AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Akademiya əməkdaşlarına təbriki Elm, Humanitar elmlər, "Zirvə" 31 декабря 2025 49 0 1 2 3 4 5 Hörmətli həmkarlar,Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü harada yaşamasından asılı olmayaraq, xalqımızın milli-mənəvi birliyinin, tarixi-mədəni köklər və dövlətçilik maraqları ətrafında sıx birləşməklə Azərbaycanın inkişafı naminə bir amal ətrafında həmrəylik nümayiş etdirməyin bariz ifadəsidir.Xalqımızın Ümummilli Lideri Heydər Əliyev həmrəylik konsepsiyasının ideoloji əsaslarını dövlətçilik fəlsəfəsində sistemli şəkildə formalaşdırmış, Azərbaycançılıq ideologiyasını müasir milli inkişaf strategiyamızın aparıcı istiqamətlərindən birinə çevirmişdir. Hazırda Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dayanıqlı inkişaf mərhələsini yaşayır, ötən illər ərzində ölkəmizin iqtisadi potensialı güclənmiş, dövlət suverenliyimiz tam bərpa edilmişdir. Prezident İlham Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi, dünya azərbaycanlılarının konsolidasiyası və diaspor fəaliyyətlərini institusionallaşdırmaq üçün həyata keçirdiyi strategiya Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin və təsirinin artmasına töhfə verir.2025-ci il Azərbaycan elminin inkişaf dinamikası baxımından əlamətdar olmuş, Elmlər Akademiyasının 80 illik yubileyi dövlət rəhbərliyi səviyyəsində, cənab Prezidentin iştirakı və dərin məzmunlu nitqi ilə geniş şəkildə qeyd olunmuşdur. Geridə qoyduğumuz il ərzində elmi-innovativ fəaliyyətin təşviqi, humanitar və ictimai elmlərimizin, mədəni irsimizin elmi əsaslarla tədqiqi istiqamətində də mühüm nəticələr əldə edilmiş, süni intellekt və rəqəmsal inkişafa dair tədqiqatlar genişləndirilmişdir. Bu proseslərdə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının, alim və mütəxəssislərinin məqsədyönlü fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.Hörmətli Akademiya əməkdaşları, Yeni ildə Sizə möhkəm cansağlığı, ölkənin intellektual potensialının daha da gücləndirilməsi istiqamətində və elmi fəaliyyətinizdə uğurlar arzulayıram. Sizi bu əlamətdar bayramlar münasibətilə bir daha təbrik edir, ən xoş arzularımı çatdırıram.Hörmətlə,İsa HəbibbəyliAMEA-nın prezidenti, akademikZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.