Hüsniyyə Çobanova: "DİLÇİ ŞAİRİN POEZİYA DÜNYASI: MAHİRƏ NAĞIQIZININ YARADICILIĞINA BAXIŞ"

Hüsniyyə Çobanova: "DİLÇİ ŞAİRİN POEZİYA DÜNYASI: MAHİRƏ NAĞIQIZININ YARADICILIĞINA BAXIŞ"

4 oktyabr 2025-ci ildə Dost və Qardaş Türkiyənin paytaxtı Ankarada Azərbaycanın görkəmli dilçi-alimi, tanınmış şair, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının anadan olmasının 65 illik yubileyinə həsr olunmuş Beynəlxalq Konfransda Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Hüsniyyə Mədət qızı Çobanova "Dilçi şairin poeziya dünyası: Mahirə Nağıqızının yaradıcılığına baxış" mövzusunda onlayn məruzə etmişdir.
Çox hörmətli professor Mahirə Nağıqızını və dosent Hüsniyyə Cobanovanı ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayır və aşağıda Hüsniyyə Cobanovanın həmin məruzəsinin mətnini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az


DİLÇİ ŞAİRİN POEZİYA DÜNYASI: MAHİRƏ NAĞIQIZININ YARADICILIĞINA BAXIŞ

Açar sözlər: şair, şeir, ana, vətən, poeziya.

Müasir Azərbaycan elmi və ədəbi fikrinin parlaq simalarından biri olan professor, dilçi-şair Mahirə Nağıqızı Hüseynova həm elmi-nəzəri sahədə, həm də bədii poeziyada dərin iz qoymuş şəxsiyyətlərdəndir. O, filologiya elmləri doktoru, böyük pedaqoq olmaqla yanaşı, eyni zamanda milli ruhu, vətən sevgisini və ana dilinə bağlılığı ilə seçilərək beynəlxalq aləmdə görkəmli şair kimi tanınaraq böyük nüfuz qazanmışdır.

Həm şeir kitablarında, həm də elmi monoqrafiyalarında oxucuya və tədqiqatçıya ünvanlanan dərin fikirlər və yüksək bədii ifadə tərzi Mahirə Nağıqızını Azərbaycan ədəbi-elmi mühitində fərqləndirən əsas cəhətlərdəndir.

Müasir Azərbaycanda Mahirə Nağıqızı Hüseynova həm elmi tədqiqatçı, həm də poeziya aləmində dərin hissləri, milli dəyərləri tərənnüm edən söz ustadıdır. Yaradıcılığında söz ustadlığı ön plandadır - bənzətmələri, mənalı sualları, təzad və sinonimlərdən istifadə ilə ideyaları yığcam və təsirli şəkildə çatdırır. O, sözün qüdrəti ilə milli-mənəvi dəyərləri poetik şəkildə təqdim edən istedadlı alim şair və pedaqoqdur. Onun geniş müşahidələri və elmi təhlil qabiliyyəti, şeirlərində estetika və məna zənginliyi yaradır. Onun elmi monoqrafiyaları Azərbaycan dilçiliyinin aktual məsələlərinə - xüsusilə dialektologiya, üslubiyyat və folklor dilinə əsaslanır. Dilçi-şairin ən mühüm tədqiqat mövzularından biri Qərbi Azərbaycan aşıq və el şairlərinin dil-üslub xüsusiyyətləri olmuşdur. Bu istiqamətdə yazdığı elmi əsərlərdə Mahirə Nağıqızı folklor nümunələrinin fonetik, leksik və sintaktik analizini verməklə yanaşı, milli-mədəni yaddaşın qorunmasına xidmət edən original yanaşmalar təqdim edir.


Şair Mahirə Nağıqızı eyni zamanda ölkəmizdə filologiya elminə töhfə verən alim kimi də tanınır: 2003-cü ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diploma layiq görülmüşdür.
2004-cü ildə AR “Qabaqcıl Təhsil işçisi” döç nişanı, 2007-ci ci ildə “Qızıl qələm” Media mükafatı laureatı, 2018-ci ildə “İlin alimi” Media mükafatı laureate, 2021-ci ildə “Əməkdar müəllim” fəxri adı, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilibdir.
2012-ci ildə “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyanı uğurla müdafiə etmiş, 2017-ci ildə isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə” mövzusunda uğurla müdafiə edərək filolojiya elmləri doktoru adına layiq görülmüşdür.
2021-ci ilin aprel ayından ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmuşdur.
2024-cü ilin dekabr ayından Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibinə daxil edilibdir.
Onun Azərbaycan dilçiliyi və ədəbiyyatı sahəsində gördüyü işlər nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də yüksək qiymətləndirilmişdir. Tanınmış alim Türk dünyasının bir sıra universitetlərində fəxri adlara layiq görülmüş və beynəlxalq aləmdə tanınmışdır.
Mahirə Nağıqızının poeziyası dərin duyğularla doludur. Onun şeirlərində Qarabağ, ana, vətən, şəhidlər, el-obaya həsrət kimi mövzular bədii səmimiyyətlə birləşir. Onun poetik dili sadə, fikri dərin məna qatlarına malikdir. O, şeirlərində klassik poeziya ilə müasirlik arasında incə körpü qurur. Bayatı janrına göstərdiyi maraq isə onun həm folklorçu, həm də xalq ədəbiyyatına sadiq bir yaradıcı olduğunu sübut edir. Mahirə Nağıqızının 2000-ci illərin əvvəllərindən indiyədək bir neçə şeir kitabı işıq üzü görübdür. “Mənim anam” (2006), “Su at dalımca, ana” (2006), “Sözün hikməti” (2012), “Haqqa çağıran səs” (2015), “Bayatılar” (2015), “Analı dünyam” (2015), “Ruhuna beşiksə, tanrı vətəndir” (2017) və s. Mahirə Nağıqızı həm də nəğməkar şairdir. Şairin bir çox şeirlərinə nəğmələr bəstələnmişdir.

Ana dili ilə vətən arasında əlaqə

Görkəmli şair Mahirə Nağıqızı “Ana dilim” şeirində dilə olan sevgini Ana Vətənlə əlaqələndirərək ifadə edir:
Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var,
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim,
Dədəm babam amanatı, ana dilim! [8, s.59]
Ana dili barədə yazdığı misralarda dilin min illik tarixindən, xalqın ruhundan bəhs edir və dilə böyük ehtiram göstərir. Burada ana dilinin tarixi və nəsillik məna daşıması vurğulanır. “Dil ancaq “dədə-baba amanatı” olduğuna görə qiymətli deyil, heç onun dəyəri hər hansı xalqın yaşı qədər toplanmış zəngin və əvəzsiz sərvətlə də ölçülmür, sadəcə olaraq, dil millətin ən mühüm mövcudluq formasıdır” və şar hər məqamda bu amili vurğulayır. Vətən deyib seçdiyin torpaq ən müqəddəs və toxunulmaz atributlarla yaşayır. [8, s.20]
Mahirə Nağıqızı üçün Vətən sevgisi ilə ana sevgisi bir-birindən ayrılmazdır. Onun poeziyasında “Ana Vətən” anlayışı həm doğma torpağın, həm də doğma ananın birləşdiyi müqəddəs məkan kimi təqdim olunur. O, həm ana obrazını, həm də vətəni əziz ana kimi təsvir edən, doğmalıq hissini poeziya ilə ifadə edən şairdir.
“Ruhuna beşiksə, tanı, Vətəndir” kitabında bu ideya aydın görünür: Vətən insanın ruhunun beşiyi, həyatının mənəvi dayağı kimi təsvir edilir.
Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir. [7, s.38]
Bu şeirində şair Ana Vətən anlayışını yalnız torpaqla deyil, ana məhəbbəti ilə eyniləşdirir. Burada “Vətən” həm maddi coğrafiya, həm də sevgi, sığınacaq məkanı kimi təqdim edilir. Mahirə Nağıqızının yaradıcılığında Ana, Vətən mövzusu təkcə sevgi ilə deyil, həm də qəhrəmanlıq və mübarizə ruhu ilə zəngindir.
Şairin şeirləri həm məzmun, həm struktur baxımından oxucuya yeni poetik dünyalar açır. “Ay Vətən” – Vətənə duyulan dərindən bağlılıq Mahirə xanımın klassik şeir üslubunda yazdığı bu misralar vətənə, ana torpağa duyulan ehtirası açıq şəkildə poetik dildə ifadə edir:
“Bir parça daş Vətən,
Hər şeydə baş Vətən” deyən şair vətəni hər şeydən üstün tutur.
Ay vətən, bir səndən savayı, vallah,
Baş qoyub yatmağa bina görmədim.
Bu msralar Vətənin əvəzsizliyini, onun insan üçün yeganə “sığınacaq” olmasını bədii dillə ifadə edir. Vətənin insan qəlbindəki bəzəkli, lakin özəllikli dəyəri vurğulanır.
Mahirə Nağıqızının yaradıcılığında ana obrazı təkcə bioloji varlıq deyil, həm də vətənin rəmzi, mərhəmət və qoruyuculuq simvoludur. O, Vətəni sadəcə torpaq olaraq deyil, ana kimi müqəddəs, qayğıkeş bir varlıq kimi təsvir edir. şəhidlərin qəbr daşlarını Vətənin istehkamı, dilini – milli özünü təcəssüm etdirən amal təşkil edir.
Vətən, əsgər olaydım,
Sular, süngər olaydın,
Torpaq səngər olaydın.
Sən əmin uyuyaydın
Vətən əsgər olaydın!

Gecələr yuxum Vətən,
Sinəmdə oxun Vətən.
Mənsizdə otun bitər
Mən sənsiz yoxam Vətən. [8, s.50]

Müharibə dövrü – Zəfər və şəhid mövzusu
Vətən mövzusu və zəfər poeziyası

30 il erməni terrorçuları tərəfindən işğal olunmuş Qarabağ mövzusu, Xocalı faciəsi, şəhidlərin xatirəsi şairin şeirlərində Ana Vətən sevgisinin ayrılmaz hissəsi kimi təsvir olunur.
Artıq Qarabağ Azərbaycan Ordusunun, rəşadəti Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti və Azərbaycan xalqının birliyi sayəsində işğaldan azad olunubdur. 27 sentyabr 2020-ci ildə başlayan, 44 gün davam edən Vətən müharibəsinə həsr etdiyi şeirlərində şairin vətənpərvərliyi ən uca zirvəyə çatmışdır. O, həm şəhidlərin igidliyini, həm də Vətənin qürurunu bədii dillə oxucuya çatdırır.
Azərbaycan əsgəri, yolun şuşaya gedər,
O yürüşün naminə son döyüşə hazır ol!
Adına layiq olan şeir, mahnılar yazaq.
Uca işin naminə, son döyüşə hazır ol! [8, s.39]
Şair öz şeirlərində Qarabağı, Azərbaycanın təbiətini, xalqın tarixi ağrısı, vəhdət ideyası və millətin ruhunu poetik obrazlarla canlandırır. Vətən sevgisi onun üçün əbədidir. 44 günlük Vətən Müharibəsi dövründə də Mahirə Nağıqızının yazdığı şeirlər zəfər ruhunu, milli həmrəyliyi və şəhidlərə ehtiramı əks etdirir. Onun bu şeirləri həm bədii-estetik dəyər, həm də vətəndaşlıq borcunun poetik ifadəsi kimi səciyyələndirilir.
“Get, qalmayaq bu dünyanın qınağında,
Tarix yarat, kitabında qalmağa get!” [9, s.15]
Bu tip poetik çağırışlar gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirən, ruhlandıran nümunələrdir.
Mahirə Nqağıqızı şəhid anaları barədə də yazır. Şəhid övladın yalnız öz ailəsinin deyil, bütöv xalqın “uşağı” olduğunu vurğulayır:
“Bir ana bətnindən düşüb, böyüyüb,
Min-min analara oğul oldular.”
Başqa bir şeirində isə böyük şair yazır:
Bəxtəvər o anadır, yurdu üçün ər verə,
Oğul doğa böyüdə, vətənə əsgər verə.
Millətimin adına Tanrı bəxtəvər verə,
O alqışın naminə, son döyüşə hazır ol! [8, s.39]
Burada şair sanki, son döyüşə hazır olmağa çağırış edir. Dağıdılmış binələrin, yıxılmış ocaqların, pərə-pərən olmuş insanlarımızın dərd və iniltisinə son qoymağa səsləyir.
“Şəhid nəğməsi” şeirində Mahirə xanım şəhidləri yalnız qəhrəmanlar kimi deyil, həm də Vətənin bir hissəsi olaraq təsvir edir:
Boy vermiş məzarın qəbir daşları,
Bir ömrün daşlaşan arzu kamıdır.
Onların sağlığı döyüşən əsgər,
Məzarı Vətənin istehkamıdır. [8, s.45]
O, vətənin dirəyi, müdafiəsi olan şəhid məzarlarını, şəhidlərin qəbir daşlarını “Vətənin istehkamı” kimi poetik şəkildə təqdim edir. Burada şəhid məzarı simvolik olaraq Vətənin müdafiə xəttinə çevrilir. “Salam olsun şeirində şair yazır:
“Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun! [9, s.70]

Mahirə Nağıqızının poeziyasında “Ana” və “Vətən” mövzuları mərkəzi yer tutur. Onun “Yaşadacaq anam məni” və “Analı dünyam” kitablarında bu mövzu geniş işlənmiş. Lirik duyğular bədii ustalıqla təqdim olunmuşdur.
Şair “Onun daş nağılı” adlı şeirində yazır:
“Atamnan yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.

Bir dəfə taledən gileylənmədi,
Tapdı ocağında, bizdə varlığı,
Yoxluğa sınmadı, yoxa enmədi,
Onu qorxutmadı daş ağırlığı.” [9, s.29]
Bu bənd anaların həyat yoldaşı olmadan belə bütün ocağı, ailəni içində daşıdığını simvolik şəkildə ifadə edir.
“Anama” adlı şeirlərində anaların zəhmət və sevgi dolu gündəlik həyatını çəkən Mahirə xanımın qadın obrazı belə təsvir edilir:
“Yadımdan çıxmaz ki, hər səhər erkən,
Elə gəzinərdin evdə yavaşdan.”
Bu misralar ana sevgisinin sadə, təbii və ehtiramla lentə alındığını göstərir
Başqa bir şeirində:
“Bir nəfər görmədi, səni bir nəfər,
Həyatdan gileyli, bəxtdən narazı.”
Bu misralar ana obrazının səbrini, giley etmədən həyat yükünü daşımasını əks etdirir.
Ana – Mahirə Nağıqızının poeziyasında mərkəzidir, ailə, mərhəmət, fədakarlıq və təmkin timsalı kimi təsvir edilir.
Vətən – şairə üçün anadır; onun melodiyası və sevgisi bir ana qayğısı ilə ifadə edilir.
Bu iki mövzu bir-birilə sıx bağlıdır. Dil, torpaq, ocaq - hamısı “ana” xəttinə bağlanır.
Beləliklə, “ana vətən” və “ana” mövzularında Mahirə Nağıqızının şeirlərində həm milli-mənəvi dünyamızın kökləri, həm də şəxsi ana məhəbbəti sintez olunur və dərin simvolik qatlarla zənginləşdirilir. Hər iki mövzu poetik baxımdan yüksək səviyyədə incələnmiş, oxucuya hisslərin dərinliyini çatdırmaq üçün ustalıqla ifadə edilmişdir.
“Ay Vətən” şeirində belə misralar diqqəti çəkir:
“Ay vətən, bir səndən savayı, vallah,
Baş qoyub yatmağa bina görmədim.”
Burada vətənə duyulan sevgini, doğmalığı, onu yaşamaq üçün yeganə məkan kimi görməyi əks etdirir.
Vətən şeirində yazır:
“Dörd yanım zər-ziba… amma
Sıxıldım düz-dünya ənbər olsa da…
Hopa ürəyimə, cana görmədim.”
Burada vətənin insan qəlbindəki yerini və onunla bağlı heç vaxt dəyişməyən bağlılığı təsvir olunur.
Mahirə Nağıqızının şeirlərində Ana Vətən obrazı ənənəvi Azərbaycan poeziyası ilə səsləşir. Klassik ədəbiyyatda Vətən sevgisi tez-tez ana məhəbbəti ilə eyniləşdirilirdi. Mahirə xanım da bu ənənəni müasir bədii ifadələrlə davam etdirir. Onun şeirlərində Vətən həm təbiəti, həm insanları, həm də keçmişi ilə bütöv bir dəyərlər toplusu kimi təqdim olunur.
Mahirə Nağıqızı çağdaş Azərbaycan poeziyasında özünəməxsus dəst xətti ilə seçilən, duyğusal zənginliyi, milli-mənəvi dəyərlərlə bağlılığı, ana, vətən sevgisi ilə ifadə edilib. Onun yaradıcılığı insanın daxili aləminə, vətənə sevgi, təbiətə bağlılıq, əxlaqi dəyərlərə sadiqlik kimi mövzuları əhatə edir. Mahirə Nağıqızının əsərlərində həm klassik poeziyanın ənənələri, həm də müasirlik uğurla sintez olunur. Sadə, axıcı, eyni zamanda düşündürücü ifadə tərzi oxucunu cəlb edir və təsirləndirir.

XÜLASƏ

Məqalədə dilçi alim, professor, şair Mahirə Nağıqızının yaradıcılığı Azərbaycan filologiyasının, xalq ədəbiyyatının və çağdaş poeziyanın kəsişdiyi yerdə formalaşmış zəngin mənəvi irs olduğu öz əksini tapıbdır. Onun yaradıcılığı, həm elmdə, həm də ədəbiyyatda original üsluba malikdir. Müasir Azərbaycanda Mahirə Nağıqızı Hüseynova həm elmi tədqiqatçı, həm də poeziya aləmində dərin hissləri, milli dəyərləri tərənnüm edən söz ustadıdır. Dilçi alim, şair öz fəaliyyəti ilə gənc nəslə vətən sevgisini, ana dilinə məhəbbəti, elmi düşüncə ilə bədii təfəkkürün birliyini aşılayır.
Şairin şeirlərində Qarabağ, ana, vətən, şəhidlər, el-obaya həsrət kimi mövzular bədii səmimiyyətlə birləşir. Vətən sevgisi onun üçün əbədidir.
Mahirə Nağıqızının əsərlərində həm klassik poeziyanın ənənələri, həm də müasirlik uğurla sintez olunur. Sadə, axıcı, eyni zamanda düşündürücü ifadə tərzi oxucunu cəlb edir və təsirləndirir.
Professor Mahirə Nağıqızı Hüseynovanın yaradıcılığı milli mənəviyyat, dil sevgisi, xalq yaddaşı və vətənpərvərlik duyğularının poeziya və elmdə sintez olunmuş bir örnəyidir. Onun yaradıcılığı ədəbiyyatda özünəməxsus ədəbi-estetik mövqeyə malikdir və gələcək nəsillər üçün zəngin qaynaq və tədqiqat əsərləridir.
ƏDƏBİYYAT:
1. Mahirə Nağıqızı, Mənim anam, Bakı, 2006.
2. Mahirə Nağıqızı, Su at dalımca, ana, Bakı, 2006.
3. Mahirə Nağıqızı, Sözün hikməti, Bakı, 2012.
4. Mahirə Nağıqızı, Haqqa çağıran səs, Bakı, 2015.
5. Mahirə Nağıqız, Bayatılar, Bakı, 2015.
6. Mahirə Nağıqızı, Analı dünyam, Bakı, 2015.
7. Mahirə Nağıqızı, Ruhuna beşiksə, tanrı vətəndir, Bakı, 2017.
8. Mahirə Nağıqızı, Salam olsun, 2020, 143 səh.
9. Mahirə Nağıqızı, Onun daş nağılı, 2020, 418 səh.

Hüsniyyə Çobanova: "DİLÇİ ŞAİRİN POEZİYA DÜNYASI: MAHİRƏ NAĞIQIZININ YARADICILIĞINA BAXIŞ"

Hüsniyyə Mədət qızı ÇOBANOVA ,
Bakı şəhəri, Heydər Əliyev adına Hərbi İnstitutun dosenti,
filologiya üzrə fəlsəfə doktoru,

[email protected]



* * *

Doctor of Philosophy in Philology Husniyya Chobanova,
Docent of the Military Institute named after Heydar Aliyev,
[email protected]


THE POETRY WORLD OF THE LANGUAGE POET:
OVERVIEW OF MAHIRE NAGHIGIZI'S CREATIVITY


Keywords: poet, poem, mother, homeland, poetry

SUMMARY:
The article reflects the rich spiritual heritage of the linguist, professor, and poet Mahira Naghigizi, formed at the intersection of Azerbaijani philology, folk literature, and contemporary poetry. Her work has an original style in both science and literature. In modern Azerbaijan, Mahira Naghigizi Huseynova is both a scientific researcher and a master of words who glorifies deep feelings and national values in the world of poetry.
The linguist, poet, instills in the younger generation love for the homeland, love for the native language, and the unity of scientific thought and artistic thinking.
Mahira Naghigyzi's works successfully synthesize both the traditions of classical poetry and modernity. Her simple, flowing, yet thought-provoking style of expression attracts and impresses the reader.
In the poet's poems, themes such as Karabakh, mother, homeland, martyrs, and longing for one's people are combined with artistic sincerity. Love for the homeland is eternal for him. The work of Professor Mahira Naghigizi Huseynova is an example of the synthesis of national spirituality, love of language, folk memory, and patriotic feelings in poetry and science. Her work has a unique literary and aesthetic position in literature and is a rich source and research work for future generations.





Чобанова Усния Мадат, доктор философии по филологии,
Доцент Военного Института имена Гейдара Алиева
[email protected]

ПОЭЗИЧЕСКИЙ МИР ЯЗЫКОВОГО ПОЭТА:
ОБЗОР ТВОРЧЕСТВА МАХИРЕ НАГИГИЗИ


Ключевые слова: поэт, поэма, мать, родина, поэзия

РЕЗЮМЕ:
В статье отражено, что творчество лингвиста, профессора и поэта Махиры Нагыгызы представляет собой богатое духовное наследие, сформированное на стыке азербайджанской филологии, народной литературы и современной поэзии. Её творчество отличается самобытным стилем как в науке, так и в литературе. В современном Азербайджане Махира Нагигызы Гусейнова выступает одновременно научным исследователем и мастером слова в мире поэзии, воспевая глубокие чувства и национальные ценности. Лингвист, ученый и поэт своим творчеством прививает молодому поколению любовь к Родине, любовь к родному языку, единству научной и художественной мысли.
В стихах поэта такие темы, как Карабах, мать, Родина, шехиды, тоска по родному народу, сочетаются с художественной искренностью. Любовь к Родине для него вечна.
Произведения Махиры Нагигызи успешно сочетают в себе традиции классической поэзии и современность. Её простой, плавный, но в то же время вызывающий размышления стиль изложения привлекает и впечатляет читателя.
Творчество профессора Махиры Нагигызы Гусейновой – пример синтеза национальной духовности, любви к языку, народной памяти и патриотических чувств в поэзии и науке. Её творчество занимает уникальное литературно-эстетическое положение в литературе и является богатым источником и исследовательским трудом для будущих поколений.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BİR DAHA MAHİRƏ NAĞIQIZININ “ANA DİLİM” ŞEİRİ HAQQINDA

BİR DAHA MAHİRƏ NAĞIQIZININ “ANA DİLİM” ŞEİRİ HAQQINDA

ADPU
Mahirə Nağıqızının “İpək köynək” hekayəsində psixoloji və tərbiyəvi məqamla ...

Mahirə Nağıqızının “İpək köynək” hekayəsində psixoloji və tərbiyəvi məqamla ...

ADPU, Ədəbi tənqid
Müşfiq Borçalının  “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Müşfiq Borçalının “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Mərziyyə Nəcəfova:

Mərziyyə Nəcəfova: "Əkbər Qoşalı poeziyasında Vətən mövzusunun poetik dərk ...

Humanitar elmlər, Elmi Məqalələr
MAHİRƏ NAĞIQIZINA TƏŞƏKKÜRNAMƏ

MAHİRƏ NAĞIQIZINA TƏŞƏKKÜRNAMƏ

ADPU, Bolus
VƏTƏNİN DƏRDLƏRİNİ MİSRALARINA HOPDURAN ŞAİR                 (Həsən Mirzəni ...

VƏTƏNİN DƏRDLƏRİNİ MİSRALARINA HOPDURAN ŞAİR (Həsən Mirzəni ...

Elmi Məqalələr, AzTU, ADPU, Qərbi Azərbaycan
“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

ŞƏHİDLƏRİMİZ, Yeni nəşrlər, Humanitar elmlər
Mahirə NAĞIQIZI:

Mahirə NAĞIQIZI: "Sirri saxlayanın sırdaşı olmaz..."

Naxçıvan, ADPU, Poeziya, Müsabiqə
Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanınd ...

Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanınd ...

ADPU
Mahirə Əsədova kimi xeyirxah insanlar çox olsa yaxşıdır!

Mahirə Əsədova kimi xeyirxah insanlar çox olsa yaxşıdır!

QHT
Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..

Mahirə xanımı Yeni mükafatı münasibətilə təbrik edirik!..

Təbriklər, QHT
Mahirə Əsədova kimi xeyirxah ziyalıları tanımalı və ümumxalq məhəbbəti göst ...

Mahirə Əsədova kimi xeyirxah ziyalıları tanımalı və ümumxalq məhəbbəti göst ...

QHT
Doğum gününüz mübarək, hörmətli Mahirə xanım!..

Doğum gününüz mübarək, hörmətli Mahirə xanım!..

MEDİA, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

"Zirvə", Təbriklər

"Yeni Yurd" İctimai Birliyi ön cəbhədə olub

Qarabağ
Mahirə xanım Əsədova

Mahirə xanım Əsədova "Bu Sabah" verlişinin qonagı olub

Qarabağ, MEDİA
Şirin Mirzəyev adına bulaq və Subartezian quyu istifadəyə veriləcək

Şirin Mirzəyev adına bulaq və Subartezian quyu istifadəyə veriləcək

Qarabağ, Sosial

"Yeni Yurd"un Yasamal rayon şöbəsi fəaliyyətə başlayıb

"Şərqin səsi"
Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
“Yeni Yurd”un dəstəyi ilə Türkiyədə professor Okan Yeşilotun H.Z.Tağıyev ha ...

“Yeni Yurd”un dəstəyi ilə Türkiyədə professor Okan Yeşilotun H.Z.Tağıyev ha ...

Azərbaycan, "Şərqin səsi"
Rəy yazın: