Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” adlı veb konfrans keçirilib Təhsil » Digər ali məktəblər 13 Nisan Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” adlı veb konfrans keçirilib. ZiM.Az xəbər verir ki, Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov iştirakçıları salamlayaraq, koronavirus pandemiyasının bütün sahələrdə yeni çağırışlar yaratdığını, təhsil sahəsində də yeni yanaşma və texnologiyaların tətbiqinin zəruriliyini önə çıxardığını qeyd edib.Konfransda Qərbi Kaspi Universiteti ilə yanaşı digər ali təhsil ocaqlarının müəllim və mütəxəssislərinin, eyni zamanda, Türkiyə və Gürcüstanın ali təhsil ocaqlarının tədqiqatçılarının çıxışları dinlənilib.Çıxışlarda Onlayn dərslərin inkişaf tarixi və ən çox istifadə olunan tədris proqramları, Onlayn dərslərin keçirilməsində istifadə olunan kompyuter proqramları və veb platformalar, Xətti və qeyri-xətti interaktiv üsulun onlayn tədrisdə üstünlüyü, Distant formada imtahanların təşkili: Üstünlüklər və çatışmamazlıqlar, Görüntülü və canlı dərslər: onların keyfiyyətli idarə olunması, Tərcümə fənlərində veb tədrisin tətbiqi üsulları, Onlayn təhsil: qlobal ehtiyacların transformasiyası və ya yeni dövrün çağırışları, eləcə də ayrı-ayrı sahələrdə distant təhsilin üstünlük və çatışmazlıqları, başlıca problemləri nəzərdən keçirilib.Daha sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, məruzəçilər sualları cavablandırıblar.Qeyd edilib ki, Qərbi Kaspi Universitetinin təşkil etdiyi konfrans bu sahədəki perspektiv və problemləri nəzərdən keçirməyə şərait yaratmaqla bərabər, yeni çağırışlar qarşısında atılmalı olan addımları müəyyən etmək, bu istiqamətdə daha məqsədyönlü çalışmaq üçün təkan verir.Konfrans universitetin Youtube kanalında canlı olaraq yayımlanıb. Gürcüstan Texniki Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin professoru Emilia Alaverdova da onlayn olaraq konfransa konfransa qatılıb. O, Qərbi Kaspi Universitetinin keçirdiyi onlayn konfransı yüksək dəyərləndirib, tədbirin olduqca əhəmiyyətli olduğunu bildirib."Aprelin 10-da Qərbi Kaspi Universitetində təşkil olunan və mənim də qatıldığım “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” mövzusunda konfrans hesab edirəm ki, olduqca əhəmiyyətli, xüsusilə hazırkı dövrdə olduqca vacib müzakirələrlə yadda qaldı".Bu sözləri Gürcüstan Texniki Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin professoru Emilia Alaverdova Qərbi Kaspi Universitetinin keçirdiyi onlayn konfransı şərh edərkən deyib."İştirakçılar öz metodlarını, təcrübələrini bölüşdülər və mövcud problemləri müzakirə etdilər. Bu konfransın təşkilinə görə Qərbi Xəzər Universitetinə öz təşəkkürümü bildirirəm. Güman edirəm ki, konfransın, xüsusən də müasir dünyanın COVID 19 kimi bir təhlükə ilə üzləşdiyi və cəmiyyətin demək olar ki, tam təcrid olunduğu bir vaxtda böyük əhəmiyyəti var idi. Bu baxımdan təcrübə və çətinlikləri bölüşmək, müzakirə etmək, yeni imkanları axtarıb tapmaq üçün üçün belə konfransların keçirilməsi çox vacibdir" - deyə professor Emilia Alaverdova bildirib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.