi könüllü şəkildə döyüşlərə qatıldı Fizuli, Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak edib düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etməkdə böyük şücaət göstərmişdir. Oktyabrın 19-u ailəsi ilə danışıb hər şeyin yaxşı olduğunu, qələbə ilə dönəcəyini deyib. Yenidən Füzuli istiqamətində döyüşlərə yollanan İbad düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Ailə üzvləri İbadın şəhid olma xəbərini iki gün sonra oktyabırın 21-də almışlar.Nankor qonşularımız olan ermənilərlə başlayan II Qarabağ müharibəsi başlayanda İbadda minlərlə Azərbaycanın igid oğlu kimi könüllü şəkildə döyüşlərə qatıldı. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Fizuli rayonunun Qaragözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Atasının sözlərinə görə: İbad döyüşlərə çağrılanda o qədər sevinmişdi ki, sanki əziz bir yerə gedir.Bəli həqiqətəndə O, sevinirdi, çünki canından çox sevdiyi vətən torpağını düşməndən azad etməyə gedirdi. İbad və onun timsalında olan minlərlə müharibədə iştirak edən qəhrəmanlıq, şücaət göstərən Azərbaycan gənclərinin sayəsində torpaqlarımız işğaldan azad oldu.Ruhun şad olsun canıyla, qanıyla tarix yazan Azərbaycan oğlu.Mənurə Musayeva,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.