İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib 2025-ci il noyabrın 5-də Azərbaycan İstiqlal Muzeyində Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş Salidə Şərifovanın “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyətləri, problematikası, obrazları və bədii dili” adlı kitabının təqdimat mərasimi və Qarabağ Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əməkdar jurnalist Səyyad Aran, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Yazıçı Qadınlar Şurasının sədri Gülxani Pənah, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Asif Rüstəmli, filologiya elmləri doktorları Elçin Mehrəliyev, Şəhla Nağıyeva, Mərziyyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktorları Şərəf Cəlilli, Fərqanə Zülfüqarova, şəhid Rövşən İsmayılovun anası Təranə İsmayılova, şəhid mayor Cavid Həsənovun atası, Birinci Qarabağ Müharibəsinin qazisi Mikayıl Həsənov, şəhid mayor Malik Əliyevin atası Təvəkkül Əliyev, Şuşa fatehi polkovnik Rəşad Aslanov, “Borçalı Cəmiyyəti” İctimai Birliyi İH-nin üzvü Zəlimxan Şərifov, yazıçılar psixologiya üzrə fəlsəfə doktoru Mahirə Abdulla, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Mənzər Niyarlı, Azad Qaradərəli, Etibar Muradxanlı, şairlər Güləmail Murad, Nazilə Gültac, Şamil Ənvəroğlu, Tofiq Həsrət və başqaları iştirak ediblər.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

ZiM.Az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli açıb.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyətləri, problematikası, obrazları və bədii dili” kitabının məziyyətlərini səciyyələndirib. İstiqlal Muzeyi kimi əlamətdar məkanda bu kitabın təqdimatının keçirilməsini əlamətdar hadisə olmasını qeyd edib.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikasının xalq şairi Sabir Rüstəmxanlı çıxışında tarixi məkanda məhz tarixi bir əsərin təqdimatının keçirilməsinə toxunaraq kitabı bir İnstitutun işi kimi dəyərləndirib. Sabir Rüstəmxanlı kitabda yer alan əsərlərin həm ədəbiyyatşünaslıq, həm dilçilik elmi baxımından əhəmiyyət kəsb etməsinə toxunaraq, kitabın ədəbiyyatımızda yer tutacağının ehtimal olunmasını deyil, yer tutacağına əminliyini ifadə edib. Tədqiqatı ədəbiyyatşünaslığın bir faktura əsəri olunmasını qeyd edib. Bu kitab bir faktdır fikirini də səsləndirərək, ədəbiyyatşünaslığın faktı, elmi fakt olmasını da vurğulayıb. Sabir Rüstəmxanlı əminliklə onu da tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun başını ucaldan bir kitabdır.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxışında kitabın özünəməxsus özəlliyinin məhz bitkin analiz şəklində əksini tapmasını vurğulayıb. İlqar Fəhmi təqdim edilən kitabda əsərlərin ədəbi analizinin bəzən qısa şəkildə olsa da əsər haqqında təsəvvür yaratmasına da toxunub. Azərbaycan ədəbiyyatında bu mövzuda əsərin yalnız Zəfərdən sonrakı dövrünü deyil, həm də Zəfərdən əvvəlki dövrünü əhatə edən ensiklopediya xarakterli bir material olmasına toxunan İlqar Fəhmi belə bitkinliyin Salidə Şərifovanın postmodern ədəbiyyatı təbliğ edən tədqiqatlarında da özünü göstərməsini qeyd edib.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Kitabın rəyçilərindən olan filologiya elmləri doktoru Elçin Mehrəliyev Salidə Şərifovanın özünə bir alim kimi dəyər vermək xüsusiyyətinə malik olması amilini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, Salidə Şərifovanın şəxsiyyətində şəxsiyyət və yazıçı birliyinin bir-birini tamamlaması onun özünəgüvənc, özünəinam hissini üzə çıxarır. Bu da Salidə Şərifovnın müxtəlif mövzularda tədqiqat aparmasında özünü büruzə verir. Bir alim kimi kəskin fikir bildirməyə qadirdir. Bu kəskinlik onun tədqiqatlarında özünü göstərir. Zəhmətkeşlik, istedad, məsuliyyət hissi Salidə xanımın alim kimi keyfiyyətləri olması da Elçin Mehrəliyev tərəfindən vurğulanıb.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib
İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Asif Rüstəmli Salidə Şərifovanın Ədəbiyyat İnstitutunun yetirməsi, bir alim kimi püxtələşməsinin sırf Ədəbiyyat İnstitutu ilə bağlı olmasına toxunub. Qarabağ mövzusunda yazan ədiblərə həsr olunmuş bu əsəri isə Tiflisdə doğulmuş insanın Qarabağa olan məhəbbətinin pasportu kimi dəyərləndirib. Salidə Şərifovanın bu əsəri ilə həm Müstəqilliyimizi, Qarabağımızı Zəfərə aparan yolu əks etdirən əsərləri elmi əsərə çevirməsi ilə Qarabağ uğrunda mücadilədəki zəhməti xüsusi olaraq vurğulanıb.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əməkdar jurnalist Səyyad Aran Salidə Şərifovanın ədəbiyyat yolunda fədakarlığına toxunaraq, əsəri müəllifin hünəri olmasını qeyd edib. Bu cür samballı kitabın ortaya çıxmasının səbəblərinə toxunan Səyyad Aran bunu Salidə xanımın həm zəhmətkeşliyi, həm fədakarlığı, həm elmi səviyyəsi, həm təhlil qabiliyyəti, əsərləri ümumiləşdirmələr apara bilməsi ilə əlaqələndirərək dəyərləndirib.

Yazıçı, psixologiya üzrə fəlsəfə doktoru Mahirə Abdulla Salidə Şərifovada kübarlıqla qətiyyətin, vətənpərvərliyin birləşdiyini vurğulayıb, bu cür insanların az olmasını qeyd edib. Qarabağ haqqında bədii əsərləri belə geniş şəkildə təhlil və tədqiq edən ikinci bir əsər olmadığını qətiyyətlə bildirib. Qarabağda bu kitabın təqdimatının keçirilməsini müəllifə arzu edib.

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin çıxışı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Şərəf Cəlilli torpağı su ilə yox, şəhid qanı ilə qarışdıranda Vətən olmasını ürək ağrısı ilə vurğulayıb, Salidə Şərifovanın onlardan yazan insanların əsərlərini bir araya gətirməsinə toxunaraq, xoşbəxt bir yazar olmasını qeyd edib. Bu məqamı müəllifin Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, onun qəhrəman əsgərlərinə həsr olunan əsərləri bir araya, ərsəyə gətirilməsində olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Şərəf Cəlilli Salidə Şərifovanın böyük ənənələri olan, Mirəsədulla Mirqasımov kimi, Musa Əliyev kimi, Mir Cəlal kimi, Cəfər Xəndan kimi, Şəfayət Mehdiyev kimi böyük alimləri olan bir Akademiyanı təmsil etməsin xüsusi vurğulayıb. Şərəf Cəlilli Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətdir” kəlamını səsləndirərək qeyd edib ki, o sərvətin bir nümunəsi hörmətli Salidə xanımdır. Şərəf xanım Salidə Şərifovanın əməyini yüksək dəyərləndirərək onu da xüsusi olaraq vurğulayıb ki, o, qanı ilə tarix yazanlar haqqında əsərlərdən bir dastan bağlayıb, qəhrəmanlıq dastanı...

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Yazıçı Qadınlar Şurasının sədri yazıçı, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, dosent Gülxani Pənah bildirib ki, Salidə Şərifova həm də gözəl yazıçıdır, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, “Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə” Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycanın Xalq yazıçısı Anar müəllimin imzası ilə Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomu ilə təltif olunub. Gülxani xanım AYB-nin Fəxri diplomunu Salidə xanıma təqdim edib və ona uğurlar arzulayıb.

Daha sonra filologiya elmləri doktorları Şəhla Nağıyeva, Mərziyyə Nəcəfova, filologiya üzrə fəlsəfə doktorları Fərqanə Zülfüqarova, şəhid Rövşən İsmayılovun anası Təranə İsmayılova, şəhid mayor Cavid Həsənovun atası, Birinci Qarabağ Müharibəsinin qazisi Mikayıl Həsənov, şəhid mayor Malik Əliyevin atası Təvəkkül Əliyev, Şuşa fatehi polkovnik Rəşad Aslanov, “Borçalı Cəmiyyəti” İctimai Birliyi İH-nin üzvü Zəlimxan Şərifov, yazıçılar pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Mənzər Niyarlı, Azad Qaradərəli, Etibar Muradxanlı, şairlər Güləmail Murad, Nazilə Gültac, Şamil Ənvəroğlu, Tofiq Həsrət və başqaları çıxış edərək Salidə xanımla bağlı öz ürək sözlərini səsləndiriblər.

Tədbirin sonunda müəllif Salidə Şərifova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, tədbir iştirakçılarını Qarabağ Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın keçdiyi döyüş yolunu əks etdirən və şəxsi əşyalarından ibarət sərgiyə baxmağa dəvət edib.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Daha sonra şəhid ailələrinin nümayəndələrinə, qazilərə və veteran yazıçılara hədiyyələr verilib, xatirə üçün foto-şəkillər çəkilib.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib
İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 oktyabr 2021-ci il tarixli iclasının (07 saylı protokol) qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiya ölkəmizdə bu sahədə ilk əhatəli tədqiqat əsəridir.

Monoqrafiya 44 günlük Vətən müharibəsində Azərbaycan uğrunda vuruşmuş hərbiçilərimizə və canlarından keçmiş şəhidlərimizə həsr olunub.

Kitabın elmi redaktoru və ön sözünün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İsa Həbibbəyli, rəyçiləri Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib Biz də Redaksiya Heyətimiz adından sevimli həmkarımız - “ZİYA” İnformasiya Mərkəzinin – "zim.az" saytının redaktoru, çağdaş ədəbiyyatşünaslığın tanınmış simalarından biri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, AMEA-nın professoru, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Rəsul Rza” mükafatlarının, Rusiya Yazıçılar Birliyinin M.A.Şoloxov və Q.R.Derjavin adına ordenlərinin, həmçinin bir sıra beynəlxalq mükafatların laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının “İstinadda rekord” (2024) mükafatı laureatı, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü (2016–2017) SALİDƏ ŞƏRİFOVAnı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyətləri, problematikası, obrazları və bədii dili” adlı kitabının təqdimat mərasiminin yüksək səviyyədə keçirilməsi və onun “Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə” Azərbaycanın Xalq yazıçısı Anar müəllimin imzası ilə Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomu ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir və ona elmi-bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Humanitar elmlər, Təbriklər
Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Humanitar elmlər, Turan
AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

Humanitar elmlər, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı ke ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı ke ...

Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı

“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı"

Yeni nəşrlər, Humanitar elmlər
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif e ...

Humanitar elmlər, Tiflis, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

ƏDƏBİYYATŞÜNASLIQ ELMİ ÜÇÜN YENİ BİR TÖHFƏ

Yeni nəşrlər, Humanitar elmlər
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
“Klassiklər və müasirlər söz müstəvisində”

“Klassiklər və müasirlər söz müstəvisində”

Yeni nəşrlər, Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Salidə Şərifova

Salidə Şərifova "Rəsul Rza mükafatı"na layiq görülüb

TDPİ-nin Azərbaycan bölməsi, Humanitar elmlər, Təbriklər
Rəy yazın: