TANINMIŞ ALİM-ŞAİR-NASİR-FİLOSOF və PSİXOLOQ Digər » Təbriklər 6 мая 2026 239 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Dəyərli ziyalımız, tanınmış alim, şair, nasir, filosof və psixoıoq, texnika elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, çox hörmətli ZƏRƏNGİZ XANIM ŞIXLI bu günlərdə ZiM.Az və Elm.İnfo.Az saytlarının, "ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetlərinin Redaksiya Heyətinin üzvü seçilib.Zərəngiz Şərif qızı Şıxlı (Mirzəyeva) - 21 yanvar 1934-cü ildə Qazax rayonun İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır.1940-cı ildə Qazax şəhərindəki 1 saylı orta məktəbə daxil olmuş və 1950-ci ildə 10-cu sinfi qızıl medalla bitirmişdir. 1950-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin) Neft və Qaz Texnologiyası fakültəsinə daxil olmuş və 1955-ci ildə ali təhsilini müvəffəqiyyətlə bitirmişdir.1956-1962-ci illərdə Bakı Neftayırma Zavodunda mühəndis-texnoloq vəzifəsində çalışmış, sexin həmkarlar ittifaq komitəsinin sədri, zavodun radio şəbəkəsində diktor, “NEFTEPERERABOTÇİK” adlı divar qəzetinin əməkdaşı, eyni zamanda, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər Cəmiyyətinin (VOİR) və Elmi-Texniki Cəmiyyətin (NTO) üzvü və kollektiv arasında qəzetin və cəmiyyətin ən fəal təşviqatçı olmuşdur (1957-1962). Bu barədə ZPTS-nin şöbə rəisi H.Əhmədova “BİZİM FƏXRİMİZ” sərlövhəli məqalə yazmış və zavodun çoxtirajlı “Neftepererabotçik – Neftayıran” qəzetinin 8 mart 1961-ci il tarixli sayında dərc etdirmişdir.Zərəngiz Şıxlı 1963-cü ildə AMEA-nın Neft Kimya Proseslər İnstitutunun (NKPİ) aspiranturasına daxil olmuş və kiçik elmi kimi əmək fəaliyyətinə başlamışdır. 1970-ci ildə dissertasiya işini uğurla müdafiə edərək Texniki elmlər namizədi alimlik dərəcəsi almış və 1992-ci ilə kimi AMEA-nın Neft Kimya Proseslər İnstitutunda Baş Elmi işçi vəzifəsində çalışmışdır. ELMİ FƏALİYYƏTİ:Zərəngiz Şıxlı 1974-1987-ci illərdə nüfuzlu jurnallarda dərc olunmuş 12 elmi məqalənin müəllifidir. Həmin məqalələr aşağıdakı jurnallarda çap olunmuşdur: 1. Azərb. Neft Xim. Jurnal. N5-6, 1974-cü il 2. ANX, N4, 1977-ci il. 3. Voprosu nefteximii, N 9, 1977-ci il 4. ANX, N10, 1978 - ci il 5. Azerb. Xim. Jurnal N 3, 1980-cı il. 6. Azerb. Xim. Jurnal N6, 1980-cı il. 7. Azerb. Xim. Jurnal N1, 1981-ci il. 8. Voprosı nefteximii N3, 1982-ci il. 9. RJX N 17, N 19, 1985-ci il. 10. Azerb. Xim. Jurnal N 11, 1987-ci il. 11. Obzor inostrannıx patentov vıpusk 11, 1987-ci il. 12. VİNİTİ B. U. N17, 1984 – cü il. Zərəngiz Şıxlıya SSRİ Müəllif hüquqları Agentliyi tərəfindən 1969-1988-ci illərdə 7 ədəd Müəlliflik Şəhadətnaməsi verilmişdir:1. N 256757, 1969.2. N943218, 1982.3. N 213 419, 1984.4. N234030, 1985.5. N315249, 1986.6. N46994, 1987.7. N264038, 1988. ƏDƏBİ YARADICILIĞI:Zərəngiz Şıxlı gənc yaşlarından həm də bədii yaradıcılıqla da məşğul olmuşdur. 12 yaşından şeir yazmağa başlamışdır. İlk şeirini sevimli riyaziyyat müəlliminə həsr etmişdir. Elə həmin illərdə ilk şeirləri məktəbin divar qəzetində, sonralar isə rayon qəzetində və respublikanın müxtəlif mətbuat orqanlarında dərc olunmuşdur. Şeirləri və hekayələri və çox cəhətli, müxtəlif səpgilidir: Şairin Poeziyası - fəlsəfi, intellektual, mənsur, ünvanlı, ictimai siyasiət məzmunlu şeirlərdən ibarətdir.Şairənin ruhunun şairlik istedad xassə xüsusiyyətinin fəaliyyəti olan poeziya toplusu fəlsəfi, təsviri, məntiqli, dolğun mənalı və geniş məzmunludur. Ətraf aləmdə gördüyü qavrayıb dərk etdiyi məfhumlar əsasında rəngarəng mövzular seçməyi bacaran, Fəlsəfi gerçəkliyi, həqiqi reallığı olduğu kimi açıqlayıb poetik janrda yazan şairədir. Fəlsəfi fikirlərini şeriyyət dili ilə deməyi bacaran şairə 9 kitab müəllifidir. Xüsusilə də, sonuncu kitabları çox nadir kitablardır, həyatın ibrət kitabı, hikmət kitabıdır. Şairənin “HAMI ÜÇÜN” adlı 9-cu kitabı Bütün dünya xalqları üçün dərslik vəsaiti kimi mütləq və zəruridir. Texnika sahəsində tanınmış alim olan Zərəngiz Şıxlı həm də Psixologiya elmi üzrə “Ruh”, “Şüur”, “Alın Yazısı”, Fəlsəfə elmi üzrə “Kainatın”, “Canlı Təbiətin“ və “ Canlı - Cansız” varlığın - İLAHİNİN mövcud qanunları əsasında yaranmasını aşkarlayan YENİ Elmi İDEYALARIN müəllifidir. PSİXOLOGİYA ELMİ ÜZRƏ: 1. RUH - Beyin hüceyrələrinin fəaliyyət məfhumu , xassə və xassə xüsusiyyətlərinin cəmidir - İLAHİNİN üfürdüyü nəfəs. 2. Şüur - Ruhun tərkibində insani xassə xüsusiyyətlərinin cəmidir: ağıl, zəka, hafizə, təfəkkür, təxəyyül, idrak və s. 3. Alın Yazısı – Tale - Qismət Ruhun xassə xüsusiyyətləridir. Xassə və xassə xüsusiyyətlərinin hamısı ruhun tərkib məfhumları Alın Yazısıdır.FƏLSƏFƏ ELMİ ÜZRƏ: 1. “DÖVRÜ” qanun: Kainat, canlı – cansız varlıqlar aləmi ümumu məkandır. O zamanla vəhdətdə 365 gün Günəşin ətrafında dövr edir. Dövr tamamlanır, dinamika təkrarlanır. Hərəkətin trayektoriyası sonsuzluq yaradan dairə cızır, əbədilik alınır.Elm sübut edir ki, Kainat, DÖVRÜ qanun əsasında yaradılan ƏBƏDİ Varlıq dərk edilə Fəlsəfədir! 2. VƏHDƏT qanunu CANLI HƏYAT Vəhdət qanunu əsasında yaradılıb. Günəşin qüdrətli ata hərarəti, ana torpağın bar vermə məharəti, Təbiəti dirildən Suyun qeyrəti, Nəfəs verən havanın hikməti, vəhdətdə yaradır Canlı Həyat. Günəşdir bitirən, Torpaqdır yetirən, İnci Su dirildən, Hava nəfəs verən. Bu varlıqdan hansı biri olmasa, həyatda canlı yaşaya bilməz əsla. Beləliklə Əyanı isbat olunur ki, Canlı Həyat, Vəhdət qanunu əsasında yaradılıb. 3. ƏKSLİK qanunu:İLAHİ kainatda olan varlıqları canlı, cansızları, böyük, kiçik hər nə var olanları, əks yüklü bəsit maddələrdən yaradıbdır. Canlıları yaradır, müsbət erkək, mənfi dişi toxumlar.Cansızları (bərk, maye, qaz ) yaradır mənfi müsbət ionlar.Zərəngiz Şıxlı Fəlsəfi gerçəkliyi, həqiqi reallığı olduğu kimi açıqlayıb poetik janrda yazmağı bacaran şairdir.2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür, 2018-ci ildən isə “QIZIL QƏLƏM” Media Mükafatı laureatı, 2026-cı ildən ZiM.Az və Elm.İnfo.Az saytlarının, "ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetlərinin Redaksiya Heyətinin üzvüdür. BƏDİİ ƏSƏRLƏRİ - KİTABLAR: 1. İnsan üçün həyatın mənası nədir? Birinci cild (2004) 2. İnsan üçün həyatın mənası nədir? İkinci cild (2005) 3. Həyat fəlsəfəsi (2011) 4. Qartal Görkəmli Azərbaycan (2013) 5. Fəlsəfi mülahisələrimin təhlili (2015) 6. Düşündürən düşüncələrim (2018) 7.Fəlsəfi ideyalar poeziya çələngində (2019) 8.Ruh, Şüur və Fəlsəfə (2022), 9.“HAMI ÜÇÜN” (2024) Zərəngiz Şıxlının elmi fəaliyyəti və bədii yaradıcılığı haqqında bir neçə dəfə məqalələr yazılmış və respublikanın müxtəlif mətbuat orqanlarında dərc olunmuşdur. Həmin məqalələrdən bir neçəsinin adlarını aşağıda qeyd etməyi lazım bildik:1. İnsan üçün həyatın mənası nədir? “Alternativ” qəzeti, 19-25 may 2004-cü il. N (324)2. Möhtəşəm Azərbaycanım. “Vışka” qəzeti, 25.8.2017.3. Zaməddin Ziyadoğlu. İbrətlə dolu kitab və ya fəlsəfənin poeziyası. “Dəli Kür” qəzeti, 31.3.2018. 4. İnsanlar mətinləşir. Neftçi alim. “Vişka” qəzeti, 19.7.2019.5. “İnsanın ağılı”. “Müstəqil Respublika” qəzeti, N 11 (227), 9.11.2019.6. “Qartal görkəmli Azərbaycan”. Müstəqil Respublika qəzeti N 12 (228), 10 - 31 Dekabr 2019-cu il7. Gülnar Qəmbərova. “Fəlsəfi ideyalar poeziya çələngində”. Kitabının təhlili. “Bütöv Azərbaycan” qəzeti 16 (369), 26.11.2020.8. Ceyhun Zallı. “Fəlsəfi ideyalar poeziya cələngində”. “Kredo” qəzeti, 22.12.2020 9. Şəhid - İgid Akif eşq olsun Ruhuna. “Kredo” qəzeti, N 14, 18.11.202. 10. Əhmədli Ayna. Ənənəvi sufi-mistik düşüncə çağdaş təqdimatında. “525-ci qəzet", 21.08.2025. Biz də Redaksiya Heyətimiz adından dəyərli ziyalımız, tanınmış alim, şair, nasir, filosof və psixoıoq, texnika elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” Media Mükafatı laureatı, ZiM.Az və Elm.İnfo.Az saytlarının, "ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetlərinin Redaksiya Heyətinin üzvü, çox hörmətli Zərəngiz xanım Şıxlıya ona uzun ömür, möhkəm cansağlığı, bədii yaradıcılığında, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...Müşfiq BORÇALI,Azərbaycan Yazıçılar Birliyinin,Azərbaycan Junalistlər Birliyinin vəTuran Yazarlar Birliyinin üzvü,"Ziya", “Şərqin səsi” və "Elm və Təhsil" qəzetlərinin, ZiM.Az, Ziya.info.az, Elm.info.az və Turan.info.az saytlarınınBaş redaktoru,Filologiya üzrə fəlsəfə doktoru,Prezident təqaüdçüsüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.