Əsli İlyasqızı: QUYUBULAQ" Gürcüstan » Darvaz 26 декабря 2025 22 0 1 2 3 4 5 Quyu bulaq, Quyu bulaq Salamım var qucaq - qucaq. Yada düşür ötən illər Şirin, əziz xatirələr. Hər tərəfin meşə, orman Suyundur xəstəyə dərman. Bir yanında binə qurar Yayı qoynunda qalarlar. Çiçəklidir çəmənləri Heyran edir gələnləri. Hər günün toy - büsatlıdır Xoş arzu, xoş muradlıdır. Bura gəlir bəy - gəlin də And içməyə xoş günündə. Çalın oynasın bəy - gəlin Yallı gedək biz də gəlin! Quyu bulaq, Quyu bulaq Səsinə asdıqca qulaq Su səsi, quş cəh-cəhəsi Bir təbiət möcüzəsi. Xatırladıqca mən hərdən Ürəyimdə yurd salır qəm. Gör kimlər yox aramızda Seyrəkləşir sıramız da. Əsli İlyasqızı, 22 dekabr 2025.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.