ADİLƏ NƏZƏR POEZİYASI Poeziya, Müsabiqə 18 Kasım Adilə Nəzərin təmiz, ülvi və ilahi düşüncələrlə, bəşəri hisslərlə yazılan, yurdsevərlik duyğuları, sonsuz məhəbbətlə tərənnüm olunan şeirlərindən oxucu, sözün həqiqi mənasında böyük mənəvi zövq alır. Şeirlər səni elə bil ki, ağuşuna alır, doğma Vətənə sevgi, ilahi məhəbbət barədə gözəl duyğular
"Qəlbim yenə narahatdır..." Poeziya, Qarayazı, Müsabiqə 18 Kasım OLACAQSAN Gözümün önündə tamam özgə, yad, Qəlbimin içində sən olacaqsan. Üzümdə təbəssüm, içimdə fəryad, Ağaran saçımda dən olacaqsan. Bu həsrət, intizar məni yaxacaq, Gözüm hey arxanca sənin baxacaq, Bəlkə də, dözməyib sellər axacaq, Gözümdən hey axan nəm olacaqsan. Qorxma, kimsələr
Ceyhun AĞABƏY: "Allah, bu ürəyi dəyiş mənimçün..." Poeziya, Müsabiqə 13 Kasım DƏYİŞ MƏNİMÇÜN Düzə, həqiqətə heç kim inanmır, Allah, bu ürəyi dəyiş mənimçün. Ürəyim saflığa, sevgiyə yanır, Allah, bu ürəyi dəyiş mənimçün. Ağlımı, ruhumu yerində saxla, Başımı, qolumu yerində saxla. Közümü, odumu yerində saxla, Allah, bu ürəyi dəyiş mənimçün Bir az biganə et, bir az qəddar
Yunis QARAXANOV: "ÖLÜM UCUZLAŞIB YAMAN!.." Qarayazı, Müsabiqə 3 Kasım ÖLÜM UCUZLAŞIB YAMAN Dünyanın qanunu sərtdi, Əlli, altmış, ömür bitdi, Döndü xatirəyə, getdi, Ölüm ucuzlaşıb yaman. * * * Ömür əzrayıla küskün, Dün yaşayan yoxdu bu gün, Əbədi torpağa sürgün, Ölüm ucuzlaşıb yaman. * * * Dərd- sər qəlbi döyə- döyə, Taleh-qismət deyə-deyə, Axı,neyçün, axı, niyə?
MİLLƏTİN BƏXTİNƏ MÖVLUD EYLƏDİN! Müsabiqə, Qərbi Azərbaycan 27 Ekim Mövlud Süleymаnlı 1943-cü il mаrt аyının 18-də Ermənistan SSR-nin Kаlininо rаyоnunun Qızıl Şəfəq kəndində (keçmiş аdı "Cücəkənd") dоğulmuşdur. Аtаsı Süleymаn Məhəmməd оğlu 1942-ci ilin ахırlаrındа İkinci dünya müharibəsinə getmiş, 1945-ci ilin аprel аyının 23-də Berlin uğrundа döyüşlərdə həlаk
Xuraman NOVRUZOVAnın şeirləri Ədəbiyyat » Müsabiqə 27 Ekim Niye sen oldun. Qaranliq gecenin ulduzu ,ayi, Seherine doqan gunesi Buludlardan yaqan yaqisi, Soyuqlu saxtasi niye sen oldun. Sevdi belke saxtali qarda Canini isiden yari olarsan. Sevdi gozlerinden suzulen yasi, Ellerinle silen sultani olarsan. İndi qaranliq gecede xeyallariyla Danisir
Meyxoş Abdullah: "Gecə qapısı döyülən qadın..." (hekayə) Nəsr, Müsabiqə 26 Ekim Bu ağır xəbər elə gözlənilməz oldu ki, özümü tamam itirdim. Əvvəlcə, nə edəcəyimi qərarlaşdıra bilmədim. Anamın ölüm ayağında olması başımda ildırım kimi çaxdı. Kənddəkilərin qarasınca gileyləndim. Niyə bu xəbəri mənə bir az ertədən çatdırmayıblar? - deyə onları qınadım. Bu haqda fikirləşmək, artıq
Əzizağa Elsevər: "Bir SEVGİ nağılı" Nəsr, Müsabiqə 16 Ekim (Hekayə) Kəndimizin başından bir çay axırdı. Elə indi də axır. Qarayar çayı. Uşaqlıq xatirələrimin sevgisi, beşiyi Qarayar çayı. Yayda dili, topuğu quruyar, sahilləri bir- birinə əl uzadardı. Sıza- sıza, korun- korun axıb gedərdi. Yazda heç üzünü görmə. Kükrəyər, sir- sifətini dəyişdirərdi.
Rafiq Yusifoğlu: "SЕVGI QANADINDA UÇURAM, GÜLÜM..." Sumqayıt, Poeziya, Müsabiqə 14 Ekim XOŞ GÖRDÜK, ÖMRÜMÜN TƏZƏ PAYIZI Günəş su üstündə qızıl bir nida! Allah çox görməsin bizə payızı! Bu ilin bəxtəvər yayı, əlvida! Xoş gəldin, ömrümün təzə payızı! Həsrətdən saralıb meşənin gözü, Qəlbimdə bir dəli uçmaq həvəsi… Oyatdın kül altda uyuyan közü, Nələrə qadirmiş sənin nəfəsin?! Ürəyim
HAFİZ RÜSTƏMİN ŞEİRLƏRİ – 2017 Poeziya, Müsabiqə 13 Ekim SÖZÜ – UCA, ÖZÜ - ALÇAQ Sözü tər güldəstə olan, Sənəti göz üstə olan. Daxilən bərk xəstə olan Köhnə əyyaş, qoca sarsaq, Sözü – uca, özü – alçaq. Tanrı bir istedad verib, Bəxt verib, qol-qanad verib. Ona da şöhrət, ad verib, Bir əmması vardır ancaq, Sözü – uca, özü – alçaq. Dilindədir ideallar,