AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib Azərbaycan Texniki Universitetində (AzTU)
20 Yanvar faciəsinin
32-ci ildönümünə
həsr olunan tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın
azadlığı uğrunda şəhid olan
Vətən övladlarının xatirəsi
bir dəqiqəlik sükutla
yad olunub.

Daha sonra Azərbaycanın
Dövlət Himni səsləndirilib.

Tədbirdə 20 Yanvar hadisələrinə
həsr olunan videoçarx
nümayiş olunub.


Azərbaycan tarixinə
qəhrəmanlıq səhifəsi
kimi yazılan 20 Yanvar
hadisələrindən danışan
AzTU-nun rektoru
Vilayət Vəliyev
bildirib ki,
xalqımız bu faciəni heç zaman unutmayacaq.
Rektor qeyd edib ki,
keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı düşünülmüş təcavüzkar siyasətinin nəticəsi olan 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.
Vilayət Vəliyev bildirib ki,
20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Faciədən dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyində SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirməsi, cinayətkarların cəzalandırılmasını tələb etməsi xalqımızın mübarizə əzmini daha da artırdı.
Rektor bildirib ki,
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə xalqımızın başına gətirilən faciələrin qisası alınmış oldu.
Bu gün Azərbaycan xalqı
qalib xalqdır.
Biz artıq Şəhidlər Xiyabanını
utanaraq deyil, qürurla
ziyarət edirik.

Daha sonra çıxış edən
millət vəkili
Ceyhun Məmmədov
da
qanlı yanvar günü Bakıda əliyalın əhalinin başına gətirilən faciədən və xalqımızın mübarizə əzmindən danışıb.

Tədbirin sonunda
Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.

ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: