YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ SVETLANA XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ SVETLANA XANIM!.. TƏBRİK EDİRİK!..

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müəllimlərə həmişə böyük dəyər verər, onların əməyini yüksək qiymətləndirərdi. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşar, onların qayğısına qalar, maddi rifah halının yüksəlməsinə çalışardı. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı:
"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".

Bəli, müəllimlik çox şərəfli peşədir, çox ləyaqətli vəzifədir, şərəfli və ləyaqətli olduğu qədər də, mürəkkəb və məsuliyyətlidir.
Bu çətin və məsuliyyətli vəzifəni böyük şərəflə daşıyan, ləyaqətlə yerinə yetirən qabaqcıl və təcrübəli müəllimlərimizdən biri də elə bu bayram günlərində anadan olmasının 70 illik yubileyini yüksək səviyyədə qeyd etdiyimiz Svetlana xanım Musayevadır.


Svetlana Əli qızı Məmmədova (Musayeva) - 1956-ci il martın 7-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Kolagir kəndində ziyalı ailəsində anadan olub. 1973-cü ildə Kolagir kənd orta məktəbini bitirib. Bir il istehsalatda işlədikdən sonra, göndərişlə 1974-cü ildə A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin hazırlıq şöbəsinə daxil olub. Bir il burada təhsil aldıqdan sonra, 1975-ci ildə “Azərbaycan dili və ədəbiyyatı, gürcü dili və ədəbiyyatı” müəllimiliyi ixtisasına qəbul edilib. 1980-ci ildə ali təhsilini bitirib. (Sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti adlandırılan və təəssüflər olsun ki, 1995-ci ildə heç bir səbəb göstərilmədən Azərbaycan bölməsi bağlanan həmin ali məktəb 2006-cı ildə digər pedaqoji ali məktəblərlə birləşdirilmiş və İlya Universiteti adlandırılmışdır.) Təyinatla öz dogma kəndlərindəki məktəbdə gürcü dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Svetlana müəllimə sonralar həm də qonşu Daşlıqullar və Muğanlı kənd məktəblərində də 1994-cü ilədək müəllim işləyib, həmişə də şərəf və ləyaqətlə çalışıb.

Ötən əsrin 90-cı illərində Borçalıda baş vermiş məlum hadisələrdən, xüsusilə də Bolnisi və Dmanisi rayonlarında soydaşlarımıza qarşı aparılan ayrı-seçkilik, sonsuz təqib və təziqlərdən sonra, minlərlə azərbaycanlılar kimi, Svetlana xanım da ailəsilə bırlikdə doğma el-obasından, isti yurd-yuvasından ayrılaraq Azərbaycana pənah gətirməyə məcbur olub. 1994-cü ildə onlar Bakı şəhərinə köçüblər. Svetlana xanım Bakının Nərimanov rayonundakı 258 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq pedaqoji fəaliyyətini davam etdirib. Daha sonralar isə Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist və dərnək rəhbəri vəzifələrində çalışıb. Eyni zamanda, "Borçalı" nəşriyyatı və "Borçalı" qəzetinin redaksiyası ilə əməkdaşlıq edib. Ömür-gün yoldaşı Seyran Musayev isə Azərbaycan Milli Ordusuna yazılıb, uzun müddət zabit kimi fəaliyyət göstərib. Hazırda hər ikisi təqaüddədir. 3 evladları var. Hər üçü də ali təhsilli və ailəlidir.

Svetlana Musayeva qabaqcıl müəllim, təcrübəli pedaqoq olduğu kimi, həm də gözəl ana, mehriban qaynana, sevimli və qayğıkeş nənədir. 5 nəvələri var.
Böyuk oğulları Sadiq Musa tərcüməçi-jurnalistdir, bir müddət “Mədəniyyət” qəzetində və “Qanun” nəşriyyatında çalışıb. Kiçik oğulları Kənan Musayev iqtisadçıdır, bir müddət Mərkəzi bankda çalışıb, 1 ildir ki, Maltada yaşayır və orada da elə öz ixtisası üzrə fəaliyyətini davam etdirir - bank sistemində işləyir.
Qızları Lilpar Musayeva isə Bakıdakı 261 nömrəli orta məktəbdə ibtidai sinif müəllim işləyir, anasının yolunu şərəf və ləyaqətlə davam etdirir, ailəlidir, 2 evladı var.
Böyük gəlinləri Ofelya Musayeva ingilis dili müəllimi, kiçik gelinləri Göyçək Musayeva isə xarici şirkətdə işləyir.
Oğlanlarından birinin bir uşağı, digərinin isə iki uşağı var.

YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ SVETLANA XANIM!.. ***

2026-cı il martin 7-də Bakıdakı “Ərzurum” şadlıq evində elimizin-obamızın dəyərli ziyalısı, Ulu Borçalımızın qeyrətli qızı, tanınmış maarif işçisi, təcrübəli pedaqoq, eyni zamanda, istedadlı qələm sahibi və ictimai xadim, “Abdulla Şaiq”, “Zirvə”, “Xan qızı Natəvan” və s. mükafatların laureatı, “XXI Əsrin Ziyalısı” Fəxri Diplomçusu, “Borçalı” nəşriyyatının və “Borçalı” qəzetinin redaktoru, “Zirvə” İnformasiya Mərkəzinin Baş məsləhətçisi, “Yurd” İnformasiya Mərkəzinin və “Şərqin səsi” qəzetinin Redaksiya Heyətinin ən fəal üzvü, vətənpərvər, yurdsevər, qayğıkeş və xeyirxah insan, gözəl ana, mehriban nənə, Tomris ismətli, Burla Xatun dəyanətli, Sara xanım siyasətli, Tavad şücaətli, xanımlar xanımı Svetlana xanım Borçalının anadan olmasının 70 illik Yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.


Yubiley tədbirini giriş sözü ilə “Borçalı” nəşriyyatının Baş direktoru, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin, AJB-nin və Turan Yazarlar Birliyin üzvü, Prezident təqaüdçüsü Müşfiq Borçalı açmış, yubilyarı öz adından, rəhbərlik etdiyi kollektiv adından, eləcə də, vaxtı ilə ali təhsil aldıqları A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri adından təbrik etmiş, onların da səmimi salamlarını və ən xoş arzularını çatdırmışdır.

YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ SVETLANA XANIM!..

Müşfiq Borçalı tədbirdə onunla birlikdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinin məzunlarından – Sevetlana xanımın bacısı Tinatin xanımın, həmçinin, Eşvə Zöhrabova, Roza Dünyamalıyeva, Sabir Quliyev, İsaxan İlyazoğlu, Salman Əliyev, Zakir İsmayılov və Elsevər Təkləlinin də iştirak etdiyini, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinin məzunu və sonralar müəllimi olmuş, hazırda isə Gəncə Dövlət Unuversitetinin Azərbaycan dili kafedrasının müdiri vəzifəsində çalışan filologiya elmləri doktoru, professor Telman Quluyevin isə telefon vasitəsi ilə canlı olaraq tədbirə qoşulmaq arzusunda olduğunu bildirmiş və sözü Telman müəllimə vermişdir.
Telman müəllimi də yubilyarı ürəkdən təbrik etmiş və ona ən xoş arzularını söyləmişdir.

YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ SVETLANA XANIM!..

Daha sonra yubilyarın qohumları, həmkarları, keçmiş şagirdləri və başqaları çıxış edərək Svetlana xanımı ürəkdən təbrik etmiş və oana uğurlar arzuamışlar.

YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ SVETLANA XANIM!..
YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ SVETLANA XANIM!..

Aşıq Göyçək xanım Göyçəli müğənni Ramina Muradova məclisə xüsusi ovqat qatmışlar.

YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ SVETLANA XANIM!..

Məclisin sonunda Svetlana xanımoğlu Sadiq Musa bütün iştirakçılara öz təşəkkürlərini bildirmişlər.

YUBİLEYİNİZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ SVETLANA XANIM!..

Biz də fürsətdən istifadə edərək, Redaksiya Heyətimiz adından, şərəfli peşənin şərəfli sahibi, ləyaqətli övladların ləyaqətli anası, bizim əziz və dəyərli elqızımız, istedadlı qələm dostumuz, sevimli həmkarımız, çox hörmətli Svetlana xanımı bir daha anadan olmasının 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
elm.info.az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞƏRƏFLİ PEŞƏNİN LƏYAQƏTLİ SAHİBİ  – BİZİM AZAD MÜƏLLİM

ŞƏRƏFLİ PEŞƏNİN LƏYAQƏTLİ SAHİBİ – BİZİM AZAD MÜƏLLİM

Məktəblər, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ HƏSƏN MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ HƏSƏN MÜƏLLİM!..

Borçalı, Təbriklər
“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ SÜSƏN XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ SÜSƏN XANIM!..

Borçalı, Təbriklər
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
GÜNAY XANIM, YUBİLEYİNİZ MÜBARƏK!..

GÜNAY XANIM, YUBİLEYİNİZ MÜBARƏK!..

Səhiyyə, Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

Təbriklər
El-obamızın sevimlisi Şahsənəm xanımı siz də tanıyın

El-obamızın sevimlisi Şahsənəm xanımı siz də tanıyın

Bolus
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Borçalı, Təbriklər, Turan
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

Bolus, Təbriklər, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

"Borçalı" Cəmiyyəti
AG GÜNÜNÜZ MÜBARƏK, BİZİM ƏZİZ VƏ HÖRMƏTLİ TƏLƏBƏ YOLDAŞIMIZ - ƏSLİ XƏLİLQI ...

AG GÜNÜNÜZ MÜBARƏK, BİZİM ƏZİZ VƏ HÖRMƏTLİ TƏLƏBƏ YOLDAŞIMIZ - ƏSLİ XƏLİLQI ...

ADPU, Təbriklər, Turan
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ELŞAD MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ELŞAD MÜƏLLİM!..

Qarayazı, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ROZA XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ROZA XANIM!..

AzTU, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

TDPİ-nin Azərbaycan bölməsi, Məktəblər, Bolus, Təbriklər
TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...

Bakı, Təbriklər
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Gəncə, Təhsil, GDU, Bolus, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Rəy yazın: