Rəfail Tağızadənin “Zəfər sevinci” poemasında birlik ideyası Humanitar elmlər, Elmi Məqalələr 23 ноября 2025 232 100 1 2 3 4 5 MƏRZİYYƏ NƏCƏFOVA, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Elm.İnfo.Az saytının redaktoru,AYB-nin və AJB-nin üzvü,filologiya elmləri doktoru, professor Azərbaycanda 44 günlük ikinci Vətən-Qarabağ müharibəsi torpaqlarımızın azadlığı ilə bərabər Azərbaycanın bütün sahələrinə bir zəfər, uğur və möhtəşəmlik gətirdi. Az qala xəyala çevriləcək bir sevinci Ali Baş Komandanımızın, Milli ordumuz, əsgər və zabit heyətimizin misilsiz döyüşü sayəsində bizlərə ərməğan edildi. Bu qələbəmiz illərin təcrübəsindən, ordu quruculuğundan, siyasi baxışdan, qazanılan birlik və bərabərliyimizdən əldə edildi. Akademik İsa Həbibbəyli “Vətən savaşında tarixi zəfər” başlıqlı məqaləsində bu zəfərimizin qazanılmasında çox amillərin var olmasını vurğulayır. Məqalənin ilk cümləsi də zəfərimizin tarixi yol keçməsindən xəbər verir. “Heydər Əliyevdən İlham Əliyevə” bu ifadə bu günkü qələbəmizin 30-illik tarixi yol keçdiyini və ölməz Heydər Əliyev siyasətinin və parlaq hərbi siyasi yekununun möhtəşəm sonluğudur. Akademik bu gün qazandığımız zəfərdə bir çox faktorların rol oynadığını vurğulayır, bu faktorlardan biri də Türkiyə və Azərbaycan qardaşlığıdır. İsa Həbibbəyli yazır: “Təməli Böyük uzaqgörənliklə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət, iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir. Vaxtı ilə Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində səsləndirdiyi “Tək millət iki dövlət” kəlamı əvvəlcə hər iki ölkədə atalar sözünə çevrilmiş, tədricən daha da dərinləşərək iki qardaş ölkə arasındakı münasibətlərin strategiyası status qazanmışdır”. Bu gün qazandığımız zəfər ədəbiyyatımızda da bir rəngarənglik, bir gözəllik abı-havası gətirdi. Bu gün ədəbiyyatımız əsasən uğurlarımızdan, qələbə sevincimizdən, birliyimizdən, Türkiyə və Azərbaycan qardaşlığından və.s. bəhs edir. Zəfərin ilk günlərindən Azərbaycan poemalarında yaşanan torpaq azadlığı mövzusu, zəfər sevincləri əksin tapdı. Sabir Rüstəmxanlının “Qarabağa dönüş”, Abuzər Turanın “Zəfər nəğmələri”, Nizami Muradoğlunun “Alp Ərdoğan, Sultan Ərdoğan”, Zeynal Vəfanın “Haqqın səsi”, Şahnaz Şahinin “Zəfər nəğməsi”, Əlirza Həsrətin “Barıt qoxulu çiçək”, Balayar Sadiqin “Şəhid ətri”, Elnur Uğurun “Hadrut fatehi”, Vahid Əzizin “Heyrət səcdəsi”, Fərhad Əzizbəylinin “Vətən sevdalıları”, “Yadigarlar”, Ramiz Qusarçaylının “Vətən”, Rəfail Tağızadənin “Vətən şəhidləri”, “Zəfər sevinci” və onlarca poemalarımızda qələbəyə gedən yolda yaşantılar və reallıqlar təəcəssüm edilir. Bu poemalarda tarixilik və müasirliyin vəhdəti, birliliyimiz əsas ana xətt kimi ifadə edilir. Bu baxımdan Rəafal Tağızadənin “Zəfər sevincləri” poeması da maraq doğurur.Poemnın əsas ideyası zəfərin qazanılmasında Azərbaycan xalqının ortduyla birliyi üzərində qurulub. Uzun zamandan sonra xalqın Qarabağ torpaqlarını azad etmək arzusu birlik səsi olaraq dilə gəlir: Gözlənilən gün idi, Yetişən məqam idi. Düzülən sıralarda Hamı bir adam idi. Az sözlə birlik haqqında mükəmməl bir ifadə elə poemanın ilk bəndindən maraq yaradır. Bu xalq uzun zaman ərzində Ali Baş Komandanın göylərə qalxan dəmir yumruğunu, əmrini gözləməsi də poemada izlənilir və dəyərləndirilir. Oxucu xəyalı 2020-ci ilin 27-sentyabr günlərinə gedir. Hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşərək torpaqlarımızın azadlığı uğrunda ədalətli savaşda bir cərgədə dayanırdı:Qartal üçün səma lazım, Sənin üçün əmr.Sükutun məqam üçünmüş. Dözümün bura qədər.Döyüşün göz önündə. Yolun Qarabağadı.Sənə dikilən baxışlar Həsrətin ümid seli, Arzunun yanan çırağıdı.Öpdüyün bayrağıÖpəcəyim vətən torpağında qaldır.Ruhum onunla təzələnəcək, Sevincim zəfərinlə dalğalanacaq,Ordum mənim! Xalqın igid oğulları bu torpaqların əsgəri olmaq arzusu ilə qurur duyurdu. Şair də bu ideyanı əsas götürərək, Azərbaycan əsgərinin Vətənə olan sevgisini və ordumuzun vahid bir cərgədə birləşməsini, bu mübarizədə Ali Baş Komandana olan inam və sevgisini bu qələbənin əsas səbəbi kimi qiymətləndirir: Ümidlərə can verən, Zəfərə qanad verən, Bu ayrı bir cəsarət, Bu ayrı qüdrət idi. Qələbələr dalınca Hamı bir nəfər kimi Uca səslə deyirdi: “Var ol, qəhrəman ordum! Ali Baş Komandanım!” Qarabağ torpaqlarının azad edilməsində, zəfərə gedən bu müqəddəs yolda Türkiyə, Pakıstan və.s birliyi şeirimizə ruh, nəfəs duyğuları qatıb. Bu poemada da müəllif bu birliyi, dostluğu unutmayıb. Poemada dünyaya səs salan bu zəfər böyük sevgi hissi ilə ifadəsini tapır: Alqışların sədası Dünyaya səs salırdı. Sevinirdi uğura Bizi lap çox sevənlər, Böyük ürək, coşquyla Bizə “Dostuq!” - deyənlər! Poemada payız fəsli özünəməxsus sevgi ilə təsvir olunur. Bu payız fərqlidir. Ona görə ki, hər zamanki kimi, payız fəsli ağacların yarpağının saralması, xəzəl olan yarpaqlar, isti ölkəyə uçub gedən quşların təsviri kimi diqqət çəkmir. Bu payız Ali Baş Komandanın dəmir yumruğunu göylərə qalxması ilə qəhrəmanların igidlikləri, şəhidlərimizin qəhrəmanlıq göstərərək şəhidlik zirvəsini fəth etməsi və əsası da 30 illik Qarabağ savaşından üzü ağ, alnı açıq çıxması ilə tarixlərə yazılır. Bu rallıqları poetikləşdirmək, dünyaya səs salan Azərbaycan xalqının Qarabağ torpaqlarını azad edilməsi xəbəri ilə tarixin qəhrəmanlıq salnaməsini təəcəssüm etdirmək, şərəfli və qürurludur. Şair ömürlərə yazılan payızı belə anladır: Sən ayrı bir payızsan. Mərmisi istilik gətirən, Addımı səngər bitirən, Bizi yurda yetirən. Gecəsi elan sevincli, Gündüzü Vətən səs-küylü. Ağrının yükün əridən, Günü addımtək yeridən, Dərdi atəşlə kiridən Payız. Sən 30-ilin həsrət yazısan, Qələbə sevdasısan. İlin zəfər fəslisən, Sən Şuşa nəfəslisən. Poemada Şuşa şəhərinin vəsfi xüsusi yer alır. Şuşanı müəllif sevilməkçün yaranan, sevgiyə boyanan, muğam sədalı, ədalı baxışlı Qala şəhəri, hər daşı ləl çəkili, qalın-qalın tarixli, qoca şəhər, səhəri doğan şəhər, qeyrət şəhəri, papaq şəhəri, kübar şəhər kimi vəsf edilməsi Şuşanın əvəzsiz bir şəhər kimi bənzətmələrlə, Azərbaycan dilinin möhtəşəm ifadələri ilə vəsf etməsi poemanın təsir gücün artırmaqla yanaşı Şuşanın poetik tərifini verir: Mənim papaq şəhərim! Mənim qeyrət şəhərim! Tarixi özündə yaşadan Sevilən şəhərim, Sevən şəhərim - Şuşam! Bir üzü Cıdır düzü, Bir üzü İsa bulağı, Səsi muğam sədalı, Baxışları ədalı, Mənim Qala şəhərim, Mənim qoca şəhərim! Bu misraları oxuyan oxucu Şuşanı görməsə belə, Şuşanın tam şəkildə obrazını görmüş olur, Şuşanın qədim tarixiliyindən yetərincə məlumat əldə edə bilir: Hər daşı bir ləl çəkisi, Qayasında igidlərin qan ləkəsi. Tarixi qalın-qalın Kitab şəhərim, Mənim kübar şəhərim. Mənim Şuşa şəhərim! 2023-ci ilin bir günlük döyüş və qazanılan zəfəri də poemada özünəməxsus bir şəkildə yer alır. Onun da payız fəslinə təsadüf etməsi payız ismini şərəfləndirir, payız fəslinin tarixi adını zəfər ayı kimi poetikləşdirməyə səbəb olur: Yenə Payız.Yenə sentyabr.Yüz illərin dərdləriBircə gündə yox oldu,Ağrı, kədər sovuldu.Bu ordu şücaəti,Komandan iradəsi,Xalqın əzəmətiydi.Yaralar təmizləndiTorpağın sinəsindən.Vətən nəfəs alırdı,Millət nəfəs alırdı,Xalq rahatlanırdı.Bu böyük uğurlaraTorpaq da sevinirdi,Dağlar, daşlar, ağaclar,Kollar da sevinirdiAzərbaycan adıyla. Bu sevinc Azərbaycanda zəfərdən sonra keçrilən parad, tədbir və alınan torpaqların cənnətə çevrilməsi ilə davam edir. Xüsusilə, parad izdihamında qələbə qazanan Azərbaycanın və qəhrəman ordumuzun qürurlu addımları haqqında şair düşüncəsi Azərbaycan xalqının dünyada tanınmasına və dillərdə əzbər olmasına səbəb olması tariximizə yenilik və qəhrəmanlıq ovqatı qatır. Bu ali hissləri oyadan və gələcəyimiazə çatdıran misralar özü də bir qəhrəmanlıqdır: Hər ucalan bayraqda sizin əzəmətiniz, Hər alınan zirvədə sizin döyüş əzminiz. Döyüntülər çırpınır parad izdihamında. Adınız ucalıq Qələbə nidasında! Şair zəfər ili kimi yalnız ilimizi qırmızı görmür, Qarabağ torpaqlarının azadlığına təşnə olan Azərbaycan xalqının gözündə dünyaya baxan şair dünyada olan cansız varlıqları belə qırmızı rəngdə görür. Güllərin, külün, günün, ünün qırmızı olmasını vurğulayan şair, sanki şəhidlərimizin Vətən yolunda axan qırmızı qanını da unutmur. Ona görə ki, bayrağımıza hopan al qırmızı şəhid qanı dünyamızı, ömrümüzü qırmızı günlərə, aylara, illərə çevirdi. Rafail Tağızadə yaradıcılığı haqqında ədəbiyyatşünasların qiymətli fikirləri var. Onun yaradıcılığı real hadisələri təcəssüm etdirir, sadə dildə, səmimi duyğuları ifadə edir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filogiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Rəfail Tağızadənin Qarabağ, müharibə yazıları haqqında yazır: Rəfail müəllim hamımızın yaşadığı, hamımızın həyatından keçən ağrını tarixiləşdirməyə özündə təpər tapıbdır. Güllələnmiş uşaqlığımızın, itirilmiş gəncliyimizin, gözlərimizin dərinliyində dondurulmuş təbəssümümüzün tablosunu yaradıb. Nə qədər çətin olsa da, şəhid olan dostları, tanıdığı insanlar haqqında Vətən sevdalıları adı ilə söz açmış, onların da xatirəsinə olan ehtiramını əbədiləşdirmişdir. Bütün bu sadalananlar Rəfail müəllimin əsərində həm də ona görə təbii və səmimi alınır ki, o, eyni zamanda zabit olaraq o ağır günləri yaşayıb. İşğal illərindən, məğlubiyyət durumunda olduğumuz zamanlardan yazanda müəllifin təhkiyəsi nə qədər lirik, həzin tondadırsa, məhz 27 sentyabr 2020-ci ildən sonraya aid olan bölmələrdə bir nida əzəməti diqqəti çəkir”. Təranə Məmməd Rəfail Tağızadə yaradıcılığını özünəməxsus şəkildə dəyərləndirir: “Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları - söz sənəti nümunələri yaradır. Şairin duyğularını, düşüncələrini poeziyasevərlərə çatdırmaq imkanı olduqca genişdir. Başqalarının deyə bilmədiyini, görə bilmədiyini özünəməxsus, yaddaqalan və sevilən bir tərzdə demək bacarığı şairin xüsusi istedadından xəbər verir”.ZiM.AzElm.İnfo.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.