Sözə məsuliyyətlə yanaşan, qələmini vicdanının tərəzisi ilə ölçən ziyalı - Müşfiq Borçalı Humanitar elmlər, AzTU, MEDİA, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı 22 декабря 2025 43 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Azərbaycan milli mətbuatının 150 illik şanlı tarixi təkcə qəzet səhifələrində deyil, bu missiyanı ləyaqətlə daşıyan ziyalıların taleyində, ömür yolunda və ictimai mövqeyində yaşayır. Bu baxımdan çağdaş Azərbaycan mediasının simasında mühüm yer tutan, sözə məsuliyyətlə yanaşan, qələmini vicdanının tərəzisi ilə ölçən ziyalılardan biri də Müşfiq Borçalıdır. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunması təsadüfi bir hadisə deyil, uzun illərin fədakar əməyinə, prinsipial mövqeyinə və milli düşüncəyə sədaqətinin rəsmi təsdiqidir.JURNALİSTLİK FƏALİYYƏTİMətbuat yalnız informasiya daşıyıcısı deyil, cəmiyyətin mənəvi pasportu, tarixi yaddaşı və intellektual güzgüsüdür. Bu missiyanı layiqincə yerinə yetirmək isə yüksək peşəkarlıqla yanaşı, əxlaqi məsuliyyət, elmi dünyagörüş və vətəndaş mövqeyi tələb edir. Müşfiq Borçalının jurnalistlik fəaliyyəti məhz bu üç əsas sütun üzərində qurulub.O, hələ ötən əsrin sonlarında Azərbaycan mətbuat tarixinə adlarını əbədi olaraq həkk eləmiş “Borçalı”, “Şərqin səsi”, “Təhsil” (daha sonralar “Elm və Təhsil”) qəzetlərini yaratmış və uzun müddət həmin redaksiyalara rəhbərlik etmişdir. Eyni zamanda, son iyirmi ildə, “ZİYA” qəzetinin və “ZiM.Az”, “Ziya.info.Az”, “Elm.info.Az” kimi informasiya resurslarının baş redaktoru kimi, həm klassik mətbuat ənənələrini qoruyub saxlamış, həm də rəqəmsal medianın çağırışlarına adekvat cavab verən yeni jurnalist modelinin formalaşmasına töhfə vermişdir. ELMİ YANAŞMA İLƏ PUBLİSİST İFADƏNİN SİNTEZİMüşfiq Borçalının yaradıcılığının fərqləndirici cəhətlərindən biri də elmi yanaşma ilə publisist ifadənin sintezidir. Onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalənin müəllifi olan alim-jurnalist üçün fakt yalnız məlumat deyil, düşüncənin əsaslandığı sübutdur. Onun məqalələrində tarix yalnız keçmiş kimi deyil, bu günə və gələcəyə ünvanlanan dərs kimi təqdim olunur.Filologiya üzrə fəlsəfə doktoru kimi Müşfiq Borçalı sözün semantik yükünü, mətndaxili ideya qatlarını və milli düşüncə kodlarını dərindən dərk edir. Bu, onun publisistikasını sırf informativ çərçivədən çıxarıb, elmi-analitik səviyyəyə yüksəldir. Elə bu səbəbdəndir ki, onun yazıları həm akademik mühitdə, həm də geniş oxucu auditoriyasında maraqla qarşılanır.Azərbaycan Texniki Universitetində 35 illik elmi və pedaqoji fəaliyyəti isə Müşfiq Borçalının ziyalı portretini tamamlayan mühüm xəttdir. O, elm, təhsil və mətbuat arasında körpü yaradan nadir simalardandır. Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan iş¬çi qruplarının üzvü olması və qanunların hazırlanmasında yaxından iştirak etməsi də onun intellektual potensialının dövlət səviyyəsində qiymətləndirildiyini sübut edir.TÜRK DÜNYASI KONTEKSTİNDƏ MƏDƏNİ MİSSİYA Müşfiq Borçalının fəaliyyətinin coğrafiyası Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Əgər o, əvvəllər “Borçalı” nəşriyyatı, “Borçalı” qəzeti, “Borcali.org” və “Bolnisi.Az” saytları ilə vasitəsilə həm də Borçalıya və Borçalılılara xidmət edirdisə, son illərdə yaratdığı və rəhbərlik etdiyi “TURAN” (turan.info.az), “YURD” (yurd.info.az), “ZİRVƏ” (zirve.info.az)və “ZƏFƏR” (zefer.info.az) İnformasiya Mərkəzləri ilə bütün türk dünyası miqyasında mədəni, elmi və ideoloji körpülər yaradan platformalar kimi çıxış edir.Türk dünyası ilə bağlı ideoloji, ədəbi və mədəni əlaqələrin inkişafı onun yaradıcılığında aparıcı xətt təşkil edir. Qardaş Türkiyə Cümhuriyyətində “Mustafa Kamal Atatürk” Qızıl medalı ilə təltif olunması bu fəaliyyətin beynəlxalq miqyasda tanınmasının göstəricisidir.Bu mükafatlar sadəcə fərdi nailiyyət deyil, bütövlükdə Azərbaycan ziyalısının türk dünyasında qazandığı etimadın və nüfuzun təcəssümüdür.İCTİMAİ FƏALİYYƏTİ1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, həmçinin, "Abulla Şaiq", "Həsənbəy Zərdabi", "Nəriman Nərimanov", "Ömər Faiq Nemanzadə", "Zirvə", "Zəfər", "Qafqaz", "Ustad", "Qızıl Qələm", "Peşəkar jurnalist", "Cəsarətli qələm sahibi", "Kamil sənətkar" və s. mükafatların laureatı olan Müşfiq Borçalı (Müşviq Mədəd oğlu Çobanov) həm də ictimai xadim kimi tanınır. O, dəfələrlə Fəxri Fərman, Fəxri diplom və müxtəlif mükafatlarla, o cümlədən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Diplom və sertifikatları ilə təltif olunmuş, 2024-cü ildə isə PREZİDENT TƏQAÜDÜnə layiq görülmüşdür. Müşfiq Borçalının jurnalistlik fəaliyyətində oıduğu kimi, ictimai fəaliyyətində də diqqət çəkən mühüm məqam dövlətçilik təfəkkürünə sədaqətidir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuata, jurnalist əməyinə və söz azadlığına göstərdiyi diqqəti daim yüksək qiymətləndirən ziyalı mövqeyi ilə seçilir. Yubiley medalının məhz Prezident Fərmanı ilə təsis olunması və Medianın İnkişafı Agentliyində təqdim edilməsi mətbuatın dövlət siyasətində tutduğu strateji mövqenin bariz göstəricisidir. MÜŞFIQ BORÇALI FENOMENİMüşfiq Borçalı Fenomeni - Müasir Azərbaycan mətbuatında ziyalı məsuliyyətinin, alim elmi düşüncəsinin və vətəndaş mövqeyinin vəhdətidir. Onun “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunması bir şəxsin deyil, bütöv bir ideyanın – milli sözə sədaqətin, qələmin şərəfinin və ziyalı fədakarlığının təntənəsidir.Bu təltif, eyni zamanda, gələcək nəsil jurnalistlər üçün mənəvi örnək, milli mətbuatımız üçün isə etibarlı istiqamət göstəricisidir. Müşfiq Borçalı kimi ziyalılar olduqca, Azərbaycan mətbuatının özü də, sözü də, mövqeyi də həmişə uca olacaq!.. AYGÜN MƏMMƏDOVA,Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AMİDTV.AZ və YENİNEWSTV24.AZ saytlarının rəhbəri. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.