İŞIQLI DUYĞULARIN ADAMI - AFİQ MUXTAROĞLU "Varlıq", "Yeni yol", Qarayazı 10 Ekim Afiqlə canlı ünsiyyətdə olanda da, onunla telefonla danışanda da, yazılarını oxuyanda da, hətta Afiqi sadəcə xatırlayanda da könlümü işıqlı duyğular bürüyür, qəm-qüssəm azalır, çılğın və narahat ruhum sakitləşir; bir daha əmin oluram ki, dünya deyildiyi qədər rəzil, söyüldüyü qədər əzazil deyil.