Süni intellekt və akademik mühitdə dəyişməkdə olan reallıqlar

Süni intellekt və akademik mühitdə dəyişməkdə olan reallıqlar Hər il bütün dünyada olduğu kimi, Azərbaycanda da minlərlə gənc təhsilini davam etdirmək məqsədilə ali təhsil müəssisələrinə qəbul olur. Ali təhsilin əsas məqsədi gənclərin elmi və nəzəri biliklərinin artırılması, tənqidi və analitik düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsi və əmək bazarına hazırlanmasıdır.

Lakin 2022-ci ilin sonlarından etibarən ChatGPT, Claude və Gemini kimi generativ süni intellekt sistemlərinin meydana çıxması mövcud təhsil və informasiya mühitini nəzərəçarpacaq dərəcədə dəyişdirdi. Onlar vasitəsilə axtarış aparmaq, sənəd hazırlamaq və tərcümələr etmək xeyli asanlaşdı. Gənclərin əksəriyyəti süni intellekt vasitəsilə vaxtlarına qənaət edə bilmələrinə, axtarış prosesinin sürətlənməsinə və tədqiqat işinin sadələşməsinə görə məmnunluqlarını ifadə edirlər. Amma hər bir alət kimi onun da mənfi təsirləri gözardı edilə bilməz.


Belə ki, neyropsixoloqların araşdırmalarına əsasən müəyyən edilmişdir ki, süni intellekt vasitələrindən istifadə insanların tənqidi düşüncə bacarıqlarının inkişafının qarşısını almaqla yanaşı, onların yaradıcılıq potensialının azalmasına da səbəb ola bilər. Yaxın keçmişə nəzər saldıqda görərik ki, XX əsrin sonu və XXI əsrin başlanğıcından etibarən internet və sosial medianın geniş yayılması insanı rəqəmsal mühitin mərkəzinə yerləşdirmişdir. Bununla belə, həmin dövrdə bu texnologiyalar insanın axtarış və analiz bacarıqlarına indiki qədər ciddi təsir göstərməmişdi. Ən əsası, insanın yaradıcı potensialına hər hansı bir risk yartamamışdı. Lakin süni intellekt bu kontekstdə müəyyən narahatlıqlar doğurur.

Bu gün insanlar istənilən məlumatı istədikləri dildə və formada saniyələr ərzində əldə edə bilirlər. Bu, kənardan cəlbedici görünsə də, əslində insanı robotdan asılı və ona tamamilə inanan bir varlığa çevirməklə onun idrak prosesinin passivləşməsinə səbəb ola bilər. Üstəlik, insanlar heç öz şəxsi məlumatlarını belə sevimli çatbotları ilə bölüşməkdən çəkinmirlər. Bu amil isə daha bir ciddi narahatlıq olan informasiya təhlükəsizliyi məsələsini aktual edir.
Mövzunu tələbələr nöqteyi-nəzərindən bir qədər də aydınlaşdıraq. Gənclər akademik göstəricilərinin yaxşılaşdığını və daha çox məlumata çıxış imkanlarının olduğunu iddia edirlər. Əslində, bu müəyyən mənada həqiqəti əks etdirir. Amma onların gözdən qaçırdığı incə bir məqam var. Belə ki, insan beyni daha az zəhmət nəticəsində əldə etdiyi məlumatı daha tez unutmağa və onu qısamüddətli yaddaşda saxlamağa meyillidir. Bu isə o deməkdir ki, onların akademik fəaliyyətləri zamanı öyrəndikləri biliklər yaxın perspektivdə köməklərinə çatsa da, daha uzaq gələcək üçün qeyri-müəyyən və bulanıq olaraq qalacaq. Bununla bağlı BBC-nin jurnalisti Tomas Jermenin (06.05.2026) hazırladığı məqalədə də qeyd olunur ki, alimlər gənclər arasında unutqanlığın artdığını və yaddaş problemlərinin daha çox müşahidə edildiyini bildirirlər.
Bundan əlavə, süni intellekt alətləri plagiat riskini də artırır. Tələbələrdə müəllif hüquqlarına qarşı lazımi həssaslıq formalaşmır. Çünki bir çoxu heç fərqində belə olmadan və sadəlövhcəsinə məlumatın orjinal mənbəyinin elə istifadə etdiyi süni intellekt aləti olduğunu zənn edir.
Növbəti bir məsələ akademik fəaliyyət zamanı tələb edilən layihələrlə bağlıdır. Tələbələr hər fənn üzrə ən az bir dəfə mövzu seçib onu araşdırmaq və o mövzu ilə bağlı təqdimat hazırlamaqla mükəlləf idilər. Son dövrlərdə bunu həqiqətən öz əməyi ilə ərsəyə gətirən tələbə sayı da azalmaqdadır. Axı süni intellekt böyük “ürəyi açıqlıqla” sənəd, şəkil və videoların hazırlanmasını da öz üzərinə götürür.
Hər bir alət kimi, süni intellektin də mənfi və ya müsbət təsir göstərməsi insanın istifadə məqsədindən və üsulundan asılıdır. Sonda gəlin belə bir bənzətmə ilə mətni yekunlaşdırım. Təsəvvür edin ki, tanımadığınız bir yerə bələdçinin müşayiəti ilə gedirsiniz. Əgər siz bələdçiyə arxayın olub ətrafa diqqət yetirməsəniz, təkbaşına geri qayıda bilməyəcəksiniz. Amma bələdçi ilə birgə məlumat mübadiləsi edərək və keçdiyiniz yollara diqqətlə nəzər salaraq irəliləsəniz, bu sizin üçün həm maraqlı, həm də təhlükəsiz bir səyahətə çevriləcəkdir.

Texnologiyanın inkişafı ilə həyatımıza daxil olan yeniliklərin öz əlverişli xüsusiyyətləri baxımından bizi asılı vəziyyətə salma ehtimalları yüksəkdir. Lakin ətrafa qarşı həsas və tənqidi yanaşmaq bizi mütləq kor-koranə asılılıqdan uzaq edəcək.

Süni intellekt və akademik mühitdə dəyişməkdə olan reallıqlar JALƏ İSMAYILOVA,
Elm.İnfo.Az-ın xüsusi müxbiri

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qərbi Kaspi Universiteti mühüm uğurlara imza atdı

Qərbi Kaspi Universiteti mühüm uğurlara imza atdı

Digər ali məktəblər
SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

Yeni nəşrlər, Humanitar elmlər
Süni intellekt şagird və tələbələrin həyatını necə dəyişir?

Süni intellekt şagird və tələbələrin həyatını necə dəyişir?

Köşə yazılar
Süni intellekt məktəb idarəçiliyində liderliyi necə gücləndirə bilər?

Süni intellekt məktəb idarəçiliyində liderliyi necə gücləndirə bilər?

Məktəblər, Köşə yazılar
Kazuo İşiquronun “Klara və Günəş” əsərində süni intellekt və insanlıq

Kazuo İşiquronun “Klara və Günəş” əsərində süni intellekt və insanlıq

Elmi Məqalələr, ADPU
AzTU-nun Biotibbi Mühəndislik İnstitutuna rəhbər təyin olunub

AzTU-nun Biotibbi Mühəndislik İnstitutuna rəhbər təyin olunub

AzTU, Təbriklər
AzTU-da “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbir keçirilib

AzTU-da “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbir keçirilib

AzTU, Turan
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Biologiya və tibb elmləri, Turan
AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunub və o, kollekt ...

AzTU
AzTU-nun rektoru Müdafiə Sənayesi Naziri ilə görüşüb

AzTU-nun rektoru Müdafiə Sənayesi Naziri ilə görüşüb

AzTU
AzTU-da

AzTU-da "Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" ...

AzTU
Sankt-Peterburq Dövlət Universitetinin nümayəndələri AzTU-da olublar

Sankt-Peterburq Dövlət Universitetinin nümayəndələri AzTU-da olublar

AzTU
AzTU-nun rektoru Fələstin Dövlətinin Azərbaycandakı səfiri ilə görüşüb

AzTU-nun rektoru Fələstin Dövlətinin Azərbaycandakı səfiri ilə görüşüb

AzTU, Dünya
“Hüquq və rəqəmsallaşma” - “Law and Digitalization” mövzusunda seminar keçi ...

“Hüquq və rəqəmsallaşma” - “Law and Digitalization” mövzusunda seminar keçi ...

"Elm və Təhsil", Hüquq
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
Mühəndislik və Texnologiya

Mühəndislik və Texnologiya

Köşə yazılar
Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Odlar Yurdu Universitetində İntellekt Mərkəzi yaradılıb

Digər ali məktəblər
“AzTU-da Gənclərin Virtual İnkişafı və  İdarəetmə Mərkəzinin Təqdimatı olac ...

“AzTU-da Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin Təqdimatı olac ...

AzTU, Elanlar, GVİİM
Rəy yazın: