Prof.Dr. Merziyye Necefova: “Elza Məmmədovanın şeirlərinə bir baxış” Humanitar elmlər, Ədəbi tənqid 30 сентября 2025 133 100 1 2 3 4 5 “Hara gedirsən ay Qatar? Unutmaq asandır, elə? Getmək çıxış yolu olsa, Kimlər qalar, bundan belə” (Elza) Elza Məmmədovanın poeziya dünyasına az da olsa, bələdəm. O, yaradıcılığında Vətən, torpaq, müharibə mövusuna geniş şəkildə yer ayırdığı kimi, kövrək qəlbində yuva salan sevgi və duyğusal anları da poeziyaya gətirə bilir və oxucusu ilə bölür. Gənc olmasına baxmayaraq, yaşanan gerçəkliklərə ədalətli və real şəkildə münasibətini bildirir. Bəzən gənc şairənin düşüncələri oxucusunu həm düşündürür, həm də kədərləndirir. Elza həyatda şairlərin çiyinlərinə düşən ağırlığın çəkisinin ölçüyə gəlmədiyini real boyalarla elə təsvir edir ki, kədərlənməyə bilmirsən:Gecə pərdəsini göyə çəkəndə,Şair ürəyi də dərdə bürünər.Nə olsun dilində müşki-ənbəri,Bir ömür boyu eh, yerlə sürünər.Dərdini misraya düzər hər gecə,Beləcə, təsəlli tapar bunlarla,Zamanın gərdişi bilirsən, necə? Öz oyunun oynayır daim onlarla. (“Şairlər”)İlk misrada “Gecə pərdəsini göyə çəkəndə, şair ürəyi də dərdə bürünər.” ifadəsi ilə şairə qiymətli bir poetik tapıntı əldə edir. Elza şair adını dəyərləndirir. Şeirinin birində isə çox səmimi şəkildə belə etiraf edir. Şair zəhmətinin əvəzsizliyini, əsil şairlərin qeyri-adi bir varlıq olduqlarını, özünün isə hələ bu yüksək mərtəbəyə çata bilmədiyini etiraf edir. Şairənin bu etirafı ədəbiyyata, sözə, sənətə vurğunluğunun qiymətli göstəricisidir:Bu dəftərim, bu qələmim,Söyləmədim, aqiləm mən.və yaxud:Kimlər dəyibdir, xətrinə,Qəm tökülübdür sətrinə,Elzayam, nədir həddimə! Demirəm ki, şairəm mən! (“Demirəm ki, mən şairiəm”Bəzən isə Elza dərdini şairlərlə bölür, yəni, həyat yollarındakı çətinlik şairi yoranda onun əsas güman yeri şairlər olur:Bu yol hara gedir şair?Hansı zirvəli dağlara?Hansı ümid, hansı arzu? Götürür, bu yol onlara. (“bu yol hara gedir, şair?”) Elza Məmmədovanın şeirlərində şəhid, döyüşçü obrazına geniş yer ayırır. Onun “Azərbaycan”, “Bir ovuc torpaq”, “Qayıda salamat bütün əsgərlər!”, “Ölmür Şəhidlər”, “Leytenant”, “Gözün aydın, ay Laçın”, “Bir əsgər yolunu gözləyən ana”, “Şəhid bala”, “Üç rəngli bayraq”, “Qarabağda bir el ağlar”, “Şəhid qızıyam” və s. şeirləri Qarabağ torpağında yaşanan müharibələrin təsirindən yaranmışdır. Elza da bir vətənpərvər yazar kimi yaşanan hadisələrə münasibətini bildirmiş, şəhidlərimizin xatirəsini yad etmiş, şəhid analarının, şəhid qızlarının ağrıyan qəlblərini duymuş və dindirmişdir. “Bir əsgər yolunu gözləyən ana” şeirində isə bir döyüşçü əsgərin yolunu gözləyən ananın, bütün əsgər yolu gözləyən anaların ümumiləşmiş obrazını görmək olur:Görəsən, istidir əyni balamın?O, ana quzusu soyuq sevməz ki!Gör necə qar ağır, daha qış gəlib. İsdimi əlləri, o, üşüməz ki? Bir tərəfdən oğul həsrəti çəkən ana, bir tərəfdən də Vətən dərdi çəkir. Şeirin son bənddində ana bütün övladlara sanki mesaj göndərirmiş kimi: “Bilirsən, gül balam Vətən borcunu, verib də, evinə şən qayıdarsan, axı mənim kimi o da anadır, gör neçə övladını sən qoruyursan!” Sonuncu bənddə ananın mesajı yalnız öz övladına deyil, bütün Azərbaycan gənclərinə ünvanlanmış çağırışdır. Elza xanım da Qarabağın 30 illik həsrətindən saysız şeirlər yazıb. O da bir şairə və bir ana kimi Qarabağ torpaqlarının düşmən tapdağı altında qaldığı illərdə içindəki üsyanı dindirə bilməyib:Qarabağda bir el ağlar,Xocalıdır onun adı,Faciəsi çox ağladır,Eşitdikcə dogma, yadı.Qarabağda bir el ağlar,Məsum körpə cəsədinə.Oğlu, qızı didərgindir,Dözə bilmir həsrətinə.Nəhayət, hər bir şair şeirlərində zəfər sevinclərini poetikləşdirdiyi kimi, Elza xanım da Qarabağın zəfər sevinclərini poeziyasına gətirə bildi. Ruh düşkünlüyünə bələnən misraları Qarabağın azadlıq nəğmələri ilə əvəzləndi:Gözün aydın, ay Laçınım,Bu gün doğum günün sənin.Qırıb paslı qandalları,Şərəf ilə geri gəldin.Gözün aydın, ay Laçınım,Bir kabusdan ayılırsa.Unutduğun xoş günlərə, Çox şükürlər qayıdırsan. (“Gözün aydın ay Laçınım”) “Şuşanın dağları” şeirində isə şairə Şuşanın dağlarının məğrurluğunu, Azərbaycan əsgərinin dağlar başına taxdığı üçrəngli bayrağımızın verdiyi qüruru poetikləşdirir:Əzan istər, bizim məscidi-Şuşa,Cıdır düzü köhlən atın səsləyir,Boynu bükük qalıb gör neçə ildi,Xarı bülbül sevənlərin gözləyir. Elza xanımın şeirləri həssas duyğulardan, saf sevgidən su içib. Təbii olduğu üçün də ürəklərə yatır, könülləri dinləndirir. Elə şairənin özü demiş:Hara gedirsən, ay Qatar? Yola salan kimdir səni, Sərnişinin olsam əgər, Kimlər yolçu edər, məni. Elza Məmmədova artıq poeziya qatarının sərnişininə çevrilib, uzun, ümid dolu, sevgi, sevinc dolu sonu görünməyən bir yola çıxıb. Bu yol poeziya yoludur. Elza isə hələ cığırlarda irəliləyir. Bizə isə, bu yola çıxan söz, şeir, sənət vurğununa "yolun uğurlu olsun!" - demək düşür.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.