Milli və mənəvi dəyərlərmizə sadiq Güləmail Murad Humanitar elmlər, Elmi Məqalələr 16 января 2026 5188 100 1 2 3 4 5 17 dekabr 2025-ci ildə Atatürk Mərkəzində Yazıçılar Birliyinin üzvü, şair-publisist Güləmail Muradın 75 illik yubileyinə və onun yaradıcılığını əhatə edən “Könül pıçıltıları” adlı kitabının tanıtımına həsr olunmuş ədəbi-bədii tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə ŞƏRİFOVANIN Qazax elinin şair qızı Güləmail Muradın söz dünyası haqqında çıxışındanYetişib şairtək şərəfli ada,Xoş ömür yaşadım mən bu dünyada - deyən Güləmail Muradın şeirlərini oxuduqca qəmdən, kədərdən, tənhalıqdan uzaq işığa yol gedən bir qadın ürəyinin çırpıntılarını duyursan. Bu ürək çırpıntıları mövzusundan asılı olmayaraq, xalqımızı düşündürən aktual məsələləri əhatə edir.“Yazmadıqlarım qapımı döyür” deyən Qazax elinin şair qızı Güləmail Muradın yaradıcılığı bu baxımdan zəngindir. Onun müəllifi olduğu şeir kitabları, poemaları, Şəhidlərimiz haqqında yazdığı əsərlər fikrimizi təsdiq edir.Milli və mənəvi dəyərlərmizə sadiq Güləmail Muradın yaradıcılığında poetik nümunələrinin janr müxtəlifliyi onun sənətkarlığına dəlalət edir. Azərbaycan ədəbiyyatının yazılı və ağız ədəbiyyatına xas olan janrlarında mükəmməl bədii nümunələr qələmə aldığı kimi, dünya xalqlarının ədəbiyyatına xas olan janrlarda poetik nümunələr qələmə alması diqqətdən yayınmır. Məsələn, şairin müxtəlif vaxtlarda milli ədəbiyyatımıza xas olan janrlarda qələmə aldığı orijinal şeirləri ilə yanaşı yapon ədəbi janrlarına xas haykular, vakalar qələmə alması maraq doğurur. Müəllifin hayku və vakalarında da vətəndaş kimi düşüncə və duyğuları, ictimai problemlərə münasibəti və s. yer alır.Səni unutmaq üçünürəyimidəyişə biləydim.Və yaMənim sevgimdi…için-için ağlayanBaşqa qapıda.Güləmail Murad qələmə aldığı haykularında yalnız bir fərdin dərdini deyil, xalqımızın üzləşdiyi, yaşadığı dərdləri də poetik şəkildə canlandırır:Torpaq qan saxlayırŞəhidlərin…Hələ ləkəsi qalıb.Və ya:Qarabağ, Şuşa,közərən qorumdu,dolub yatağıma.Güləmail Muradın qələmə aldığı vakalar qısa olmaqlarına rəğmən, fəlsəfi məna daşımaları ilə diqqəti cəlb edir. Məsələn, şairin “Qaytaran ola” adlı vakasında qısa poetik nümunədə fəlsəfi fikrin açıqlanmasına cəhdlərin şahidi oluruq:İndi ürəkdən gülübsevinə bilmirəmNə ola,uşaqlıq sevincimiqaytaran ola...Güləmail Muradın qələmə aldığı bayatılar ən çox Şəhidliklə bağlı olması diqqəti cəlb edir. Bunu şairin özü də bayatısında vurğulayır.Dürdür şəhidin qanı,Zərdir şəhidin qanı,Mənə də qismət olduZər axtarmaq imkanı.Şəhidlik mövzusu Güləmail Muradın bədii yaradıcılığında ana xəttə çevrilmişdir. Onun poetik nümunələrində şəhid oğullarımızın qəhrəmanlıq və igidlikləri, vətənə, xalqa, torpağa bağlılığı və s. mükəmməl, daha obrazlı şəkildə öz poetik əksini tapıb.Azərbaycan poeziyasında qələmə alınan şeirlərimizdə bir çox ənənəvi mövzular özünü göstərməkdədir. Məsələn, anayla bağlılıq, və ya durnalarla bağlı, bu ənənəvi mövzular artırmaq olar. Güləmail Murad bu ənənəvi mövzuları təkrar etmir, əksinə bu mövzularda özünün hiss və həyəcanlarını özünəməxsus şəkildə əks etdirir. Məsələn, şairin “Anasız körpə” və “Ana naləsi” şerlərində anayla bağlı hisslər fərqli şəkildə təqdim edilir. Məsələn, “Anasız körpə” şeirindəYüz kədər andırır, min dərd andırır.Anasız körpənin yaşlı gözləri - deyə bir övladın ana həsrətini, “Ana naləsi” şerində isə ananın övlad həsrəti yer alır:Düşmənin başına daş niyə düşmür?Bir ana ağlayır məzar başında.Cəlladın gözündən yaş niyə düşmür?Bir ana ağlayır məzar başında.Güləmail xanımın “Məndən sevgi şeri istəmə daha” adlı şeirində səsləndiridyiŞeir yazmağımı istəsən əgər,Məndən sevgi şeiri istəmə daha.Sevgi şeri yazmaq asandır məgər?Məndən sevgi şeiri istəmə daha - - kimi poetik fikirlərin əksinə olaraq, onun yeni-yeni şeirlər yazmağını, xüsusilə də sevgi şeirləri yazmağını arzu edirik. Şairin sevgi şeirləri yalnız iki şəxs arasında olan sevgini deyil, vətənə, təbiətə, xalqa, onun övladlarına, Şəhid və qazilərimizə olan sevgini təbliğ edir.Əlimdədir qələm, ağ varaqlardaÇox şeir yazmışam indiyə qədər - poetik şəkildə bədi yaradıcılığını ifadə edən mühəndis-müəllim olmuş Güləmail Murad ədəbiyyatımızda imzası olan dəyərli şair xanımlarımızdan biridir.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.