Marneulidə yeni uşaq bağçası açılıb Gürcüstan » Borçalı 23 Mart Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Kəpənəkçi kəndində yeni uşaq bağçası açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayon icra hakimiyyətindən verilən xəbərdə bildirilib ki, uşaq bağçasının binası Polşa və Yaponiyanın maliyyə dəstəyi ilə bərpa olunub və müasir
Borçalıda aşıqlarla görüş keçirilib Gürcüstan » Borçalı 22 Mart Marneuli. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) Borçalı aşıqlarının görüşü keçirilib. Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə keçirilən görüşdə öncə xalq şairi Zəlimxan Yaqubun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərində iştirak ediblər Gürcüstan, Borçalı 22 Mart Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Marneuli şəhərində Novruz genişmiqyaslı bayram şənliyi ilə qeyd olunub. Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar üçün yaradılmış guşələrdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən atributlar nümayiş olunub.
Borçalıda Ozanlar ozanı TƏHLƏLİ NOVRUZun xatirəsi anılıb Borçalı, Qarayazı 13 Mart Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları qədim Borçalı mahalında sufizmin davamçılarından hesab olunan fəlsəfi şair Təhləli Novruzun xatirəsinə həsr olunan ozan məclisi təşkil olunub. “Anım günü” adı altında keçirilən məclis, sufi şair Təhləli Novruzun doğulub boya-başa çatdığı Qarayazı
Vaxtın sözü, sözün vaxtı... Gürcüstan » Borçalı 11 Mart Hər olayın bir zamanı, hər sözün öz vaxtı, hər vaxtın da öz sözü var. Bu gün bu vaxtın szünü deməsən sonra gec olacaq, söz öz meyarını itirəcək, qiymətdən düşəcək. Ona görədə hər vaxtın öz sözünü demək əsas şərtdir . Vaxdında deyilən sözün kəsəri qılncdan itidir-deyiblər. Nədir vaxtın sözü?
Əflatun Amaşov Gürcüstanda görəcəkləri işlərin ANONSUNU verdi Milli Məclis, MEDİA, Gürcüstan, Borçalı 11 Mart Martın 4-də Milli Məclis ayrı-ayrı ölkələrlə parlamentlərarası işçi qruplarını təsdiqlədi. İşçi qruplarının rəhbərləri arasında yeni seçilmiş deputatlar da var. Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri seçilib. Modern.az
TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!... Borçalı, Təbriklər 11 Mart Bu gün Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri, Dəyərli Ziyalımız, Yurdsevər və Vətənpərvər Soydaşımız, Səmimiyyəti və Xeyirxahlığı ilə Məşhur olan Çox hörmətli Fazil Həsənovun doğum günüdür. Biz də həm öz adımızdan, həm də bütün kollektivimiz adından, eləcə
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!... Borçalı, Başkeçid 9 Mart Hacımurad İsmayıl oğlu Xəlilov - 1939-cu ildə qədim Borçalı mahalının əsrarəngiz gözəl təbiəti ilə məşhur olan Baskeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Bəzəkli kəndində anadan olmuşdu. Orta təhsilini Baskeçid rayon mərkəzindəki rus orta məktəbində, ali təhsilini isə Tbilisi Kənd
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açılıb Mədəniyyət, MEDİA, Borçalı 7 Mart Martın 7-də Bakıda S.Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın fərdi sərgisi açılıb. Bakıdakı "Qalereya 1969" sərgi salonunda keçirilən sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Mətbuat Şurasının sədri, millət
Gürcüstanda SOCAR-ın maliyyə vəsaiti hesabına təmir olunmuş daha bir məktəb istifadəyə verilib Gürcüstan » Borçalı 4 Mart Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Lecbəddin kəndində SOCAR-ın maliyyə yardımı ilə yenidən qurulan orta məktəbin açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Gürcüstanın elm və təhsil naziri