"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb Tanınmış tədqiataçı-alim və istedadlı jurnalist, Azərbaycan Texniki Universitetinin müəllimi, "Ziya" qəzetinin və "ZiM.Az" saytının
Baş re­daktoru, "Qızıl qələm" mükafatı laureatı,
filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının
hələ 1996-2000-ci illərdə nəşr etdirdiyi
"BORÇALI ŞƏHİD­LƏRİ" adlı ki­ta­bının yenidən işlənmiş və əlavələr olunmuş beşinci nəşri
bu günlərdə "Borçalı" nəşriyyatı tərəfindən
nəfis şəkildə çap olu­naraq oxucuların
ixtiyarına verilib.

(Kitabın redaktoru və məsləhətçisi
Azər­baycan Texniki Uni­ver­sitetinin prorektoru,
professor İsa Xəlilovdur.)


Kitab müəllifin “Ruhunuz şad olsun, şə­hidlərimiz!..” sərlövhəli önsözü ilə açılır.

Sonra Azər­bay­canımızın azadlığı, müs­təqilliyi, bütövlüyü uğrunda canlarından keçmiş
Gür­cüstan əsilli qəh­rəman oğullarımız,
o cümlədən, Qanlı 20 Yanvar faciəsində
şəhid olmuş 6 nəfər dəyərli eloğlu­muz

haqqında ətraflı məlumat verilir:

1. Professor İsmayıl Həsən oğlu Mursaqulov (1939, Borçalı, Qızılhcılı, -1990),
2. Rəşid İslam oğlu İsmayılov (1949, Qarayazı, Ağtəhlə -1990),
3. İlqar Hümmət oğlu Əhmədov (1965, Bolnisi, Faxralı -1990),
4. Tenqiz Məmməd oğlu Turabov (1966, Bolnisi, Kəpənəkçi -1990),
5. Ələsgər Yusif oğlu Qayıbov (1966, Qaraçöp, Yormuğanlı -1990),
6. Vəfadar Osman oğlu Eminov (1966, Marneuli, Kirənc Muğanı -1990).

Daha sonra Qarabağ uğrunda döyüşlərdə böyük şücaət göstərərək
“Azərbaycanın Milli Qəh­­rə­manı” Fəxri adına layiq görülmüş
üç nəfər igid soydaşımız haqqında məlumat diqqətə çat­dırılır:

1. Cəlil Əziz oğlu Səfərov (1962, Marneuli, Leçbəddin - 1992),
2. Vəzir İsa oğlu Sədiyev (1961, Marneuli, Aşağı Qullar - 1993),
3. Eldar Əsgər oğlu Ağayev (1955, Tbilisi -2013. O, həm də "Azərbaycan Bayrağı" orden ilə də təltif olunmuşdur).

Kitabda Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş digər dəyərli soydaş­ları­­mızın mənalı ömür yolları da böyük ehtiramla xatırlanır, onlar haq­qın­da geniş və əhatəli məlumatlar oxuculara təqdim olunur:

1. Mayor Vaqif Dursun oğlu Musayev (1961, Borçalı, Kürdlər -1992),
2. Canpolad Orucəli oğlu Əliyev (1961-1992),
3. Ədalət Cahangir oğlu Əlləzov (1965, Bolnisi, Darvaz -1992),
4. Yaşar Vahid oğlu Bədəlov - (1966, Bolnisi, Kəpənəkçi.-1992),
5. Elşad Məcid oğlu Budaqov (1973, Bolnisi, Kəpənəkçi, Talıblı - 1992),
6. İlqar Zərrar oğlu Mahmudov (1973, Başkeçid, Hüseykəndi -1992, Bakı Şəhidlər Xi­yabanı),
7. Fariz Şahməddin oğlu Babanlı (1973, Rustavi -1992, Aqstafa Şəhidlər Xiyabanı),
8. Yusif İsa oğlu Şirinov (1966, Qaraçöp -1993, -"Azərbaycan Bayrağı" ordeni- Bakı, Şə­hidlər Xiyabanı),
9. Ramiz Sayad oglu Əliyev(25.08.1968, Bolnisi, Saraclı -15.01.1993, Ağdərədə şəhid olub. Saraclı kənd qəbirsanlığında dəfn olunub),
10. Raim Ənvər oğlu Məmmədov (1972, Bolnisi, Darvaz -1993, Bakı Şəhidlər Xiyabanı),
11. Aydın Nəbi oğlu Zeynalov (1973-1993),
12. Fuad Mürvət oğlu Mirzəyev (1974-1993),
13. Nadir Səməd oğlu Əliyev (1958, Başkeçid, Ormeşən -1994, Bakı, Şəhidlər Xiyabanı),
14. Ramiz Ümid oğlu Əhmədov (1960, Başkeçid, Kirovisi -1994).
15. İlkin Hamlet oğlu Mərdanov (1962-1994)
16. İlyas Əbdül oğlu Sədrəddinov (1967, Başkeçid, Şindilər -1994),
17. Binəli Həsrət oğlu Musayev (Daşdəmirli) (1968 Bolnisi, Saraclı -1994, Bakı, Şəhidlər Xi­yabanı),
18. Ədalət Nadir oğlu Gülməmmədov (1970, Bolnisi -1994),
19. Elçin Nəbi oğlu Qaranizadə (1973, Bolnisi, Saraclı -1994),
20. Akif Mustafayev (1975-1994),
21. Əlyar Bəxtiyar oğlu Abdullayev (1957, Borçalı, Kürdlər -1995),
22. Mayor Sahib Almaz oğlu Məmmədov (1972, Bolnisi, Darvaz -2002)
23. Elşən Vaqif oğlu Məmmədov (1992, Bolnisi, Zol-Güvəc - 2015)
24. Mayor Təbriz Taryel oğlu Musazadə (1981, Başkeçid, Yaqublu. - 2016, Bakı, Fəxri Xi­yaban) və başqaları.

Kitabda müəllif onu da qeyd edir ki, 1990-cı illərdə Gürcüstanda milli mü­naqişə zamanı Bor­ça­lı oğulları quldur dəstələrinə (svan, gürcü, erməni, rus və s.) qarşı çox amansız ol­muş­lar. Həmişə öz igid, cəsur oğulları ilə fərqlənən Arıxlı camaatı həmin illərdə doğma torpağın, müqəddəs yur­dun və xalqın rifahı uğrunda dörd cavan oğlunu şəhid vermişdir. Kitabda Arıxlı şəhhidləri kimi adlarını tarixə yazmış həmin dörd nəfər şəhid haq­qında məlu­mat da oxucuların diqqətə çatdırılır:

1. Yusifov Tapdıq Suleyman oğlu (1954-1993),
2. Yusifov Nəsib Əhməd oğlu (1958-1993),
3. Əh­mə­dov Arif Əhməd oğlu (1963-1993),
4. Əliyev Tengiz Məhəmməd oğlu (1972-1994).

Daha sonra isə müəllif Gürcüstanın ictimai-siyasi həyatında çətin dövrlərdən biri olmuş 1990-cı illəri xatırlayır, qeyd edir ki, ağır iqtisadi, siyasi şərait, millətçilik siyasəti ölkə daxi­lində çaxnaşmaya və nəhayət müharibəyə səbəb olmuşdur. Həmin ağır dövrdə Gürcüstanda yaşayan azərbaycanlılar da vətəndaşı olduğu dövlətin ərazi bütövlüyünü müdafiə etmək üçün ayağa qalx­mışdılar. Məlumdur ki, tarixin ən çətin məqamlarında Gürcüstanın ərazi bütövlü­yünün qorun­masında 500-dən artıq azərbay­canlı iştirak etmişdir. Onlardan bir qismi bu yolda şəhid olmuş, bəziləri isə göstərdiyi rəşadətə görə təltif edilmişlər.
Onlardan:
Ənvər Hüm­bə­tov (1950-1994), Zaur Abdullayev (1974-1992), Qəhrəman Musayev (1952),
Mustafa Nov­ruzov (1971)
və baş­qa­ları haqqında da kitabda geniş məlu­mat verilmişdir.

Kitabın sonunda isə müəl­lifin oxuculara “Sözardı” səh­lövhəli müraciəti verilmişdir.
Müraciətdə müəllif oxuculardan xahiş edir ki, Qarabağ uğrunda döyüşlərdə ŞƏHİDLİK ZİR­­VƏ­SİNƏ YÜKSƏLMİŞ Gürcüstan əsilli qəhrəman soydaşlarımızdan kimlərsə unudu­lubsa, onla­r haqqında məlumatı elektron ünvana (M-Borcali@mail.ru) və ya ZiM.Az say­tına göndərsinlər ki, kitabın növbəti nəşrlərində həmin şəhidlər haqqında da məlumatlar dərc olunsun...
Heç kim unudulmasın, heç kim yaddan çıxmasın!
Unutmayaq ki, Unutsaq, Unudularıq!..


Firəngiz İBADOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: