Gürcüstan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin BƏYANATI Qarabağ, Borçalı 4 Nisan Bu gün Azərbaycanın Ermənistanla sərhəd bölgələrində gedən döyüşlər bütün dünya azərbaycanlıları kimi Gürcüstanda yaşayan azərbaycanlıları da narahat edir. Bildiririk ki, artıq 20 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon erməni separatçıları tərəfindən işğal olunub. BMT-nin məlum dörd qətnaməsinin, digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların Ermənistan tərfindən etinasızlıqla qarşılanaraq qulaqardına vurulması, bu münaqişlərin həlli üçün yaradılmış Minsk qrupunun fəaliyyətsizliyi artıq azərbaycanlıların səbr kasasını doldurub, xalq təcavüzkarın yerinə oturdulmasını, işğal olunmuş ərazilərin boşaldılmasını, məcburi qaçqın və köçkünlərin öz yurd-yuvalarına dönməsini, ümumilikdə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını tələb edir.Təəssüf doğuran isə budur ki, böyük güclər Dağlıq Qarabağ kartından öz mənafeyi üçün istifadə etməklə Azərbaycana təzyiq göstərməyə və bu münaqişənin onların özü üçün əlverən müddətə qədər dondurulmasına səy göstərməyə çalışırlar. Bu isə beynəlxalq hüquq normalarına, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsinə dair beynəlxalq konvensiyalara daban-dabana ziddir.Gürcüstan azərbaycanlıları təcavüzkarlığa, işğalçılıq meyllərinə qarşı daim həssas olmaqla onu pisləyir, haqq və ədalətin bərpa olunması üçün lazım gəldikdə öz canlarını belə qıymağa hazırdır. Azərbaycanın müstəqilliyi uğrunda verdiyimiz şəhidlər bunun bariz nümunəsidir. Biz tələb edirik ki, müharibə dərhal dayandırılsın, işğalçı ordu öz torpaqlarına çəkilsin və münaqişə masa arxasında, Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həll olunsun və cinayətkarlar öz cəzasına çatsınlar.Azərbaycanlıların Mədəniyyət Mərkəzininidarə heyəti adından: Fazil HƏSƏNOV,Gürcüstan, Marneuli şəhəri.04 aprel 2016-cı il Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.