Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020) Müsabiqə, Unutsaq, unudularıq!.. 30 Haziran Aydın Nəriman oglu Əliyev - 09 yanvar 1991-ci il Sumqayit şəhərində anadan olmuşdur.Əslən Tovuz rayonu Aşağı-Quşçu kəndindəndir. Atası Əliyev Nəriman Salman oğlu – 1961-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. Hazırda Sumqayıt Karbamid zavodunda sahə rəisi vəzifəsində işləyir. Anası - Əliyeva Tərlan Şahniyar qızı – 1963-cü ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Hazırda "Azərikimya"İB-nin Etilen-Polietilen zavodunda aparatçı işləyir.Ailədə bir qardaş, bir bacı olmuşdur.Orta ixtisas təhsilliydi.1998-ci ildə Sumqayıt şəhər 9 saylı məktəbin birinci sinfə getmiş, tam orta təhsili isə Sumqayıt şəhər 4 saylı Texniki Peşə litseyində elektrik peşəsinə yiyələnməklə başa vurmuşdur.2010-2011-ci illərdə Həqiqi hərbi xidmətdə olmuşdur. 2011-2019-ci il müxtəlif vaxtlarda avtomobil serviz mərkəzində rəngsaz, tikinti sahəsində usta kimi fəaliyyət göstərmişdir. 2019-ci ilin iyul ayından Karbamid zavodunun Əmtəə və anbar sahəsində yükləyici işləyirdi. 29 sentyabr 2020-ci ildə könüllü olaraq II Qarabağ müharibəsinə getmiş, Fizuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirakına görə medallarla təltif olunmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə qolundan ağır yaralanmış, 07 noyabr 2020-ci ildə Bakı şəhərində hərbi hospitalda əməliyyat olunmuş, bir müddət "koma" vəziyyətində qalmiş və həkimlərin səyinə baxmayaraq 27 noyabr 2020-ci ildə şəhid olmuşdur.Ailəli idi. Həyat yoldaşı - Əliyeva Ayşə Mübariz qızı - 1996-ci ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Evdar qadındır.Oğlu - Əlizadə Salman Aydın oğlu - 15 may 2016- cı ildə anadan olmuşdur.Oğlu - Əlizadə Nəriman Aydın oğlu - 25 dekabr 2019-cu ildə anadan olmuşdur.Əməliyyatdan əvvəl ailəsi ilə görüşən zaman deyib ki, ana, məndən nigaran olma, qolumu tez əməliyyat etsinlər, yenidən Şuşaya döyüşçü yolaşlarimın yanına qayıdıb qələbəni orada qeyd edəcəyik.Oğlanlarının üzündən öpüb qələbədən sonra onları Şuşa şəhərinə aparacağını, vuruşduğu yerləri onlara göstərəcəyini deyib. Lakin bu ona qismət olmayıb...Ailəsinə çox bağlı bir insan idi. Elə bir adam yox idi ki, ondan narazi olsun. Yaşının az olmasına baxmayaraq həyatda cox şeylər görmüşdü. Hələ kiçik yaşlarında ikən əmisi Əliyev Telman Salman oğlu və dayısı Tağıyev Saleh Şahniyar oğlu l Qarabağ müharibəsində şəhid olmuşdu. Bu onun xatirəsində daim canlanır və deyərdi ki, vaxt gələcək onların qanını düşmənlərdən alacam. Bəli, bu belə də oldu. Son dəfə yaralı halda zəng edəndə də "əmimin və dayımın qisasını aldım", - dedi. Nə qədər sevincli görünürdü. Qeyd ediək ki, Aydın məhs əmisi Telmanın toy günündə anadan olmuşdur.Aydının saza–sözə, şeyir yazmağa çox həvəsi vardı. Boş vaxtlarında avtomobilində aşıq mahnılarına qulaq asa-asa dəyişiklər etməkdən zövq alardı. Şəhid olacağını sanki bilirmiş. Əlyazmalarının içində olan bir şeyir parçası ürəyimizə dağ çəkdi.Vəsiyyət edirəm mən ölən zamanGözümü bağlasın mehriban anamYuyulub kəfənə qoyulan zamanQoy onda mənim bacım ağlasın.Soyuq məzarımı qoy Qurban qazsın (yəni ən istəkli əmisi)Baş daşımı de atam yazsınHamı dağılıb gedəndən sonra Kənarda dayanıb “yarım” ağlasın.Biz də Şəhid Aydın Nəriman oglu Əliyevə allahdan rəhmət diləyir və aşağıda onun bir neçə şeirini dərc edirik.Həmid ORMANLI,ZiM.AzATAMAğ saçlarında bir məna O, saçlar mənə görə ağarıbYaşında əllini keçibdi amanHər yaşda xoşbəxtlik var atam.Vaxtiykən qədrini bilə-bilmədimİndi əsgərəm deyəHeç vaxt üzülmə güvən sənDaima başını dik tut sən atamÇox məsləhət verdin başa düşmədimİndi məsləhətə ehtiyacım varOdur ki, bağışla məniYaman kövrək olur əsgər ürəyi.ANAAiləm mənə candan əzizdirMən bir damlayam o bir dənizSevgi ilə doludur qəlbi tər-təmizYoxdur bir günahı mələkdir anamBahar çiçəyimdir arzu diləyim Kaş arzu diləyim olaydın anaEvdəkilər düşəndə hər dəfə yada Döyünən ürəyim olaydın anaAtamı görəndə gözlərim dolduAçılmış güllərim bir anda solduÜrəyim bir anda sevgiylə dolduAğlama nə olar ağlama ana.QARDAŞQardaşım getsədə bu dünyadanQardaş acısı bilirəm nədir.Üzünü görmədiyim qardaşQardaş acısı bilirəm nədir.Bu dünyada dostlarım çoxduHər dosta qardaş demək olmur.Kimsə qardaşına qardaş deyəndəQardaş acısı bilirəm nədir.Olmasada mənim qardaşımQardaş qeyrətli bacım var mənimHeç kimə deyə bilməsəm qardaşBilirəm başımın tacı var mənim.Tacım gümüşdən yox qızıldandıQardaşsız ürəyim yandıƏn böyük qardaş atamdıAtam da arxamda bir dağdı.Böyük qardaş tək öyüd verənimHəm canım həm dəki qanımHəm atam həm qardaşım Həm qardaşım həm də tacım.BACIÜç ayın əsgərindən salam olsun sizlərəBacım yanımda yox idi mən əsgər gələndəÜzünü görüb səsini eşidəndə xoşlanıram özümdəÜç ayın əsgərindən salam olsun sizlərə.Salamımı çatdır başı tacıma 1-ci ayda elə bil zəhər qatıb qanımaGörən baxıb ağlayırdı halıma Ölsəm ağliyanım olginan bacı.Gecənin bir yarı gözümə getmir yuxuYatıbdı kazarmada əsgərlərin çoxuYatmayanlar fikirləşir ailəsinFikrim-zikrim sən olaydın bacı.Şəmkirə yolun düşsə salam çatdır yarıma Kömək eylə sən də kiçik qardaşaGələndə hazırlaşginən toya Eyləyim səni “BALDIZ” bacı.Hərdən bir dilin olsada acıOnuda deyim azdır yaxşıların yaxşısıEvdə var iki dənə başımın tacı Üçüncü tacımı axtarginən bacı.NƏ GÖRDÜMNə gördüm bu mənasız həyatda Bir yandan kədər ,bir yandan sevincYalnız acı xatirələr qaldı yaddaşda Ey dost nə gördüm bu mənasız həyatdaTənhalığa qərq oldum batıram mənHər gün fikirləşib xəyal edirəmÜmid edirəm xəyallarım gerçəkdiEy dost nə gördüm bu mənasız həyatdaMƏNƏ DAĞDIRQardaş həsrəti mənə dağdırYada qardaş dediç ürəyim yandı Qardaşsız həyat mənə dağdırQardaş həsrəti mənə dağdır.Ömrüm puç olub cavan çağımda Ə.Orxan yazılıb qəbr daşında Qardaşsız can qalmayıb canımda Tək getmədin getdi bacımda.Cavan ikən saçıma düşübdü dənHəm bacı həm qardaş dərdindənBacım da getdi körpəliyindən O iki şəhidə qurban mən olum.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.