RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...Hacımurad İsmayıl oğlu Xəlilov - 1939-cu ildə qədim Borçalı mahalının əsrarəngiz gözəl təbiəti ilə məşhur olan Baskeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Bəzəkli kəndində anadan olmuşdu.
Orta təhsilini Baskeçid rayon mərkəzindəki rus orta məktəbində, ali təhsilini isə Tbilisi Kənd Təsərrüfatı İnistitutunda almışdı.
Baytarlıq ixtisasını bitirmişdi.
Sonralar təhsilini Moskvada Ali Partiya məktəbində davam etdirmişdir.
1961-1966-cı illərdə rayon komsomol təşkilatında calışmışdır.
1966-1968-ci illərdə Marneuli rayon komsomol komitəsinin ikinci katibi,
1968-1970-ci illərdə Marneuli rayon partiya komtəsinin təşkilat şöbəsində inspektor,
1970-1983-cü illərdə Marneuli rayon partiya komtəsinin təşkilat şöbəsinin rəisi,
1983-1985-ci illərdə Marneuli şəhər partiya komitəsinin üçüncü katibi,
1985-1987-ci illərdə Marneuli şəhər partiya komitəsinin ikinci katibi olmusdur.
H.Xəlilov 1987-ci ildə 6-cı çagrış rayon deputati və Marneuli şəhər Soveti icraiyyə komtəsinin sədri seçilmisdir.
Marneuli şəhər soveti icraiyyə komtəsi ləğv olunana qədər - 1991-ci ilədək o, bu vəzifədə şərəflə çalışmışdır.

1989-cu ildə respublikada baş vermiş məlum hadisələrədən sonra, daha dəqiq desək, Z.Qamsaxurdiyanın hakimiyyəti dövrundə öz işinə fasilə vermiş və müxalifətə keçmişdir.

1993-cü ildə Vətəndaşlar Birliyi Partiyasının həmsədri olmuşdur.

1994-cü ildə Kvemo-Kartli - Borçalı bölgəsində quberniya yaradılandan sonra prezidentin əmri ilə qubernatorun birinci müavini təyin olunmuşdur və o, ömrünün sonuna kimi 1994-cü il aprelin4-dək bu vəzifədə şərəflə çalışmışdır.

İctimali siyasi xadim, el içində çox böyük nüfuz sahibi və hörmətli şəxsyətlərdən biri olmuş Hacımurad Xəlilov 1997-ci il aprel ayinin 4-də dünyasını dəyişmişdir.

Marneuli şəhərindəki küçələrdən birinə Xəlilov Hacımurad İsmayıl oğlunun adı verilmişdir.

Ruhunuz şad olsun, Hacımurad müəllim!..
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: