Asim Sevdalı: "Mən Babəkin qılıncıyam, Koroğlunun qalasıyam, Azərbaycan balasıyam!" Gəncə, Poeziya 5 февраля 2026 268 100 1 2 3 4 5 ASİM SEVDALI(1926-1999)Asim Sevdalı (Asim İsa Çələbi oğlu Qazıyev) - 1926-cı il mayın 10-da Samux rayonunda anadan olub. Yeddillik təhsildən sonra Gəncə 3 nömrəli Tibb məktəbini (indi Gəncə Tibb Kollecini) qırmızı diplomla bitirib. 1946-cı ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub, 1950-ci ildə həmin fakültəni bitirib. Bununla bağlı ona "B N: 813131" nömrəli diplom təqdim edilib.Müəllimlik arzusu onu doğma Samux rayonuna qaytarıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb.Asim Qazıyev pedaqoji fəaliyyətini Bərdənin Samux kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Uzun müddət Bərdə rayon təhsil sistemində çalışıb. Qabaqcıl məktəb direktoru, təcrübəli pedaqoq, fəal ictimaiyyətçi, müdrik el ağsaqqalı, istedadlı şair kimi tanınıb, sevilib. 1960-cı ildə maarif naziri Mehdi Mehdizadənin imzası ilə Azərbaycan SSR Maarif Nazirliyinin "Qabaqcıl maarif xadimi" fəxri adına və döş nişanına layiq görülüb. (Vəsiqə: N: 822)Azərbaycan SSR Maarif Nazirliyinin 11 avqust 1988-ci il tarixli 174 nömrəli əmri ilə "Metodist müəllim" adı verilib. (Vəsiqə: N: 1354)1990-cı ildə səhhəti ilə əlaqədar təqaüdə çıxıb və Gəncə şəhərinə köçüb.Mənalı və şərəfli ömür yaşayan Asim Qazıyev 1999-cu il fevralın 19-da, ömür-gün yoldaşı Fəridə xanım isə 2004-cü il noyabrın 23-də Gəncədə vəfat edib. Hər ikisi Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub. Allah rəhmət eləsin.Asim Qazıyev həm də gözəl ailə başçısı olub. 1949-cu ildə qrup yoldaşı Fəridə Əzimova ilə ailə həyatı qurub. Onların bir oğlu, üç qızları var. Oğlu və bir qızı həkim, bir qızı müəllim, digəri jurnalistdir. Asim Qazıyev gənc yaşlarından bədii yaradıcılıqıa da məşğul olub, 14 yaşından şeirlər yaz-mağa başlayıb. Özünə “Sevdalı” ədəbi təxəllüsü götürüb. İlk dəfə “Mənim yurdum” adlı şeiri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub. Tələbəlik illərində institutun Ədəbiyyat dərnəyinə rəhbərlik edib. Sonralar dövri mətbuatda şeirləri və məqalələri işıqüzü görüb. Azərbaycan Yazıçılar İttifaqının (AYB) Gəncə filialının ən gənc, istedadı, tanınmış, şair üzv-lərindən biri olub.1996-cı ildə şairin 70 illik yubileyində “Qələmin qüdrəti yaz deyir mənə” adlı ilk kitabı oxucu-ların ixtiyarına verilib. 2016-cı ilin may ayında 90 illik yubileyi münasibətilə şairin "Xeyli sözüm var" adlı ikinci şeirlər kitabı çapdan çıxıb. 2018-ci ildə isə “Ürəkdən soruş” adlı üçüncü şeir kitabı (ISBN 978-9952-8176-0-7) nəşr olunub. 2024-cü ildə nəşr edilmiş "Sevdalı dünyamız" adlı ədəbi-bədii, elmi-publisistik məcmuədə şair Asim Qazıyevin də həyat və yaradıcılığından söz açılıb, onun şeirlərinin bəzisi kitabda dərc edilib. Həmin ildə İstanbulda nəşr edilmiş "Şam işığı" adlı ədəbi məcmuənin 5-ci nömrəsində də Asim Qazıyevin şeirləri yer alıb.2024-cü ildə nəşr edilmiş "Müəllimlərimiz" adlı ədəbi-bədii, elmi-publisistik məcmuənin 3-cü nömrəsində şair Asim Qazıyevin şeirlərinin bir qismi dərc olunub.2024-cü ildə akademik Mədəd Çobanov adına Xeyriyyə Fondunun nəşr etdirdiyi "Qəlbimin səsi" adlı ədəbi-bədii, elmi-publisistik məcmuədə də şair Asim Qazıyevin şeirlərinin bir qismi dərc edilib.Asim Qazıyevin şeirləri onu tanımadan yaradıcılığına dəyər verən müxtəlif şəxslər tərəfindən səsləndirilmiş, sosial şəbəkələrdə yayılmışdır.Asim Qazıyev xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimovun bəstələdiyi və xalq tərəfindən sevilən "Gözəl Gəncəmiz" və "Ümid çırağı" ("Könül sevinci") adlı mahnıların mətninin müəllifidir.Bu il Asim Sevdalının 100 illik yubileyidir. Bir da Allahdan mərhum şairə rəhmət diləyir və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az AZƏRBAYCAN BALASIYAMKönlüm sözlü, istəyim çox, qoşa gözüm bol nurludur, Keçən günüm ibrət dolu, istiqbalım uğurludur,Bu baharlı, odlu torpaq gözəl qızlı-oğulludur, Mən Babəkin qılıncıyam, Koroğlunun qalasıyam, Azərbaycan balasıyam!Dumanlardan, tufanlardan qoruyuram insanları, Yaşadıram yaxşıları, danlayıram yamanları, Gözləyirəm, qabaqdadır gənc ömrümün xoş anları, Bu dünyadan kam götürüb, min bir ləzzət alasıyam, Azərbaycan balasıyam!Söz söyləyən şirin diləm, nəğmə deyən incə siməm, Məhəbbətlə, həqiqətlə dolub mənim geniş sinəm.Mən hünərəm, mən zəfərəm, mən insanam, mən Asiməm, Səadətin şən sazını ömrüm boyu çalasıyam,Azərbaycan balasıyam!DÜNYAKiminə bal verir, kiminə zəhər, Qəlbə görə versin qisməti dünya. Dosta sevinc verir, düşmənə qəhər, Ədalətlə qoyur qiyməti, dünya.Biri unudulur, düşməyir yada, Biri şərəf-şöhrət gətirir ada.Yaxşılar ömrünü verməyir bada, Hörmətlə qarşılar hörməti, dünya.Cavanlıq əlvida deməyir, balam, Qocalıq gələndə verməyir salam. Gərək qan-tər tökəm, mən özüm alam, Zəhmətə bəxş edir sərvəti, dünya.Məhəbbətim nurlu, təravətlidir, Ürəyim mehriban, sədaqətlidir. Torpağım nemətli, səxavətlidir, Bizə heç qoymayır minnəti, dünya.Günəş əsirgəmir öz işığını, Könüllərə salır söz işığını. İtirməz qüdrətli göz işığını, İnsana pay verib qüdrəti, dünya.ANAMDAN QALIBBir sandıq, bir sabun, bir əl dəsmalı,Bir boxça, əl bəndi... anamdan qalıb.O verib ürəyi, gözü, kamalı,Dilimin də qəndi anamdan qalıb.Ülfətində məna, əlində şəfqət,Əziz, sevimlidir, qoynu bir cənnət.Xilqətində saflıq, işində ibrət,İnsanlığın fəndi anamdan qalıb.İsti qucağında şirin yatmışam,Bəslənmişəm, boya-başa çatmışam.Bir dilbərə qəlbdən kəmənd atmışam,Sədaqət kəməndi anamdan qalıb.Qayğısı çox olub, zəhməti qat-qat,O bəxş edib ət-qan, səfalı həyat.Həyat meydanında sürərəm mən at,Bu ömür səməndi anamdan qalıb.OLMAZÖz elimlə ucalmışam,Elsiz gücüm, səsim olmaz.Atalardan dərs almışam,Mən bir cürəm, əksim olmaz.Gözəl vətən, odum sənsən,Zövqüm, səfam, dadım sənsən.Can-ciyərim, adım sənsən,Sənsiz bircə kəsim olmaz.Gülüstansan, hey gül dərsəm,Qucağında xoş gün görsəm,Yüz il sənlə ömür sürsəm,İnan, yenə bəsim olmaz.Oyaq qallam ürək kimi,Gərək ollam çörək kimi,O cilovsuz külək kimi,Hər tərəfə əsim, olmaz!Görmə desəm gözümə mən,Boya vursam sözümə mən,Yad olaram özümə mən,Onda məndən Asim olmaz!KİMƏ QALDIKim əsər yazdısa nişanə qoydu,Şöhrət kimə qaldı, şan kimə qaldı?Çiçək də, arı da təmiz iş gördü,Balı kimlər yedi, şan kimə qaldı?Cahanın sualı, sorağı çoxdur,Şadlıq da, kədər də verən bir oxdur.Sirləri açası bir kitab yoxdur.Canan kimə qaldı, can kimə qaldı?İnsansan, özünü öymək nə gərək,Qəlbin var, bir qəlbə dəymək nə gərək.Boş yerinə döşünə döymək nə gərək.De, ad kimə qaldı, san kimə qaldı?Əvvəldən axıra haqq-hesab hanı,Kimin ömrü çatar bilə dünyanı.Ayırmaq olarmı ürəklə qanı,Ürək kimə qaldı, qan kimə qaldı?Dünyada ovçu var, ov var, tələ var,Düşündürən, sirli işlər hələ var.Həlli müşkül olan bir məsələ var:Ortada kim idi, yan kimə qaldı?GÖZƏLDİREy sözün sərrafı, dinlə qəlbimi,Ariflə edilən söhbət gözəldir.Zərə zərgər verər əsil qiyməti,Ürəkdən sevilən sənət gözəldir.Kəkliyin yuvası dağda-daşdadır,İnsanın dəyəri dolu başdadır.Hər kim dostu ilə eyni yaşdadır,Arada səmimi ülfət gözəldir.Gözəllik taxt isə, tacı ismətdir,Könüllərin şahı saf məhəbbətdir,Hünərlə ömr etmək uca niyyətdir,Həyatın verdiyi qismət gözəldir.Qonmuşam tərlanlar yuvasına mən,Uymaram cahillər xülyasına mən,Dalmışam arzular röyasına mən,Ümiddən alınan qüvvət gözəldir.Özbaşına deyil suyun axması,Xoşdur, mənalıdır şimşək çaxması,İxtiyar babanın gözlə baxması,Cavanın çəkdiyi zəhmət gözəldir.Çəkin, sözün yersiz məsarifindən.Bərk yapış cahanın maarifindən.Nadan kimsələrin boş tərifindən,Aqilin etdiyi töhmət gözəldir.Həqiqət tez kəsər, sözün doğrusu,Həyatda uduzar vicdan oğrusu.Ürəyi yanana verilən saf su,Uşağa verilən şərbət gözəldir. Gərək möhkəm olsun evin dirəyi,Aslanın döyüşdə sınmaz biləyiMərdanə döyünən insan ürəyi,Yaxşılıq adlanan adət gözəldir.Dünyanın yaşını elm deyə bilər, El düzəldən işi kim əyə bilər?!Həvəsi olmayan nə yeyə bilər?Ona nə yumurta, nə ət gözəldir.İnsan var geyinər fəxri libası,Daşdır, buzdur qəlbi, boşdur qafası,İnsana zinətdir ağlı, dühası,Zəhmətlə yaranan şöhrət gözəldir.Gözəllik eşqinə uymayan olmaz,Gözəldən səxavət ummayan olmaz,Hüsnün qüdrətini duymayan olmaz,Düzü, gözəllərdə ismət gözəldir.YAVAŞ-YAVAŞElə ki yetişdin altmış yaşına,Özün-öz yolunu seç yavaş-yavaş.Gözəlləri görsən bulaq başında,Dinməzcə böyründən keç yavaş-yavaş.Daha kimsə sənlə olmaz aşina,Dilinə güc vermə, bir bax yaşına.Kişi, yüyürməsən mənzil başına,Çata bilərsənmi heç yavaş-yavaş?Dəyişib əhvalın, ayrı hava çal,Nə sevgidən danış, nə yardan söz sal,Altına döşək qoy, əlinə çay al,Qızdırsın canını peç yavaş-yavaş.Sözünə qız-gəlin heç məhəl qoymaz,Qolda qüvvət kəmdir, dizdə taqət az.Cahanın malından gözlərin doymaz,Nə əkmisən, onu biç yavaş-yavaş.Könül arzuludur, ürək həvəsdə,Kəsilir ümid də, pay da, nəfəs də.Uçdun gülüstandan, qaldın qəfəsdə,Alırsan qiyməti “üç” yavaş-yavaş.MƏNƏ BELƏ DEYİRMənə belə deyir hissim, düşüncəm;Ya yaşama, ya da yaşa hörmətlə.Öz gücünü, öz ağlını elə cəm,Çörək yemə, su içmə sən minnətlə.Yamanlığın arxasınca daş at sən,El yolunda ver canını, baş at sən.Öz əslini, öz nəslini yaşat sən,Baban kimi, Atan kimi şöhrətlə.Sən qulaq as saf vicdana, ürəyə,Ələ əl ver, kürək söykə kürəyə.Vəfalı ol məhəbbətə, çörəyə,Öz süfrəni bəzə halal nemətlə.Suallıdır, sorğuludur bu dövran,Əvvəldə də axırda da var insan.Alov saçsın, qoy yandırsın hər zaman,Rəğbətin də, nifrətin də şiddətlə.Köməyimdir öz əməyim, öz əlim,İstəmişəm hər an üzü ağ gəlim.Bir az şair, bir az oldum müəllim,Ömrüm boyu yaşamışam sənətlə.YAŞADIMMən yaxşını, yamanı,Seçə-seçə yaşadIm.Xoş ümidi, gümanı,İçə-içə yaşadım.Məhəbbətin yolunu,Sədaqətin yolunu,Həqiqətin yolunu,Keçə-keçə yaşadım.Dost seçmişəm hər yerdən,Nur almıişam səhərdən.Nişan qoyub şeirdənHeca-heca yaşadım.VALLAHTutduğun işləri yaxşı ölçüb-biç,Bu ulu torpaqdan ayıbdır, Vallah!Nə Allah bilirsən, nə də ki, bəndə,Kişilər Allahı sayıbdır, Vallah!Yarımçıq bir kəsə sən nə deyəsən,Gərək paltarı da halal geyəsən,Nə lazım dünyada qəlbə dəyəsən,İncə qəlb həmişə mayıfdır, Vallah!Meyvəni vaxtında tez üzməyəndə,Həqiqət eşqinə söz düzməyəndə,Torpağın üstündə düz gəzməyəndəTorpağın altı da hayıfdır, Vallah!DEMƏMİŞƏMYaşamışam düzlüklə mən,Ağa qara deməmişəm.Əlac uman hər kəsə sənÖzün ara deməmişəm.Ocaq yanmaz yoxsa kösöv,Bıçaq kəsməz, yoxsa bülöv.Mən bütövü gördüm bütöv,Ona para deməmişəm.Az olana”çox” sözünü,Şirin dilə “ox” sözünü,Əl açana “yox” sözünü,Düşüb dara, deməmişəm.Söyləmişəm mən dostlara:Qiymət verin hər an ara,Qoy düzəlsin daim ara,Dəysin ara, deməmişəm!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.