Əflatun AMAŞOV: "Təbriz Musazadə - Yaqublu kəndinin sayca 3-cü, Borçalının isə 503-cü şəhididir!.. MEDİA, Borçalı, Başkeçid 13 Nisan ƏFLATUN AMAŞOV, Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili: - Bu gün torpağa tapşırılan qəhrəman pilotumuz Təbriz Musazadə ulu Borçalının (Dmanisi rayonu) Yaqublu kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə canından keçmiş sayca üçüncü şəhididir. Mən bu məqamı xüsusi fərqləndirmək istəməzdim.
AMM Gənclər şöbəsi cəbhədəki vəziyyətin gürcü mediasında işıqlandırılması üçün səylə çalışır Qarabağ, Borçalı 6 Nisan Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər Birliyi son günlər cəbhədəki vəziyyət və Azərbaycanın hərbi uğurlarının və əməliyyatların tam obyektiv və operativ şəkildə gürcü mediasında işıqlandırılması üçün bir qrup azərbaycanlı gənclərdən ibarət qrup yaradıb ki,
DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU ŞAD OLSUN!.. - YENİLƏNİB ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Başkeçid, Unutsaq, unudularıq!.. 6 Nisan Son döyüşlərdə Borçalı da şəhid verdi. Ulu Borçalımızın Başkeçid (indiki Dmanisi) rayonunun Yaqublu kəndindən olan Təbriz Taryel oğlu Musazadə Mİ-24 helikopterlə düşmənə ağır zərbələr vurduqdan sonra qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin ruhu şad olsun!..
Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI Qarabağ, Borçalı 4 Nisan Bu gün Azərbaycanın Ermənistanla sərhəd bölgələrində gedən döyüşlər bütün dünya azərbaycanlıları kimi Gürcüstanda yaşayan azərbaycanlıları da narahat edir. Bildiririk ki, artıq 20 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon erməni separatçıları tərəfindən işğal
Gürcüstanda fəaliyyət göstərən Azərbaycan QHT-lərinin BƏYANATI Qarabağ, Gürcüstan, Borçalı 4 Nisan Qədim Borçalı mahalında fəaliyyət göstərən "QEYRƏT" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgər bu günlərdə Gürcüstanda yaşayan azərbaycanlıların Qarabağ uğrunda savaşa hər an hazır olduqladı haqqında Bəyanat yayıb. Bəyanatda deyilir: Gürcüstan azərbaycanlıları Ermənistanın Azərbaycana qarşı törətdiyi
Borçalıdan gələn qonaq ustad aşıq... Folklor, Borçalı 2 Nisan Aşıq Ziyəddin Borçalı: "Mən ustadlarım Xındı Məmməddən və Xan Kamandardan halallıq almışam" "...Bir neçə gün əvvəl ilk dəfə olaraq Azərbaycan Aşıqlar Birliyinin rəsmi nümayəndəsi Borçalıya gəldi..." Bu günüm də sənsən, dünənim də sən, Gələcəkdə məni ananım da sən. Vaim alovlanıb yananım da sən,
Nəğməli obanın nəğməkar oğlu Mədəniyyət, Borçalı 29 Mart *Bu yazı o vaxtlar Tiflisdə işıq üzü görən “Sovet Gürcüstanı”qəzetində ( 5 oktyabr 1976- cı il) dərc edilmişdi. Önəmli odur ki, bu gün yaşa dolmuş Fərman (bütün yaşıdları kimi) yenə də həmin illərdə oxuduğu şuxluqla oxuyur, bizi həmin illərə qaytarır: “Mən kösövü tüstülüyəm Alovunda soyma məni...”
AZAN SƏSİ QƏDƏR MÜQƏDDƏS CİNGİLTİ... MEDİA, Borçalı 27 Mart ZiM.Az xəbər verir ki, Mətbuat Şursının sədri, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan Parlamentlərarsaı Dostluq Qrupunun rəhbəri Əflatun Amaşaov Sosial şəbəkədəki səhifəsində ustad Aşıq Məhəmməd Sadaxlının vəfatı ilə bağlı münasibət bildirib. Münasibətdə deyilir: Qətiyyətlə demək olar ki,
ALLAH RƏHMƏT ELƏSİN, AŞIQ MƏHƏMMƏD SADAXLI!.. Tv, Folklor, Borçalı, Nekroloqlar, Müşfiq Borçalı 26 Mart AŞIQ MƏHƏMMƏD SADAXLI (1930-2016) Aşıq Məhəmməd Sadaxlı 1930-cu ildə qədim Borçalı mahalında - indiki Cürcüstan Respublikasının Marneuli rayonundakı Sadaxlı elinə bağlı Mollaoğlu kəndində dünyaya göz açmışdır. Həmin kənddə ibtidai, sonralar isə 7 illik təhsil almışdır. Uşaqlıqdan əkinçilik və
Borçalıda şair Mülkədar Nadirin kitablarının təqdimatı Gürcüstan » Borçalı 25 Mart Martın 25-də Azərbaycanlıların Mədəniyyət Mərkəzində tanınmış yazar və şair Mülkədar Nadir yeni nəşrdən çıxmış iki kitabını oxuculara təqdim etdi. Tədbiri giriş sözü ilə açan AMM-nin sədri Fazil Həsənov Mülkədar bəyin yaradıcılığından danışaraq hər görüşünün AMM-də təşkil olunduğunu qeyd edərək