Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd Çobanovun əziz xatirəsinə)

Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..."  (Akademik Mədəd Çobanovun əziz xatirəsinə) AKADEMİK MƏDƏD ÇOBANOVUN
ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ
DAHA BİR DƏYƏRLİ POEMA

və yaxud,

Şair ƏFLATUN HÜSEYNOĞLUnun
“SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ”
poemasının
İCTİMAİ-MƏNƏVİ DƏYƏRİ


Azərbaycan ədəbiyyatında şəxsiyyətlərin həyatını və elmi fəaliyyətini poeziya vasitəsilə əks etdirmək ənənəsi qədimdən mövcuddur. Bu ənənə bu gün də davam edir. Qədim Borçalı mahalında, indiki Gürcüstanın Aşağı Kartli (Kvemo-Kartli) bölgəsində yaşayıb-yaradan saz-söz ustaları arasında özünü istedadlı qələm sahibi – filosof-şair-publisist kimi çoxdan təsdiq edən, ictimaiyyət arasında ictimai xadim və dəyərli ziyalı kimi tanıdan, eyni zamanda, böyük hörmət və nüfüz qazanan sevimli soydaşımız Əflatun Hüseynoğlunun akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr etdiyi “SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ…” adlı poeması da məhz elə həmin ənənənin son illərdə yazılmış ən gözəl və ən layiqli nümunələrindəndir.
Müasir Azərbaycan ədəbiyyatının uğurlu nümunələrindən olan bu əsər həm də tarix və dilçilik baxımından da dəyərli bir mənbədir. Çünki müəllif hadisələri bədii və obrazlı təsvirlərlə verməklə yanaşı, həm də konkret faktlarla zəngin bir tərzdə, eyni zamanda, olduqca aydın, səlis və şirin bir dildə təqdim edir.
Əsərdə görkəmli türkoloq, tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor, Türk dili Qurumunun, Beynəlxalq Turan Akademiyasının və Nyu-York Elmlər Akademiyasının akademiki, mərhum Mədəd Çobanovun mənalı ömür və şərəfli həyat yolunu, gərgin zəhməti bahasına elmi-pedaqoji və ictimai fəaliyyətində əldə etdiyi uğurları poetik dildə xatırlanır.


Poema Mədəd Çobanovun qədim Borçalı mahalının ağır ellərindən olan Darvaz kəndində dünyaya göz açması ilə başlayır:

“Qarışıq dövrdə, çətin zamanda,
Bir oğul doğuldu Darvaz elində.
Bu millət qalanda ahda-amanda,
Bir ana sevindi dua dilində.”

Bu misralar həm onun ailə mühitini, həm də cəmiyyətin çətin dövrünü göstərir.

Görünməmiş dərdlər gördü,
Bu millət çox aldı yara.
Sevinci yox, kədər gördü,
Otuz yeddi çəkdi dara.

Müəllif alimin doğulduğu dövrü (1937) “qarışıq dövr” adlandırmaqla, həmin zamana “çətin zaman” deməklə məhz qanlı-qadalı 1937-ci ildə cəllad İosif Stalinin rəhbərliyi ilə tüğyan etmiş məlum repressiyalara, sürgünlərə işarə edir.

Xalq mədəd diləyir o vaxt Allahdan,
Şeytandan, iblisdən xilas arayır.
Köməyə yetişsin Ulu Yaradan,
Hamıya köməyə bir O yarayır.

Bu, təkcə ailənin övladdan gözləntisi deyil, həm də "Otuz yeddi çəkdi dara" ifadəsi ilə vurğulanan milli sıxıntılar dövründə xalqın özünə, gələcəyinə bir dayaq, bir ümid diləməsini ehtiva edir.
Yeni doğulan körpəyə Mədəd adının qoyulması, əsərin etimoloji və semantik dəyərlər üzərində qurulmasını göstərir. Bu adın seçimi həm də simvolik bir mənaya daşıyır:

“Uşağın adını Mədəd qoydular,
Dedilər: “Arzumuz qoy Mədəd olsun!”

