BİR MÜQƏDDƏS PAY – İLHAM

BİR MÜQƏDDƏS PAY – İLHAM

“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” — Ulu Öndər Heydər Əliyevin bu dahiyanə sözləri bu gün təkcə milli qürurun ifadəsi deyil, müstəqil Azərbaycanın qazandığı tarixi Zəfərin, bərpa olunmuş ədalətin və milli ləyaqətin parlaq rəmzidir. Məhz bu ideoloji xəttin layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev otuz illik siyasi və hərbi mübarizənin taleyini qətiyyətlə həll edərək xalqın iradəsini dövlət gücü ilə birləşdirdi və Azərbaycanı Zəfərə aparan Lider kimi müasir tariximizdə silinməz iz qoydu.

İlham Əliyev qələbə xəbərini xalqına böyük inam və əminliklə çatdıran, üçrəngli bayrağımızı azad edilmiş torpaqlarda ucaldan Qalib Sərkərdə kimi təkcə əraziləri deyil, xalqın sarsılmış ruhunu, tapdalanmış haqqını və milli qürurunu da bərpa etdi. Bu gün dünyada öz sözünü deyən, müstəqil siyasət yürüdən güclü Azərbaycan dövləti məhz bu liderliyin nəticəsidir və hər bir dünya azərbaycanlısına qürurla, ucadan “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deməyə mənəvi güc və inam verir.
“Könlüm keçir Qarabağdan…” —
illərlə həsrətini çəkdiyimiz ana Vətən torpaqları yenidən öz sahiblərinə qovuşdu. Dədə-babalarımızın min illər boyu yaratdığı milli-mənəvi dəyərlər, laylalarımız, bayatılarımız, sevgi nəğmələrimiz Qarabağda yenidən səsləndi. Vətən uğrunda canından keçmiş minlərlə şəhidimizin ruhu rahatlıq tapdı, ata ocaqlarının qapıları yenidən açıldı, ocaqlar yenidən tüstüləndi, bağlar çiçəkləndi, yurd yenidən Vətən oldu.
Bu gün Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri tarixi Zəfərin real və davamlı nəticəsi kimi həyata keçirilir. Müasir şəhərsalma prinsiplərinə uyğun salınan yaşayış məntəqələri, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri, beynəlxalq standartlara cavab verən avtomobil yolları, hava limanları, enerji və kommunikasiya xətləri Qarabağı XXI əsrin inkişaf modelinə çevirir. Burada tarixlə müasirlik bir-birini ahəngdar şəkildə tamamlayır.
Ən qürurverici mənzərə isə doğma yurdlarına qayıdan insanların sevincidir. Uzun illərdən sonra ata-baba torpağına dönən sakinlərin gözlərindəki sevinc, öz nəfəsi ilə yurdunu isidən, evinə, ocağına yenidən həyat verən insanların xoşbəxt anları Qarabağın dirçəlişinin canlı təzahürüdür. Qarabağ artıq təkcə azad edilmiş ərazi deyil — yaşayan, inkişaf edən, gələcəyə inamla baxan Vətəndir.
Bütün bu tarixi dəyişikliklərin mərkəzində Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və milli maraqlara əsaslanan siyasəti dayanır. “Nəyi, necə və nə vaxt etmək lazımdır” prinsipinə söykənən bu liderlik modeli Azərbaycanı mürəkkəb geosiyasi şəraitdə belə sabit, güclü və etibarlı dövlətə çevirib. Bu gün İlham Əliyev Azərbaycan xalqının ümid yeri, dünya azərbaycanlılarının qürur mənbəyi, Böyük-Bütöv Azərbaycan ideyasının siyasi ünvanıdır.

Bu əlamətdar günlərdə Azərbaycan xalqı Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin doğum gününü böyük qürur və minnətdarlıq hissi ilə qeyd edir. Xalqın taleyində dönüş yaradan, dövlətçiliyimizi möhkəmləndirən, Zəfər salnaməsini yazan bu ömür bütövlükdə Azərbaycan naminə yaşanır. Möhtərəm Prezidentimizə möhkəm cansağlığı, uzun ömür və dövlətimizin tərəqqisi naminə yeni-yeni uğurlar arzulayırıq.
Xalq şairi Zəlimxan Yaqubun misralarında deyildiyi kimi:

Çeşmə İlham, çay İlham,
Bir müqəddəs pay İlham.
De hardasan, ay İlham!
Gəl, gəl, bizi xoşbəxt elə!

Bu gün Azərbaycan xoşbəxtdir. Çünki belə mürəkkəb və ziddiyyətli bir dövrdə ölkəmizin başında xalqına, dövlətinə və tarixin məsuliyyətinə layiq güclü Lider dayanır.

BİR MÜQƏDDƏS PAY – İLHAM Yaşa, yaşa, Azərbaycan!
Yaxşı ki, varsınız, Möhtərəm Prezidentimiz!


VİDADİ ORUCOV,
pedaqogika elmləri doktoru,
professor.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı”

“Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı”

YAP, AzTU
QARABAĞ AZƏRBAYCANDIR! MİLLİ QÜRURUN VƏ QƏTİYYƏTİN ZƏFƏRİ

QARABAĞ AZƏRBAYCANDIR! MİLLİ QÜRURUN VƏ QƏTİYYƏTİN ZƏFƏRİ

Elmi Məqalələr
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Zəfər Günü münasibətilə Akad ...

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Zəfər Günü münasibətilə Akad ...

Elm, "Zirvə"
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMI  BÖYÜK FƏRƏH VƏ COŞQU İLƏ QEYD OLUNUR

AZƏRBAYCANIN ZƏFƏR BAYRAMI BÖYÜK FƏRƏH VƏ COŞQU İLƏ QEYD OLUNUR

Biologiya və tibb elmləri, Elmi Məqalələr
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
Günel Səmədova:

Günel Səmədova: "Tarixi Qələbənin uğurlu davamı"

Məktəblər
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
Şikar QASIMOV:

Şikar QASIMOV: "Ulu öndər Heydər Əliyevin bənzərsiz ömür yolu, tariximizin ...

YAP, AzTU
Heydər Əliyev - böyük Azərbaycanlı, güçlü lider, əvəzolunmaz ideoloq, dahi  ...

Heydər Əliyev - böyük Azərbaycanlı, güçlü lider, əvəzolunmaz ideoloq, dahi ...

YAP, Köşə yazılar
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar

"OT ÖZ KÖKÜ ÜSTƏ BİTƏR"

Köşə yazılar
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ...

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ...

Qarabağ
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Azərbaycan onun bizə əmanətidir

Azərbaycan onun bizə əmanətidir

Regionlar, Məktəblər
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

Əsas xəbər
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Rəy yazın: