Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib YAP, AzTU, QHT 1 августа 2025 38 0 1 2 3 4 5 2025-ci il iyulun 31-də Bakı şəhəri Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.Əvvəlcə fəxri qonaqlar və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, onun əziz xatirəsi dərin ehtiramla yad ediblər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə “SübhNur” Tədris və İnkişaf Mərkəzinin təsisçi direktoru Gülnarə Hüseynova açaraq, geniş nitq söyləyib. O, Azərbaycan dilinin milli-mənəvi kimliyimizin əsası, milli varlığımızın və dövlətçiliyimizin möhkəm dayağı olduğunu vurğulayıb.“SübhNur” Tədris və İnkişaf Mərkəzindən ZiM.Az-a bildiriblər ki, tədbirdə bir çox tanınmış ictimai-siyasi xadimlər və elm adamları çıxçış ediblər.Fəxri qonaqlardan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə, Azərbaycan Texniki Universitetinin "Humanitar fənlər" kafedrasının müdiri, YAP Yasamal rayon təşkilatı AzTU üzrə ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev, Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Şıxcəfərli və başqa fəxri qonaqlar çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu, müasir dövrdə qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlər, eləcə də Ümummilli Lider Heydər Əliyevin bu sahədə əvəzsiz xidmətlərindən bəhs ediblər. Tədbir çərçivəsində həmçinin Azərbaycan dilinin möhtəşəmliyi, onun xalqımızın milli kimliyinin ən böyük göstəricisi olması barədə hazırlanmış videoçarx nümayiş etdirilib.Tədbirdən sonra xatirə üçün foto-şəkillər çəkdirilib.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.