“Mədəd” – dayaq, dəstək, kömək və yardım deməkdir, bu da onun gələcəkdə elm və millət yolunda verdiyi töhfələri öncədən işarə edir.
Uşaqlıq və məktəb illərindəki zəhmət və səbr poetik vasitələrlə belə təsvir olunur:

“Dil açıb böyüdü, məktəbə getdi,
Sarıldı bu uşaq kitab-dəftərə.
Zəhmətlə oxuyub kamala yetdi,
Məqsədi elm oldu onun bir kərə.”

Bu misralar Mədəd Çobanovun təhsil həyatına və elmi maraqlarına diqqət çəkir.
Müəllif həmçinin onun çətinliklərə qarşı səbrini vurğulayır:

“Bir gün çörək tapdı, bir gün oldu ac,
O çətin zamanı keçib oxudu.”

Əsərdə Mədəd Çobanovun ali təhsil yoluna və müəllimlik fəaliyyətinə də geniş yer ayrılıb:

“Orta məktəbini bitirib getdi,
Ali məktəblərə üz tutdu o da.
Yaradan yolunu işıqlı etdi,
Çatdı böyük ünə, şöhrətli ada.”

O, tələbələrinə elmin sirlərini öyrətmiş, onların akademik fəaliyyətinə rəhbərlik etmişdir:

“Neçə tələbələr gəldi yanına,
Elmin sirlərini məhz ondan aldı.
Gülümsər üzüylə, şirin diliylə,
Hər sözə-söhbətə sığal çəkərdi.”

Mədəd Çobanov ona verilmiş adının yükünü daşıyaraq, həqiqətən də, gələcəkdə görkəmli alim olmaqla yanaşı, həm də fəaliyyəti boyu doğma ata yurdunun, milli dilinin, elinin və elminin dayağı olur.

Mədəd Çobanovun elmi fəaliyyəti, xüsusən dilçilik sahəsindəki fədakarlığı, poemanın mərkəzi ideyalarından biri kimi vurğulanır. Şair, dilin acınacaqlı vəziyyətini ("Türkün dili çox daş olub, Şaqqıldaşır yad başında") təsvir edərək, alimin peşə seçimini "Dili qorumağa vardı ehtiyac" ideyası ilə əsaslandırır.
Mədəd müəllimin elmi missiyası milli, siyasi və ideoloji məqsədə xidmət edir:

“Qarşıda məqsədi alim olmaqdı,
Dilə sahib çıxıb oxuyacaqdı.
Yağıdan, yadlardan öcün almaqdı,
Hər tələni yıxıb qoruyacaqdı.”

Bu misralar, dilçilik elminin Borçalı və digər tarixi Azərbaycan torpaqları kontekstində milli varlığı və kimliyi qorumaq üçün bir mübarizə vasitəsi olduğunu vurğulayır. O, dilin qrammatik və lüğəvi sərhədlərini müəyyən etməklə yanaşı, həm də milli yaddaşı bərpa edən bir alim funksiyasını yerinə yetirirdi.
Poema, Mədəd müəllimin müəllimlik və pedaqoji fəaliyyətini xüsusi vurğulayır. O, gülümsər üzü və şirin dili ilə təkcə elm öyrətmir, həm də "Millətin qəlbində türklük əkərdi". Onun tələbələri “Sönməyən əbədi məşəl” alaraq elm yolunda irəliləyirlər.

Bir zaman oxuyub, elm öyrəndiyi,
Ali məktəblərdə müəllim oldu.
Neçə tələbələr gəldi yanına,
Elmin sirlərini məhz ondan aldı.

Gülümsər üzüylə, şirin diliylə,
Hər sözə-söhbətə sığal çəkərdi.
Beləcə dayanıb elm ocağında,
Millətin qəlbində türklük əkərdi.

Poemada Mədəd Çobanovun akademik nailiyyətlərinə xüsusi yer ayırılır. Onun Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsində müəllimlik fəaliyyətindən başlayaraq, Bakıdakı uzun müddətli elmi-pedaqoji fəaliyyəti nəticəsində Azərbaycanın və Türk dünyasının görləmli alimlərinin etimadını qazanaraq onların cərgəsinə qoşulmasına və nəhayət, Türk Dili Qurumunun, Beynəlxalq Turan Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilməsinə qədər olan yüksəliş dinamikası təqdim olunur.
Əsərdə Mədəd Çobanovun beynəlxalq uğurları da qeyd edilir:

“Amerka, Nyu-York Akademyası
Onu sırasında görmək istədi.”

Burada müəllif akademikin elmi nüfuzunu və beynəlxalq sahədə tanınmasını göstərir. Eyni zamanda, onun akademik titullarla qiymətləndirilməsi və elmi irsin davamlılığı vurğulanır:

“Elmi ad, təltiflər gəldi dalbadal,
Akademik kimi yüksəldi bir də.”

Bu fakt, Mədəd Çobanovun türkologiya sahəsindəki araşdırmalarının təkcə Azərbaycanda deyil, həm də beynəlxalq elmi dairələrdə də yüksək səviyyədə tanınmasını simvolizə edir. O, "Şöhrəti, ad-sanı gəzdi cahanı" misrası ilə öz şərəfli adını Azərbaycan elminin dünyadakı ünvanına çevirən şəxsiyyət kimi təqdim olunur.
Mədəd Çobanovun şəxsi həyatı və ailə dəyərləri də poema vasitəsilə əks olunur:

“Allahın ən xoşbəxt bəndəsi oldu,
Beş övlad bəxş etdi vətənə alim.
Özü alim idi, övladları da
Ali savad alıb, oldular alim.”

Bu misralar onun yalnız özünün deyil, həm də övladlarının elm yolunda örnək olduğunu göstərir.

“Meyvə budağından kənara düşməz”,
Bu hikmətli sözü dədələr deyib.
Yaxşını çəkiblər hər zaman başa,
Onlarla güvənib, onları öyüb.

Alimin ziyalılıq missiyası onun övladlarında da davam edir:

Atanın yolunu tutub övladı,
Onlar da mətinlə bu yolu gedir.
Xalq unudan deyil alim oğlunu,
Adını hörmətlə daim yad edir.

Bu məqam, akademik Mədəd Çobanovun nailiyyətlərinin şəxsi yox, nəsildən-nəslə ötürülən bir ziyalılıq ənənəsi olduğunu göstərir. Bu, milli mənəviyyatda elmə və alimə verilən dəyərin yüksəkliyini təsdiqləyir.
Poema kədərli notla sonlansa da, “Qazandığı gözəl cənnət yeridi” və “Sən bir günəş oldun xatirələrdə” kimi ifadələrlə alimin fiziki ölümünün onun mənəvi və elmi irsini ləğv etmədiyini göstərir. Alim öz əməlləri və xidmətləri ilə haqqın qatında yerini tutmuş, əbədiyaşarlıq qazanmışdır.

İşıqlı yolları qoyub bizlərə,
Mədəd Çobanov da Haqqa yeridi.
Ona rəhmət deyək gündə yüz kərə,
Qazandığı gözəl cənnət yeridi.

Nurlu əməllərin parlayacaqdır,
Cəsədin yatsa da bu qara yerdə.
Millətin yolunda alışıb yandın,
Sən bir günəş oldun xatirələrdə.

Bir sözlə, mərhum akademik Mədəd Çobanovun mənalı ömür yoluna, zəngin və çoxşaxəli elmi-pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuş digər çoxsaylı poeziya nümunələri kimi, Əflatun Hüseynoğlunun bu əsərində də onun dözümü və səbri, böyük əməyi və gərgin zəhməti, qiymətli elmi irsi və xalq qarşısındakı əvəzsiz xidmətləri göstərilməklə, əziz və unudulmaz xatirəsi bir daha yad edilir, böyük alimin və dəyərli ziyalının əbədiyaşar adı, soyadı və şərəfli fəaliyyəti böyük ustalıqla, poetik vasitələrlə gələcək nəsillərə çatdırılır.
Bu poema, Mədəd Çobanovun həyatını, millətinə və dilinə xidmətini poetik dildə tərənnüm edən bir əsər olmaqla yanaşı, həm də milli ziyalı missiyasının manifestidir.
Bu poema, həm də, Mədəd müəllimin simasında elmə fədakarlıq, Vətənə bağlılıq və türkçülük idealının sönməzliyini təsdiq edir. Bu, alimi unutmamaq, onun irsinə sahib çıxmaq haqqında hər bir Azərbaycan və türk ziyalısına ünvanlanmış bir çağırışdır: "UNUTSAQ, UNUDULARIQ!..."
Biz də Mədəd müəllimə bir daha Allahdan rəhmət diləyirik.
Mədəd müəllimin əziz xatirəsinə belə bir gözəl əsər yaratdığına görə bütün oxucular və Mədəd sevərlər adından Əflatun Hüseynoğluna təşəkkür edir, ona yeni-yeni uğurlar arzulyır və aşağıda həmin poemanı oxuculara təqdim edirik.


Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..."  (Akademik Mədəd Çobanovun əziz xatirəsinə) MƏLAHƏT BABAYEVA,
“TURAN” İnformasiya Mərkəzinin –
Turan.info.az saytının redaktoru,
AYB-nin və AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
dosent


Elm.info.az




Əflatun Hüseynoğlu:
“SƏN BİR GÜNƏŞ OLDUN
XATİRƏLƏRDƏ…”
Akademik
Mədəd Çobanovun
əziz xatirəsinə


Qarışıq dövrdə, çətin zamanda,
Bir oğul doğuldu Darvaz elində.
Bu millət qalanda ahda-amanda,
Bir ana sevindi dua dilində.

Xalq mədəd diləyir o vaxt Allahdan,
Şeytandan, iblisdən xilas arayır.
Köməyə yetişsin Ulu Yaradan,
Hamıya köməyə bir O yarayır.

Uşağın adını Mədəd qoydular,
Dedilər: “Arzumuz qoy Mədəd olsun!”
Arzuyla şeytanın bağrın oydular,
Bəlkə diləyimiz yerini alsın.

Dil açıb böyüdü, məktəbə getdi,
Sarıldı bu uşaq kitab-dəftərə.
Zəhmətlə oxuyub kamala yetdi,
Məqsədi elm oldu onun bir kərə.

Ali məktəblərə o ayaq açdı,
Baxmadı çətinə, almadı vecə.
Yüngül həvəslərdən uzağa qaçdı,
Çalışıb oxudu o gündüz-gecə.

Türkün dili çox daş olub,
Şaqqıldaşır yad başında.
Hər fürsətdə yağı olub,
Boğmaq istər göz yaşında.

Görünməmiş dərdlər gördü,
Bu millət çox aldı yara.
Sevinci yox, kədər gördü,
Otuz yeddi çəkdi dara.

Yenə səbrin yolu geniş,
Səbr eylədi, dözdü millət.
Qarşıdaydı yoxuş, eniş,
Yeriyirdi canda zillət.

Dili qorumağa vardı ehtiyac,
Mədəd də bu yolu seçib oxudu.
Bir gün çörək tapdı, bir gün oldu ac,
O çətin zamanı keçib oxudu.

Qarşıda məqsədi alim olmaqdı,
Dilə sahib çıxıb oxuyacaqdı.
Yağıdan, yadlardan öcün almaqdı,
Hər tələni yıxıb qoruyacaqdı.

Allahı üzünə güldü bu gəncin,
Açıldı önündə onun qapılar.
Qalxıb pillə-pillə durdu ucada,
Əlbət qaranlığa işıq tapılar.

Orta məktəbini bitirib getdi,
Ali məktəblərə üz tutdu o da.
Yaradan yolunu işıqlı etdi,
Çatdı böyük ünə, şöhrətli ada.

Bir zaman oxuyub, elm öyrəndiyi,
Ali məktəblərdə müəllim oldu.
Neçə tələbələr gəldi yanına,
Elmin sirlərini məhz ondan aldı.

Gülümsər üzüylə, şirin diliylə,
Hər sözə-söhbətə sığal çəkərdi.
Beləcə dayanıb elm ocağında,
Millətin qəlbində türklük əkərdi.

Tanındı hər yerdə Mədəd müəllim,
Şöhrəti, ad-sanı gəzdi cahanı.
Elmin yollarında ucaldıqca o,
Həm ruhu dincəldi, həm də ki canı.

Bakı cazibəsi çəkdi özünə,
Onun biliyinə qiymət verdilər.
Borçalı oğlunun Azərbaycanda
Nurlu simasında vüqar gördülər.

Neçə tələbəyə cığır açdı o,
Yolunda yeriyib alim oldular.
Onun ziyasından, onun nurundan
Sönməyən əbədi məşəl aldılar.

Onun səs-sorağı okean aşdı,
Çağladı çay kimi, dünyanı tutdu.
Yüksək kürsülərdən gəldi sədası,
Şirin türk diliylə zirvəyə çatdı.

Amerka, Nyu-York Akademyası
Onu sırasında görmək istədi.
Belə ad hər kəsə qismət olmayır,
Tanrının nəzəri başı üstədi.

Həqiqi üzv oldu Mədəd müəllim,
O böyük mərkəzdə, o böyük yerdə.
Elmi ad, təltiflər gəldi dalbadal,
Akademik kimi yüksəldi bir də.

Allahın ən xoşbəxt bəndəsi oldu,
Beş övlad bəxş etdi vətənə alim.
Özü alim idi, övladları da
Ali savad alıb, oldular alim.

“Meyvə budağından kənara düşməz”,
Bu hikmətli sözü dədələr deyib.
Yaxşını çəkiblər hər zaman başa,
Onlarla güvənib, onları öyüb.

Atanın yolunu tutub övladı,
Onlar da mətinlə bu yolu gedir.
Xalq unudan deyil alim oğlunu,
Adını hörmətlə daim yad edir.

İşıqlı yolları qoyub bizlərə,
Mədəd Çobanov da Haqqa yeridi.
Ona rəhmət deyək gündə yüz kərə,
Qazandığı gözəl cənnət yeridi.

Nurlu əməllərin parlayacaqdır,
Cəsədin yatsa da bu qara yerdə.
Millətin yolunda alışıb yandın,
Sən bir günəş oldun xatirələrdə.

Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..."  (Akademik Mədəd Çobanovun əziz xatirəsinə)Əflatun HÜSEYNOĞLU,
Şair-publisist, din xadimi.
Borçalı Keşəli kəndi.

26–28.02.2024.


elm.info.az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Salman Qazi:

Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİ ...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ORADA BİR MƏZAR VAR UZAQDA...

ORADA BİR MƏZAR VAR UZAQDA...

"Yeni yol", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ

MƏDƏD BİLGƏNİN XATİRƏSİNƏ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi...

"Zirvə", "XXI əsrin Ziyalıları", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Professor Mədəd Çobanovun qəbirüstü abidəsi önündə ANIM MƏRASİMİ keçiriləcə ...

Yeni nəşrlər, Humanitar elmlər, "Şərqin səsi", "Elm və Təhsil", "Təhsil" EİM, "Zirvə", "XXI əsrin Ziyalıları", Tiflis, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Elanlar, Zirvə.info, Mədəd Çobanov
Xatirə qaldı səndən...

Xatirə qaldı səndən...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
DƏDƏ MƏDƏD

DƏDƏ MƏDƏD

Poeziya, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov, Müşfiq Borçalı
MƏDƏD MÜƏLLIM!

MƏDƏD MÜƏLLIM!

Fond, Humanitar elmlər, Poeziya, Müsabiqə, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Səadət BUTA:

Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.."

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Nizami Saraclı:

Nizami Saraclı: "YA MƏDƏD HAQDAN, DEDİK..."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
100-nü GÖRƏK

100-nü GÖRƏK

Rustavi, Bolus, Darvaz, Təbriklər, Mədəd Çobanov
Dədəmiz  DƏDƏ MƏDƏD!..

Dədəmiz DƏDƏ MƏDƏD!..

Poeziya, Müsabiqə, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
ATA YOLU

ATA YOLU

Poeziya, Borçalı, Darvaz, Müşfiq Borçalı
Səadət BUTAnın ithaf şeirləri

Səadət BUTAnın ithaf şeirləri

Poeziya, Borçalı, Başkeçid, Müşfiq Borçalı
Professor Mədəd ÇOBANOV - 60

Professor Mədəd ÇOBANOV - 60

TDPİ-nin Azərbaycan bölməsi, Elm, Mədəniyyət, Tv, Borçalı, Mədəd Çobanov
Çoxunu kor etdi şanın-şöhrətin...

Çoxunu kor etdi şanın-şöhrətin...

Poeziya, Borçalı, Darvaz, Təbriklər, Arxiv, Mədəd Çobanov
Bundan gözəl nə var, Mədəd müəllim!..

Bundan gözəl nə var, Mədəd müəllim!..

Poeziya, Borçalı, Arxiv, Mədəd Çobanov, Ramiz Abdullayev
Rəy yazın: