SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA Yeni nəşrlər, Humanitar elmlər 13 апреля 2026 206 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Azərbaycna Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və Süni intellekt” şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyevanın “Ədəbiyyatşünas alimin elmmetrik pasportu seriyası”ndan “Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda” adlı monoqrafiyası nəşr edilib. Monoqrafiyada Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, nəzəriyyəçi alim, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda tədqiq edilir. Monoqrafiyada filologiya elmləri doktoru Salidə Şərifovanın elmi yaradıcılıq potensialı elmmetrik infoqrafikada təqdim edilir və alimin elmmetrik portreti “Salidə Şərifovanın yaradıcılığı elmmetrik diapazonda”, “Elmmetrik və bibliometrik axtarış: mərhələlər və mənbələr”, “Elmi yaradıcılıq potensialının performansı və transformasiyası”, “Salidə Şərifovanın elmi tədqiqatlarının mövzu diapazonu”, “Elmmetrik bazalar üzrə tədqiqat nəticələrinin infoqrafikası”, “Salidə Şərifovanın əsərlərinin dərc olunduğu jurnallar”, “Qlobal informasiya mühitində təmsil və təbliğ olunma, “Elmi tipologiya və intellektual model dünya ədəbiyyatşünaslığı + süni intellekt müstəvisində”, “Sosial platformalar”, “Kitabxana-informasiya mühiti” adlı fəsillərdə canlandırılır.10 fəsildən ibarət monoqrafiyanın “Zamanla yarış, yaxud ilk elmmetrik araşdırma modeli” adlı ön sözünün müəllifi filologiya elmləri doktoru, dosent, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovadır. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmməd, rəyçiləri filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri Fariz İmranovdur.Biz də redaksiya heyətimiz adından "ZİYA" İnformasiya Mərkəzinin - ZiM.Az saytının redaktoru - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, nəzəriyyəçi alim, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanı, həmçinin kitabın müəllifi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Rəqəmsal ədəbiyyatşünaslıq və Süni intellekt” şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyevanı ürəkdən təbrik edir və onların hər ikisinə yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.