"Ana dili" aylığı çərçivəsində açıq dərs keçilib Təhsil » Məktəblər 19 февраля 2026 43 0 1 2 3 4 5 Bakının Nəsimi rayonundakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə keçirilən "Ana dili" aylığı çərçivəsində bir-birindən maraqlı və nümunəvi dərslər təşkil olunur. Bu dərslərdən biri də Azərbaycan dili və ədəbiyyatı müəllimi Fəridə İbrahimovanın təqdim etdiyi “Sifət” mövzusunda açıq dərs oldu.Dərs müasir təlim metodları əsasında qurulmuş, şagirdlərin fəal iştirakı təmin edilmişdir. Müəllim əvvəlcə sifətin anlayışını izah edərək onun əşyanın əlamətini bildirdiyini diqqətə çatdırdı. Mövzu əyani vəsaitlər, təqdimatlar və maraqlı tapşırıqlar vasitəsilə şagirdlərə daha aydın şəkildə çatdırıldı. Şagirdlər sifətin suallarını, növlərini və cümlədə rolunu müxtəlif çalışmalar üzərində tətbiq etdilər.Dərs prosesində qrup işləri, müzakirələr və interaktiv tapşırıqlar təşkil olundu. Bu isə şagirdlərin həm nəzəri biliklərini möhkəmləndirdi, həm də nitq bacarıqlarının inkişafına müsbət təsir göstərdi. Müəllim dərs boyunca şagirdlərin fikirlərinə hörmətlə yanaşaraq onların sərbəst düşünməsinə şərait yaratdı.Keçirilən nümunəvi dərs həm pedaqoji baxımdan, həm də metodiki cəhətdən yüksək səviyyədə təşkil olunmuşdu və iştirakçılar tərəfindən maraqla qarşılandı. Bu cür dərslər şagirdlərin ana dilinə marağının artmasına və biliklərinin daha da möhkəmlənməsinə xidmət edir.Biz də redaksiya heyətimiz adından təcrübəli müəllim Fəridə İbrahimovanı yeni nailiyyəti münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.