Professor Asif Hacılının elmi layihəsi beynəlxalq müsabiqənin qalibi oldu

Professor Asif Hacılının elmi layihəsi beynəlxalq müsabiqənin qalibi oldu TƏBRİK EDİRİK!..

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının əməkdaşlarının “Ahıska türklərinin mədəni, dil və teatr irsinin tədqiqi və rəqəmsal arxivləşdirilməsi” (Research and Digital Archiving of the Culture, Language, and Theatre Heritage of Ahıska Turks) layihəsi Türk Akademiyası tərəfindən 2026-cı il üçün elan edilmiş beynəlxalq “Elmi layihələr müsabiqəsi”nin qalibi olub.
Layihənin məqsədi Ahıska türklərinin dil, mədəniyyət və teatr irsinin elmi əsaslarla araşdırılması, sistemləşdirilməsi və rəqəmsal arxiv formasında qorunmasıdır. Bu təşəbbüs Ahıska türklərinin zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi, elmi dövriyyəyə daxil edilməsi və beynəlxalq tədqiqatçılar üçün əlçatan edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


zim.az xəbər verir ki, layihənin rəhbəri Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının professoru, uzun illər Ahıska türklərinin tarixi, mifoloji təsəvvürləri, etnoqrafiyası, folkloru, etnik mədəniyyətinin toplanması, tədqiqi və nəşri ilə məşğul olan, bu sahədə Azərbaycanda və Türkiyədə dərc olunmuş bir çox kitabların və məqalələrin müəllifi, filologiya elmləri doktoru Asif Hacılı, iştirakçıları isə Ahıska əsilli alim, Türkiyənin Bursa Uludağ Universitetinin professoru, Ahıska türk dili və folkloru üzrə mütəxəssis, Uluslararası Ahıska Araşdırmaları Dərgisinin redaktoru Minarə Əliyeva Çınar, Bakı Slavyan Universitetinin professoru, türkoloq Nizami Məmmədov, Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayevadır.

Qeyd edək ki, Türk Akademiyası Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərən beynəlxalq elmi qurum olaraq Türk dünyasında elmi inteqrasiyanın inkişafına, ortaq layihələrin həyata keçirilməsinə və mədəni irsin qorunmasınsa xidmət edən beynəkxalq elm mərkəzidir.

Biz də redaksiya heyətimiz adından dəyərli soydaşımız, görkəmli türkoloq, tanınmış ədəbiyyatşünas-alim və ictimai xadim, filologiya elmlər doktoru, çox hörmətli professor Asif Hacılını yeni nailiyyəti münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Bədirxan Əhmədli “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olun ...

Professor Bədirxan Əhmədli “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olun ...

Humanitar elmlər, Başkeçid
BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan müsabiqənin n ...

BDU-da Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan müsabiqənin n ...

BDU
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Beynəlxalq simpoziumda “Ahıska türkləri Azərbaycanda” mövzusunda məruzə din ...

Beynəlxalq simpoziumda “Ahıska türkləri Azərbaycanda” mövzusunda məruzə din ...

Turan
Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da s ...

Yeni nəşrlər, Digər ali məktəblər, "Elm və Təhsil", Turan
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

Yeni nəşrlər
Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

ADPU
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər
Hacan Hacısoy Beynəlxalq Mükafata  laiq görülmüşdür

Hacan Hacısoy Beynəlxalq Mükafata laiq görülmüşdür

ADNSU, Qaraçöp, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Humanitar elmlər, BDU, Folklor, Ədəbiyyatşunaslıq
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Borçalı, Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər

"Türkologiya” jurnalının əməkdaşı Türkiyədə mükafatlandırılıb... TƏBRİK ED ...

Humanitar elmlər, Təbriklər, Turan
Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

Bakı Slavyan Universitetinin rektoru A.S.Puşkin medalı ilə təltif edilib

BSU, Təbriklər
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Rəy yazın: