Professor Bədirxan Əhmədli “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olunub Humanitar elmlər, Başkeçid 3 января 2026 405 0 1 2 3 4 5 Türkiyədə fəaliyyət göstərən Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Araşdırmalar Vəqfinin 2025-ci il üzrə “Türk Dünyasına xidmət” mükafatlarının sahibləri məlum olub. Sevindirici haldır ki, Vəqfin qərarına əsasən, bu mükafata layiq görülənlər arasında dəyərli soydaşımız - AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli də var.Qeyd edək ki, adıçəkilən Vəqf 2010-cu ildə təsis edilib və Borçalı əsilli görkəmli alim Valeh Hacıların (Valeh Hacıyev) adını daşıyır. Vəqfin əsas məqsədi və fəaliyyət istiqaməti türk xalqlarının mədəniyyəti, tarixi və ədəbiyyatının təbliği və tədqiqinə yardım göstərməkdir. İndiyədək bu istiqamətdə çox sayda önəmli layihələr həyata keçirilib, beynəlxalq elmi-mədəni tədbirlər təşkil olunub, kitablar və dərgilər yayımlanıb. Türk Dünyasında xidmətlərinə görə fərqlənən elm və sənət adamları hər il Vəqf tərəfindən “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olunurlar. Vəqfin təsisçisi və idarə heyətinin sədri Bursa Uludağ Universitetinin professoru, tanınmış türkoloq Cengiz Alyılmazdır.Biz də redaksiya heyətimiz adından dəyərli soydaşımız - AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinı “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir və ona şərəfli fəaliyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.