ELŞAD HƏSƏNOV – 70… TƏBRİKLƏR, UĞURLAR!

ELŞAD HƏSƏNOV – 70…  TƏBRİKLƏR, UĞURLAR!Əziz dostum-qardaşım,
dəyərli Vətənoğlu,
hörmətli Elşad müəllim!


Şərəfli ömrünüzün arxada qalan 70 ilinin Sizə bəxş etdiyi zəngin həyat təcrübəsi, böyük uğur və nailiyyətlərin sevincini yaşayan doğmalarınıza, dostlarınıza qoşularaq, qarşıdan gələn illərin daha da uğurlu, işıqlı və bərəkətli olması üçün Uca Tanrıya dualar edirik.


Uzun illər Vətənə sədaqətlə və ləyaqətlə əsgər xidməti göstərərək bizləri qürurlandırmısınız. Siz ucalmağı və ucalıqda qalmağı, sadəlik və səmimiyyəti həyat tərzinə, yaşam fəlsəfəsinə çevirməyi bacaran nadir insanlardansınız. Dürüst mövqeyiniz, prinsipiallığınız və yüksək insani keyfiyyətləriniz hər zaman ətrafınızdakılar üçün örnək olmuşdur.
Bu böyük səmimiyyətinizlə təkcə Ulu Borçalıya deyil, bütöv Azərbaycana layiqli övlad olmaqla, əsl insanlıq anlayışına gözəllik qatmışsınız. Sizi tanıyırlar, sevirlər, uzaqdan göstərirlər və hörmət edirlər.
Sizinlə dost-qardaş olmağın özü bir qürur, bir mənəvi zənginlik, bir könül nəğməsidir. Bu dostluq illərin sınağından çıxmış, zaman keçdikcə dəyəri daha da artan, möhkəm və sarsılmaz bir bağdır.
Birgə dostumuz-qardaşımız, Azərbaycan xalq şairi, rəhmətlik Zəlimxan Yaqubun müdrik sözləri bu mənada necə də yerinə düşür:
“Vətəndən, torpaqdan, eldən-obadan
Belə güc alasan, güc alanda da!”


Həmişə dizin taqətli, qolun qüvvətli, gözün-könlün işıqlı, yolun açıq, həyatın ürəyincə və mənalı olsun.
Bir daha ailəliklə Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni-yeni uğurlar arzulayıram.
Allah Sizi qorusun!


Vidadi Ömər oğlu ORUCOV,
Lənkaran Dövlət Universitetinin
Fizika, kimya və biologiya kafedrasının müdiri,
pedaqogika üzrə elmlər doktoru, professor


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
TƏBRIKLƏR,  UĞURLAR...

TƏBRIKLƏR, UĞURLAR...

Humanitar elmlər, ADPU, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
ŞƏRƏFLİ ƏMƏYİN LAYİQLİ QİYMƏTİ

ŞƏRƏFLİ ƏMƏYİN LAYİQLİ QİYMƏTİ

Humanitar elmlər, AzTU, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ HƏSƏN MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ HƏSƏN MÜƏLLİM!..

Borçalı, Təbriklər
İlham Mustafayev - 70

İlham Mustafayev - 70

Nazirlik, Qarayazı, Təbriklər
Həcər xanım, doğum gününüz mübarək!..

Həcər xanım, doğum gününüz mübarək!..

Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ SAMİRƏ MÜƏLLİMƏ!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ SAMİRƏ MÜƏLLİMƏ!..

Təbriklər
DOĞUM GÜNÜN MÜBARƏK, TUNCAY!..

DOĞUM GÜNÜN MÜBARƏK, TUNCAY!..

"SALDO"
Professor Siyavuş Talışlı - 80

Professor Siyavuş Talışlı - 80

"SALDO"
AZƏR HƏKİM, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!..

AZƏR HƏKİM, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!..

"SALDO"
AzTU-nun rektoru, Əməkdar elm xadimi Vilayət Vəliyevin tələbələrə təbriki

AzTU-nun rektoru, Əməkdar elm xadimi Vilayət Vəliyevin tələbələrə təbriki

AzTU
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

Əsas xəbər, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

Təbriklər
AG GÜNÜNÜZ MÜBARƏK, BİZİM ƏZİZ VƏ HÖRMƏTLİ TƏLƏBƏ YOLDAŞIMIZ - ƏSLİ XƏLİLQI ...

AG GÜNÜNÜZ MÜBARƏK, BİZİM ƏZİZ VƏ HÖRMƏTLİ TƏLƏBƏ YOLDAŞIMIZ - ƏSLİ XƏLİLQI ...

ADPU, Təbriklər, Turan
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ELŞAD MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ELŞAD MÜƏLLİM!..

Qarayazı, Təbriklər
Qurban bayramınız mübarək olsun!..

Qurban bayramınız mübarək olsun!..

Əsas xəbər, Rəsmi Xəbərlər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA  MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA MÜƏLLİMƏ!..

Kolleclər, Təbriklər
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
TƏBRİK EDİRİK, hörmətli NAZİM MUSAYEV!..

TƏBRİK EDİRİK, hörmətli NAZİM MUSAYEV!..

Darvaz, Hüquq, Təbriklər

"DOSTLUQ MƏŞƏLİ"nin Müşfiq Borçalıya TƏBRİKİ

Darvaz, Arxiv
TƏBRİK EDİRİK, HÜSEYN ARTIQOĞLU!

TƏBRİK EDİRİK, HÜSEYN ARTIQOĞLU!

Başkeçid, Təbriklər
Rəy yazın: