Aslan ŞİRƏLİOĞLU: "BAŞINI DİK TUT, VƏTƏN ÇAĞIRIR!.." Ədəbiyyat » Müsabiqə 4 Nisan BAŞINI DİK TUT, VƏTƏN ÇAĞIRIR!..Məktəbə tələsən müəllimə qız, Başını dik qaldır, vətən çağırır!Vətənin umduğu sevgidir yalnız,Başını dik qaldır, vətən çağırır!Beşikdə yellənən "taxça" uşağı,"Ninnini" axtaran "boxça" uşağı!İnternat balası, bağça uşağı, Başını dik qaldır, vətən çağırır!Ey bənna, çəkici vur daşa yavaş,El gedən yol-izə dağılmasın daş!Sən də əlli tərpən dənizçi qardaş,Başını dik qaldır, vətən çağırır!Qalayçı, pinəçi, rəngsaz, sürücü,Yalnız birlikdədir millətin gücü!Ey bərbər, dayandır almaz ülgücü,Başını dik qaldır, vətən çağırır!Xəbərçi, xəbəri düz düzün üstə,Həkim, "reseptləri" yaz dizin üstə!İməkləyən uşaq, can verən xəstə,Başını dik qaldır, vətən çağırır!Ey vətən xaini, şərəfsiz insan,Vətənə xidmətlə yüksəlir ad-san!Bax, indi yuyacan "qanını yusan",Başını dik qaldır, vətən çağırır!Ey futbol oynayan, ey kəmənd atan,Ey ruzi axtaran, ey çörək satan!Ey toyu çalınan, əhdinə çatan,Başını dik qaldır, vətən çağırır!Ey vətən torpağı, ey vətən daşı,Sevgini balanla böl və tən daşı!Sən... Azərbaycanın sən vətəndaşı, Başını dik qaldır, vətən çağırır!Ey yurdsuz-yuvasız sarı bülbülüm,Qoyma tikanlara sığınsın gülüm!Səngiyən ocağım, soyuyan külüm,Başını dik qaldır, vətən çağırır!Soyuma ey tonqal, ey od, ey ocaq,Sızlama ey qapı, ey künc, ey bucaq!Beşiksiz ev-eşik, körpəsiz qucaq,Başını dik qaldır, vətən çağırır!Uduşu olmayan bir oyundur bu,Bir gün durulacaq bu bulanmış su!Ey gedən, ey gələn, ey yol yolçusu,Başını dik qaldır, vətən çağırır!Ey kankan, işini dayandıf görək,Qazdığın bəs edər, gəl indi hörək!Ey yağlı fəsəli, yavan duz-çörək,Başını dik qaldır, vətən çağırır!Qayaya söykənmiş palıd ağacı,Çəmən qırqovulu, meşə turacı!Bənövşəm, dünyaya baxma qıyqacı,Başını dik qaldır, vətən çağırır!Ey Murov, ey Xəzər, ey Kür, ey Araz,Ey susmuş təlatüm, səngimiş ayaz!Ey donmuş ədəb-ərk, küsmüş işvə-naz,Başını dik qaldır, vətən çağırır!Dəmirçi, kotançı, suçu, yer əkən,Yollar inşa edən, binalar tikən!Ey ərköyün uşaq, qırılsın hikkən,Başını dik qaldır, vətən çağırır!Canavar meşəni qıy ver, oyat sən,Bağı yel oyatsın, dağı duman-çən!Ey xəmir yoğuran, ey biçin biçənBaşını dik qaldır, vətən çağırır!Mühəndis, mexanik, fəhlə, çilingər,Əsgəri xidmətə qazılmış səngər!Bu günkü məktəbli, sabahkı əsgər,Başını dik qaldır, vətən çağırır!Ey tacir, dayandır alver-bazarı,Ey naxoş, sən də at dərdi-azarı!Qibləm! Səcdəgahım! Şəhid məzarı,Başını dik qaldır, vətən çağırır!Hələ vaxtı deyil, can vermə xəstə,Ölüm mələyindən mərhəmət istə!Bir təhər səmtləşib dirsəyin üstə,Başını dik qaldır, vətən çağırır!Eşqin təcəssümü xarı bülbülüm,Bülbülün büstünü əziz tut, gülüm!Eşqi-məhəbbəti doğubdur zülüm,Başını dik qaldır, vətən çağırır!Muğamım... paklığım:- duyğu allahım,Cəngim... döyüş marşım:- qeyrət silahım!Şurum! Cahargahım! Yetim segahım!Başını dik qaldır, vətən çağırır!İgidim, ərənim, ağıllım, dəlim,Əkinim, biçinim, kotanım, vəlim!Ru'zim, bərəkətim, gövhərim, lə'lim,Başını dik qaldır, vətən çağırır!Ey cənab deputat, millət amalı,Elin düşüncəsi, xalqın kamalı!Günəşdən gizləmə o gül camalı,Başını dik qaldır, vətən çağırır!İlxısız yal-yamac, ovçusuz bərə,Dağılmış yurd yeri, yanmış çəpərə!Ey duman, ey çisək, ey dağ, ey dərə,Başını dik qaldır, vətən çağırır!Ey haqqa-divana qoyulmuş me'yar,Əyilmiş əzəmət, çöysümüş vüqar!Ey mənlik, ey namus, ey qeyrət, ey ar,Başını dik qaldır, vətən çağırır!Əs! Əssin Bayrağım, əs ey külək, əs,Yalqızam... yol-izi kəs ey külək, kəs!Boğulmuş hayqırtı, çiliklənən səs,Başını dik qaldır, vətən çağırır!Göynəyən fəryadım:- dağım-düyünüm,Məqsədim, məramım, hadayım, ünüm!Ey ağlar taleyim, ey qara günüm,Başını dik aaldır, vətən çağırır!Ey sənət sahibi:- pedaqoq, həkim,Dövlətin əmrini oxuyan hakim!Vətəndaş... Vətəndaş... lap olsan da kim,Başını dik qaldır, vətən çağırır!Dağın ətəyinə sığınmış qobu,Kiməsə əyilmək... alçaqlıqdır bu!Kül ilə oynama ey atəş, ey su,Başını dik qaldır, vətən çağırır!Ey kişi qeyrəti, ey qadın şalı,Ey vətən sərvəti, ey vətən malı!Ana harayına hazır olmalı:-Başını dik qaldır, vətən çağırır!Baba nəsihəti, nənə nağılı,"Dəli" sərgüzəşti, alim ağılı!Amal bir olmasa birlik dağılı...Başını dik qaldır, vətən çağırır! Aslan ŞİRƏLİOĞLU, ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.