Gülzar Şərifovanın “Şeirlər toplusu” işıq üzü görüb

Gülzar Şərifovanın “Şeirlər toplusu” işıq üzü görüb Gürcüstan ədəbi mühitində formalaşan azərbaycandilli ədəbiyyatın Azərbaycan ədəbiyyatına inteqrasiya etməsini, onun tərkib hissəsi olmasını təsdiq edən Gülzar Şərifovanın “”Şeirlər toplusu” adlı şeirlər kitabı işıq üzü görmüşdür.

Şeirlər toplusunun müəllifi olan Gülzar Şərifova yaradıcılığa 1960-cı illərdə başlamış, onun şeirləri “Sovet Gürcüstanı” qəzetində, Azərbaycan və Türkiyədə, həmçinin elm.info.az, zim.az, turan.info.az, dergizan.com və s. müxtəlif mətbu orqanlarıında nəşr edilmişdir. Gülzar Şərifova mətbuatda Ş.Gülzar, Gülzar Şərifova, G.Şərifova, Gülzar Nəsrəddin qızı Şərifova, G.N.Şərifova imzaları ilə çap olunmuşdur. Şeirlər toplusunda şeirlər “Vətən və xalq haqqında duyğular”, “Sosial-siyasi lirikanın bədii panoramı”, “Fəlsəfi lirikanın düşüncə qatları”, “Ailə və nəsil yaddaşı”, “Ruhun daraldıqca təbiətə çıx”, “Bayatılar”, “Ağılar və ya edilər” başlıqları altında təqdim edilir.
Bədii yaradıcılığa orta məktəb illərindən başlayan Gülzar Şərifovanın şeirləri ədəbi dairələrin diqqətini cəlb etmişdir. Azərbaycanın Xalq yazıçısı, dramaturq, ictimai xadim, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Mirzə İbrahimovun Gülzar Şərifovanın bədii yaradıcılığına maraq göstərməsi isə tarixi bir reallıqdır. “Sovet Gürcüstanı” qəzetinin 8 oktyabr 1966-cı il tarixli 121 (4689) saylı qəzetinin səhifələrində Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rüstəm, Osman Sarıvəlli və digər Azərbaycanın tanınmış şair və yazıçılarının Tbilisi şəhərində iştirak etdikləri tədbirdə Xalq yazıçısı Mirzə İbrahimovun Gülzar Şərifovanın “İnsana sualım var” şeirinin surətini götürməsi xəbəri qəzetin səhifələrində yer almışdır.

ZiM.Az xəbər verir ki, Gülzar Şərifovanın “Şeirlər toplusu” kitabının redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü Salidə Şərifovadır. Salidə Şərifova Gülzar Şərifovanın bədii yaradıcılığını “Xruşov mülayimləşməsi” dövrünun tərkib hissəsi kimi təqdim edir. Gülzar Şərifovanın poeziyasının Gürcüstanda yaşayan azərbaycanlıların bədii ənənələrini və həmin dövrdə Azərbaycanın bədii mühitində baş verən prosesləri əks etdirməsinə toxunur. Özünəməxsus yaradıcılıq yolu olan Gülzar Şərifovanın janr xüsusiyyəti, bədii dili və problematikası zənginliyi ilə diqqəti cəlb edən poetik nümunələrinin ədəbiyyatşünaslığın diqqətindən kənarda qalmasını təəssüf hissi ilə vurğulayaraq şairin poetik nümunələrini Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi dəyərləndirməsi reallığı təcəssüm etdirir.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Milli və mənəvi dəyərlərmizə sadiq Güləmail Murad

Milli və mənəvi dəyərlərmizə sadiq Güləmail Murad

Humanitar elmlər, Elmi Məqalələr
İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Humanitar elmlər, Təbriklər
Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Humanitar elmlər, Turan
Müşfiq Borçalının  “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Müşfiq Borçalının “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı ke ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı ke ...

Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı

“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı"

Yeni nəşrlər, Humanitar elmlər
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

Humanitar elmlər, Tiflis, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
“Klassiklər və müasirlər söz müstəvisində”

“Klassiklər və müasirlər söz müstəvisində”

Yeni nəşrlər, Humanitar elmlər
Salidə Şərifova

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb

TDPİ-nin Azərbaycan bölməsi, Humanitar elmlər, Təbriklər
AD GÜNÜN MÜBARƏK, AİDA GÜLZAR!..

AD GÜNÜN MÜBARƏK, AİDA GÜLZAR!..

Folklor, Qaraçöp, Təbriklər
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
“Azərbaycanın SƏSİ” Lökbatandan gəldi

“Azərbaycanın SƏSİ” Lökbatandan gəldi

Bakı
AŞIQ AİDƏ GÜLZAR

AŞIQ AİDƏ GÜLZAR "BORÇALI" CƏMİYYƏTİ HAQQINDA

Tv, "Borçalı" Cəmiyyəti
Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

MEDİA, Şou
Aşıq Aida Gülzar (1969)

Aşıq Aida Gülzar (1969)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Qaraçöp, Təbriklər
Rəy yazın: