AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

TƏBRİK EDİRİK!..

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, Bakıdakı 24 saylı məktəbin müəllimi və həmkarlar komitəsinin sədri, eyni zamanda, "ELM" İnformasiya şöbəsinin və "Elm.İnfo.Az" saytının şöbə müdiri Aygül Mədəd qızı Çobanova "ZƏLİMXAN YAQUB YARADICILIĞININ POETİKASI" mövzusunda yazdığı dissertasiya işini Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi Dissertasiya şurasının 15.09.2025-ci ildə keçirilmiş iclasında uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

2025-cı il sentyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.05 Dissertasiya Şurasının növbəti iclası olub.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

İclası giriş sözü ilə Dissertasiya şurasının sədri, AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq, əvvəllcə gündəlikdə duran cari məsələlər haqqında dissertasiya şurasının üzvlərinə məlumat verib. Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Aygül Mədəd qızı Çobanovanın "ZƏLİMXAN YAQUB YARADICILIĞININ POETİKASI” mövzusunda yaz-dığı dissertasiya işini açıq müdafiəyə təqdim edib.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

Akademik İsa Həbibbəyli müdafiəyə təqdim olunan dissertasiyanın aktuallığından və əhəmiy-yətindən söz açıb, bu mövzunun heç də təsadüfi olmadığını qeyd edib. O, vurğulayıb ki, dissertasiya işi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin əsas elmi tədqiqat istiqamətlərinə uyğun bir şəkildə hazırlanıb. Dissertantın elmi rəhbəri, mərhum ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent Pərvanə Bəkir qızı İsayeva olmuşdur. O, dissertasiyanın ilkin müzakirəsində iştirak etmiş, özünün müsbət rəyini yazıb şuraya təqdim etmişdir. Dissertasiyanın mövzusu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Elmi Şurasında və Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələn-dirilməsi Şurasının Filologiya Problemləri üzrə Elmi Şurasında təsdiq olunub, AMEA Nizami adı-na Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsindəinstitutun filologiya elmləri doktoru, professor Məmməd İrac oğlu Əliyevin rəhbərlik etdiyi elmi seminarında müzakirə olunaraq açıq müdafiəyə buraxılıb. Tədqiqatın əsas elmi nəticələri iddiaçının müxtəlif elmi nəşrlərdə dərc etdirdiyi məqalə və tezislərində, beynəlxalq konfranslardakı məruzələrində öz əksini tapıb.

Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı iddiaçının tərcümeyi-halı və onun müdafiəyə təqdim etdiyi dissertasiya haqqında məlumat verib, bildirib ki, bütün sənədlər qaydasındadır. İddiaçının indiyə kimi mövzu ilə bağlı 15 məqaləsi çap olunub. Elmi rəhbərin, rəsmi opponentlərin və eləcə də, bir çox tanınmış alimlərin müsbət rəyləri var.

Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi iş Müdafiə Şurasının üzvlərinin və tədbir iştirakçılarının müzakirəsinə verilib.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

İddiaçı Aygül Çobanova müdafiəyə təqdim olunan tədqiqat işinin qısa məzmunu haqqında çıxış edib. Bildirib ki, dissertaya giriş, hər biri müxtəlif yarımfəsilə bölünməklə üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
"Giriş"də araşdırılan mövzunun aktuallığı, elmi yeniliyi, məqsəd və vəzifələri, tədqiq tarixi, obyekti, praktik əhəmiyyəti, nəzəri-metodoloji əsasları, aprobasiyası və digər məsələlər yığcam şəkildə öz əksini tapmışdır.
Mövzu ilə bağlı fəsillər üzrə ətraflı məlumat verən Aygül Çobanova sonda tədqiqat işinin elmi yeniliyini, ümumiləşdirərək qənaətə gəldiyi nəticəni diqqətə çatdırıb.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

Sonra söz rəsmi opponentlərə verilib: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, ilologiya elmləri doktoru, dosent Salidə Şəmməd qızı Şərifova, ADU-nun Filologiya fakültəsi nəzdində “Dünya ədəbiyyatı və nəzəriyyəsi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, Ülviyyə Həsaməddin qızı Rəhimova, ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Gülnarə Cavanşir qızı Məmmədzadə çıxış edərək müdafiəyə təqdim olunan dissertasıyanı yüksək qiymətləndiriblər.

Müəllif rəsmi opponentlərin tövsiyələrini dinləyib, mövzu ilə bağlı suallarını cavablandırıb və onlara təşəkkür edib.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

Müdafiənin davamında Dissertasiya şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, Şura üzvlərindən - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tehran Alışanoğlu (Mustafayev), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Aparıcı elmi işçisi, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Binnətova, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Vaqif Yusifli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor İslam Qəribli və başqaları çıxış edərək, xüsusi olaraq dissertasiyanın elmi əhəmiyyətini vurğulayıblar, iddiaçının filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa tamamilə layiq olduğunu bildiriblər.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

Sonra Dissertasiya şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitu-tunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd yekun rəyi dissertasiya şurasının üzvlərinin diqqətinə çatdırıb, səsvermə komissiyasının tərkibini açıqlayıb və dissertasiya işi qapalı səsverməyə qoyulub.

Sonra səsvermənin nəticələri elan olunub: Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu-nun dissertantı Aygül Mədəd qızı Çobanovanın "Zəlimxan Yaqub yaradıcılığının poetikası” mövzusunda yazdığı və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın yekdilliklə qəbul edildiyini açıqlayıb, Şura üzvlərinin iclasda iştirak edən 20 nəfərin 20-si də leyhinə səs verdiyini və beləliklə, Aygül Çobanovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüyünü bildirib.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

Daha sonra Tahirə xanım deyib ki, “Mən çox istərdim ki, bu günkü iclasımızda daha 3 nəfər də - iştirak edəydi: Aygülün atası – mərhum professor Mədəd Çobanov, elmi rəhbəri - Pərvanə xanım İsayeva və Xalq şairi Zəlimxan Yaqub… Allah hər üçünə rəhmət eləsin, ruhları şad olsun…” Və bir dəqiqəlik sükutla onların əziz xatirələri yad olunub.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

Sonda iddiaçı Aygül Çobanova Dissertasiya Şurasının rəhbərliyinə, Dissertasiya şurasının sədri, AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə, sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnsti-tutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədə, Dissertasiya Şurasının bütün üzvlərinə, elmi rəhbərinə, mərhum ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent Pərvanə Bəkir qızı İsayevaya, rəsmi opponentləri - AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, ilologiya elmləri doktoru, dosent Salidə Şəmməd qızı Şərifovaya, ADU-nun Filologiya fakültəsi nəzdində “Dünya ədəbiyyatı və nəzəriyyəsi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, Ülviyyə Həsaməddin qızı Rəhimovaya, ADPU-nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Gülnarə Cavanşir qızı Məmmədzadəyə, eləcə də, müdafiədə iştirak edən tanınmış elm və ictimaiyyət nümayəndələrinə öz təşəkkürünü bildirib.

Sonra xatirə üçün foto-şəkillər çəkilib.

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

Biz də “Borçalı”, “Ziya”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin, Bolnisi.Az, Borcali.org, Turan.İnfo.Az, ZiM.Az, Ziya.İnfo.Az, Elm.İnfo.Az, Yurd.İnfo.Az, Zirve.İnfo, Zirve.İnfo.Az və Zefer.İnfo.Az saytlarının yaradıcı heyəti və oxucuları adından
çox hörmətli həmkarımız - Elm.İnfo.Az saytının şöbə müdiri Aygül Mədəd qızı Çobanovanı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


AYGÜL ÇOBANOVA DİSSERTASİYA İŞİNİ UĞURLA MÜDAFİƏ EDİB

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

YAP, Humanitar elmlər
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
“Klassiklər və müasirlər söz müstəvisində”

“Klassiklər və müasirlər söz müstəvisində”

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Yeni nəşrlər
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Saytımızın Naxçıvan yazarı elmi işini uğurla müdafiə edib... TƏBRİK EDİRİK! ...

Naxçıvan, Təbriklər
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Rəy yazın: